Azərbaycan Xalq artisti vəfat edib

Azərbaycan Xalq artisti vəfat edibAzərbaycanın Xalq artisti, tanınmış bəstəkar, professor Sevda İbrahimova bu gün 83 yaşında vəfat edib.

Azforum.az xəbər verir ki, o, tarzən, Xalq artisti Qurban Primovun nəvəsi, xalq yazıçısı Mirzə İbrahimov və pianoçu Sara Primovanın qızıdır.

Bülbül adına Musiqi Məktəbini fərqlənmə diplomu ilə bitirən Sevda İbrahimova iki ali musiqi təhsili alıb. O, Azərbaycan Dövlət Konservatoriyasının fortepiano və bəstəkarlıq fakültəsini bitirib.
Tarix: 18-07-2022, 08:18