"Media-QHT" əməkdaşlığı daha da genişlənməlidir"

"Media-QHT" əməkdaşlığı daha da genişlənməlidir"AXC TV-nin “Azad meydan” verilişində QHT-media əməkdaşlığı müzakirə olunub.Sualları Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli və Bakı Natiqlik Məktəbi” İctimai Birliyinin (BNM) sədri Elçin Mirzəbəyli cavablandırıb.

Qeyd edək ki, Bakı Natiqlik Məktəbi” İctimai Birliyi (BNM) sentyabrın 1-dən etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində ayırdığı maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti və media” adlı layihənin icrasına başlayır.

2 ay davam edəcək layihənin hədəfi qeyri-hökumət təşkilatları ilə media resursları arasında əlaqələrin qurlulmasına mane olan səbəblərin müəyyənləşdirilməsi və aradan qaldırılması, eləcə də davamlı QHT-media işbirliyinin qurulmasına xidmət edən tədbirlərin həyata keçirilməsidir.
Tarix: 2-09-2022, 20:06