İcra Hakimiyyətində Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri keçirilib

İcra Hakimiyyətində Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri keçirilibİcra Hakimiyyətində Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri keçirilibŞabran rayon İcra Hakimiyyətində Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri keçirilib.

Avrasiya.net xəbər verir ki, tədbirdə Şabran rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev, Dövlət Təhlükəsizlik Xidmətinin və Rayon Polis şöbəsinin əməkdaşları, Şabran rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndələri və din xadimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İlkin Ağayev bildirib ki, Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız Qafqaz Müsəlmanları İdarəsinin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.

Bildirilmişdir ki, sülh və əmin-amanlıq ayı kimi qəbul edilən Məhərrəm ayı ərzində ibadət ocaqlarında ictimai asayişə riayət olunmaqla, təziyə məclislərində Kərbəla şəhidləri ilə yanaşı Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın da əziz xatirəsi ehtiramla anılmalı, moizə və xütbələrdə Vətən təəssübü, milli və dövlət mənafelərimiz uca tutulmalıdır.
İcra Hakimiyyətində Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri keçirilib
İcra Hakimiyyətində Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri keçirilib
İcra Hakimiyyətində Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri keçirilib.
İcra Hakimiyyətində Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri keçirilib
İcra Hakimiyyətində Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri keçirilib
İcra Hakimiyyətində Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri keçirilib
Tarix: 2-08-2022, 17:31