Haqq döyüşü

Haqq döyüşü
44 günlük Vətən müharibəsində Azərbaycan dövləti Ermənistan üzərində şanlı Qələbə qazanmışdır

 Azərbaycana qarşı Ermənistan tərəfindən tarixən düşmənçilik siyasəti aparılıb. Biz bunu öz tariximizdən də bilirik. Və aparılan bu düşmənçilik siyasətinin nəticəsində də bizim torpaqlarımızın hesabına qurama Ermənistan dövləti qurulub. Ötən əsrin 90-cı illərində Ermənistan öz xarici havadarlarının köməyi ilə Azərbaycanın  torpaqlarının 20 faizini işğal etmişdi. Nəticədə bir milyondan artıq soydaşımız qaçıqın və məcburi köçkün olmuşdur. 30 ilə yaxın müddətdə Azərbaycanın torpaqları işğal altında qaldı. Ermənilər Azərbaycan ərazisində məskunlaşdıqları dövrdən etibarən xalqımızın toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. İşğal dövründə isə Ermənistan daha böyük saxtakarlıq edərək Azərbaycan ərazisində başqa ölkələrində olan erməniləri gətirib yerləşdirmişdir. Bizim torpaqlarımızdakı milli-mədəni abidələri, məscidləri, məktəbləri, muzeyləri dağıntılara məruz qoymuşdurlar. Bundan başqa ekoloji terror, yanğınlar törətmişdirlər. Bu ərazilərdəki şəhər və kəndləri tanınmaz hala salmışdılar. Dünya isə bütün bunlara səsiz qalmışdır. 30 ilə yaxın müddətdə beynalxalq birlik Qarabağ məsələsi ilə bağlı ikili standart mövqe sərgiləmişdir. Elə müharibəni təhrik edən əsas amillərdən biri beynəlxalq təşkilatların “ikili standartlar” siyasəti oldu. Onlar bunu dünyaya “dondurulmuş münaqişə” kimi təqdim edirdilər və sanki heç zaman bunun bir  həlli olmayacaq. Aparılan danışıqlar da görüntü xarakteri danışıyırdı. 1992-ci il 24 mart tarixində təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupunun fəaliyyətinin hanısı bir faydası olmadı. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Bu da artıq Azərbaycanı usandırmışdı.

Azərbaycan bu işğalla barışa bilmirdi. Sülhsevər və tolerant Azərbaycan xalqının “səbir kasası” artıq daşmışdır. 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti Ermənistan üzərində şanlı qələbə qazanmışdır. Və bu qələbə nəticəsində Azərbaycan işğalda olan torpaqlarını Ermənistandan azad etmişdi. İşğalçı Ermənistanın cavabı layiq şəkildə verilmişdir. Ermənistan dövlətinin rəhbəri kapituliyasıya aktını imzalamaq məcburiyyətində qalmışdı. Bununla da Azərbaycan dünyaya güc nümyiş etdirdi. “Beynalxalq hüquq” anlayışın tamamilə yox olduğunü göstərdi.

Erimənistan ordusu qarşısında qəhrəman Azərbaycan oğulları çıxdı. Azərbaycan əsgərləri daima hücum mövqeyində olaraq irəlilədi. Prezident İlham Əliyevin dediyi kimi, 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi: “Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur olmuşdur”. Və hər bir döyüşdə Azərbaycan Ordusu uğur qazandı. Bu, bizim xalqımızın qəhrəmanlığını, döyüşkənliyini göstərdi. Bu, dünyaya həm də qəhrəmanlıq nümunəsi idi. Və uzun illər gənclər arasında aparlan hərbi vətənpərvərliyin təbliği öz müsbət nəticəsini vermişdir. Azərbaycan Ordusu döyüşərək öz torpaqlarına düşməndən geri aldı. Biz haqq, azadlıq yolunda döyüşdük. Əlbəttə ki, bu yolda şəhidlərimiz də oldu. Biz şəhidlərimizə Allahdan rəhmət diləyirik. Xüsusən Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən 27 Sentyabr-Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyü uğurunda canlarını fəda edən şəhidlərimiz hər zaman anılır. Artıq bütün ictimai tədbirlərdə şəhidlərimizin 1 dəqiqəlik sükutla yad olunması ənənə halını alıb. Ayrıca onların ailələrinə dövlətimiz tərəfindən yardımlar edilir. Yəni, şəhidlər və onların ailələri hər zaman dövlət tərəfindən, xalq tərəfindən diqqətdədir. Biz şəhidlərimizlə hər zaman qürur duyuruq!




K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu







Tarix: 26-09-2024, 10:53
26.11.2024
18:47
COP29-un uğurları
11.11.2024
16:01
Qalibiyyət rəmzi
20.10.2024
22:16
Tarixi həqiqətlər
26.09.2024
10:53
Haqq döyüşü