"Bəzi QHT və media mənsubları peşəkarlığını artırmalıdır"

"Bəzi QHT və media mənsubları peşəkarlığını artırmalıdır"AXC TV-nin “Azad meydan” verilişində yenə QHT-media əməkdaşlığı müzakirə olunub.

Sualları “Cümhuriyət” qəzetinin baş redaktoru Rafail Becanov və Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov cavablandırıb.

Qeyd edək ki, Bakı Natiqlik Məktəbi” İctimai Birliyi (BNM) sentyabrın 1-dən etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində ayırdığı maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti və media” adlı layihənin icrasına başlayıb.

2 ay davam edəcək layihənin hədəfi qeyri-hökumət təşkilatları ilə media resursları arasında əlaqələrin qurlulmasına mane olan səbəblərin müəyyənləşdirilməsi və aradan qaldırılması, eləcə də davamlı QHT-media işbirliyinin qurulmasına xidmət edən tədbirlərin tədbirlərin həyata keçirilməsidir.
Tarix: 8-09-2022, 14:52