“Dayaq” Sosial Maarifləndirmə İB-i yeni bir layihənin icrasına start verib

“Dayaq” Sosial Maarifləndirmə İB-i yeni bir layihənin icrasına start verib
“Dayaq” Sosial Maarifləndirmə İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Könüllü sosial xidmətçilik” layihəsinin icrasına başlayıb. Layihənin məqsədi qayğıya ehtiyacı olan insanlara sosial xidmətin göstərilməsində ictimai rolun artırılmasından ibarətdir.
Könüllü sosial cəhətdən xidmətçilik (qayğıya ehtiyacı olan insanlara) sosial xidmət göstəriləcək. Layihənin icrası nəzərdə tutulan 3 ayda Səbail və Bakı şəhərində hər birində 3 dəfə umumilikdə 5 dəfə vətəndaşlarla görüşlər keçiriləcək. Qeyd olunan könüllü fəaliyyətin təmin olunmasını təşviq etməkdən ibarətdir. Könüllülük prinsipinin aşılanması ilə gənclər bu qəbildən olan insanlara dəstək olacaq.
İB-in sədri Hicran Əliməmmədova bildirib ki, həyata keçirilən layihənin ideyası, hökümətin həyata keçirdiyi sosial siyasətdə, ictimai rolun artırılmasından ibarətdir. Məlum olduğu kimi, Azərbaycan hökümətinin prioritet hesab etdiyi sahələrdən biri də, sosial sahədir. Bu istiqamətdə müəyyən qanunlar qəbul olunur, dəstək layihələri həyata keçirilir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dayaq” Sosial Maarifləndirmə İB-i tərəfindən həyata keçiriləcək ilə “Könüllü sosial xidmətçilik” layihəsinin icrası 3 ay müddətində (04.06.2024-31.08.2024) nəzərdə tutulub.
Tarix: 4-06-2024, 10:56
14.06.2024
11:28
Milli Qurtuluş Günü