Sosial Tədqiqatlar Mərkəzi ilə Sankt-Peterburq Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Sosial Tədqiqatlar Mərkəzinin IH üzvü, sədr müavini Elşad Mirbəşir oğlu RF Sankt-Peterburq şəhərinə səfəri zamanı SPbDU-nun rektoru Nikolay Kropaçyevlə görüşüb və STM-lə SPbDU arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi ətrafında müzakirə aparıb. Rektor N. Kropaçyev Azərbaycanla Rusiya arasında elmi tədqiqatlar və təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq ayrıca olaraq STM-lə əməkdaşlıqda maraqlı olduqlarını bildirdi. Görüş zamanı STM yaranması və fəaliyyəti haqqında məlumat verilib. Elşad Mirbəşir oğlu həmçinin SPbDU-nun nəzdində fəaliyyət göstərən Tətbiqi Sosiologiya Mərkəzi ilə yaxından tanış olub və mərkəzin iş təcrübəsi haqqında məlumat alıb. SPbDU-nun tələbləri ilə keçirilən açıq mühazirə zamanı da STM haqqında məlumat verilib, suallar cavablandırılıb. Yekunda Sosial Tədqiqatlar Mərkəzi ilə Sankt-Peterburq Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sosial Tədqiqatlar Mərkəzi ilə Sankt-Peterburq Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
Sosial Tədqiqatlar Mərkəzi ilə Sankt-Peterburq Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
Sosial Tədqiqatlar Mərkəzi ilə Sankt-Peterburq Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
Sosial Tədqiqatlar Mərkəzi ilə Sankt-Peterburq Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
Tarix: 10-06-2024, 21:30
14.06.2024
11:28
Milli Qurtuluş Günü