Azərbaycanın arxalandığı güc

Azərbaycanın arxalandığı güc
Prezident İlham Əliyev: “Ölkəmizə qarşı olan düşmənçilik siyasəti dayanmır”

Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq təşkilatlar, eləcə də Qərb dövlətləri 30 ilə yaxın müddətdə hər hansı ciddi addım atmamışdır. Əslində, Qərb üzdə və sözdə özünü elə göstərirdi ki, guya münaqişənin həlli üçün çalışırlar. Əksinə, onların məqsədi bu münaqişəni həlli etmək yox, “dondurulmuş” kimi qələmə verib yaddan çıxarmaq idi. Bu da artıq Azərbaycan dövlətinin səbir kasasını daşdırırdı. Qərbin istəyi bu idi ki, Azərbaycan bu məğlubiyyətlə barışsın və torpaqlarımızın 20 faizi Ermənistanda qalsın. Lakin həm Ulu Öndər Heydər Əliyev, həm də, Prezident İlham Əliyev bütün beynəlxalq tribunalarda Ermənistanın işğalçılıq siyasətini ifşa etmişdir və hər zaman da Qarabağın Azərbaycana aid olduğunu qeyd etmişdirlər. Prezident İlham Əliyev 4 oktyabr tarixində Cəbrayıl şəhərində çıxışı zamanı bir daha bu haqda danışaraq bildirib ki, Ermənistana qarşı 30 il ərzində bir dənə də sanksiya tətbiq edilməmişdir: “Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdur, torpaqlarımızın təxminən 20 faizini işğal etmişdir, etnik təmizləmə siyasəti aparmışdır, Xocalı soyqırımını törətmişdir, bütün şəhər-kəndlərimizi viran qoymuşdur... Biz bütün beynəlxalq platformalarda öz haqq səsimizi ucaldanda bizə deyirdilər ki, sizin sözləriniz çox kəskindir. Bu kəskin ritorika sülhü yaxınlaşdırmır, sülhü uzaqlaşdırır. Ermənistanla dil tapmalısınız, barışmalısınız, müharibəni uduzmusunuz, bununla barışın”. Buna görə də xalqımızda əminlik var idi Azərbaycan dövləti Qarabağ münaqişəsini həll edəcək və belə də oldu. Azərbaycan öz gücünə Ermənistanı 44 günlük Vətən müharibəsində məğlub edərək şanlı Qələbə qazandı. Azərbaycan dövlətinin öz torpaqlarını Ermənistanın işğalından azad etməsi bizi sevməyən Qərb dövlətlərində qıcıq yaratdı. Prezident İlham Əliyevin dediyi kimi, bu işğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər. “Qərb dövlətləri, ilk növbədə, bizi məğlubiyyətlə barışdırmaq üçün bütün çirkin əməllərdən istifadə edirdilər ki, təki biz torpaqları işğaldan azad etməyək”, - deyə dövlətimizin başçısı əlavə edib. Açıq aydın məlum idi ki, erməni xalqı bu müharibəni istəmirdi. Əlbəttə ki, Azərbaycan dövləti və xalqı da müharibəyə qarşıdır və tez bir zamanda sülh razılaşmasının imzalnmasının tərəfdarıyıq. Sadəcə, indiki Ermənistanda hakimiyyətdə olanlar sülhün əldə olunmasını uzadırlar. Qərb dövlətləri də bu məsələyə ermənipərəst mövqedən reaksiya verir. Ermənistan bu gün Qərbi dövlətləri, xüsusən də Fransa ilə mütəfiqlik edərək, regionda sabitliyi pozmaq üçün cəhdət göstərir. Və çox təəssüf ki, ermənipərəst qüvvələr yenə də Azərbaycana qarşı böhtan xarakterli çirkin kampaniya aparırlar. Cənab Prezident bu haqda danışaraq bildirib ki, ölkəmizə qarşı olan düşmənçilik siyasəti dayanmır: “Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Bu çirkin müraciət bizim iradəmizə təsir edə bilməz. Müraciətin müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır”. Və əlbəttə ki, Azərbaycan dövləti bütün bunları qəbul etmir və barışmır. Azərbaycan xalqı, Azərbaycan dövləti öz mübarizliyini göstərir və anti-Azərbaycan qüvvələrə qarşı hər zaman dayanıqlı bir güc nümayiş etdirir. Bu günləri Azərbaycanı sevməyən anti-Azərbaycan qüvvələr narahatdırlar. Qərbin çirkin kampaniyasının səbəbi Azərbaycanın güclənməsi və beynəlxalq imicinin daha da artmasıdır. Azərbaycana qarşı isə hər zamankı kimi Ermənistandan istifadə edirlər. Onlar Ermənistanın bu məğlubiyyətini qəbul edə bilmirlər. Buna görə də Ermənistanı qıcıqlandıraraq Azərbaycana qarşı böhtan xarkterli bəyanatların verilməsinə səy göstərirlər. Bunun üçün Ermənistana dəstək edirlər. Belə ki, bu günləri Qərb dövlətləri Ermənistana demokratik inkişaf və iqtisadi yardımı adı ilə maliyyə ayırırlar. Əlbəttə ki, bunda məqsədləri yenidən regionda sabitliyi pozmaqdır. Bu gün Azərbaycan heç bir dövlətin gücünə arxalanmır. Bu haqda da ölkəmizin başçısı çıxışında çox böyük əminliklə danışıb: “Biz ancaq öz gücümüzə arxalanmalıyıq və heç bir vədlərə, heç bir şirin sözlərə, yalançı ifadələrə aldanmamalıyıq. Bu gün anti-Azərbaycan qüvvələrin əsas hədəfi gənc nəsillərin şüurudur. Ona təsir etməyə çalışırlar. Ona görə Azərbaycana qarşı olmazın yalanlarını uydururlar, tirajlayırlar, öz mətbuatlarında, öz dırnaqarası qeyri-hökumət təşkilatlarında. Azərbaycanda, müxtəlif QHT-lər adı altında, hansısa ictimai qurumlar adı altında Anti-Azərbaycan mövqeyində olan müxtəlif ünsürləri bu günə qədər də maliyyələşdirirlər”. Azərbaycan 44 gündə öz torpaqlarını işğaldan azad etməsi ilə öz gücünü bir daha göstərdi. Bir günlük anti-terror tədbirləri nəticəsində bütün separatçıları ölkəmizdən qovduq və beləliklə, Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdi.
Hazırda Azərbaycan öz müstəqil xarici siyasətini yürüdür. Azərbaycanın dayanıqlı iqtisadi inkişafı var. Azərbaycanda xalq-iqtidar birliyi ildən-ilə daha da güclənir. Eyni zamanda Azərbaycanın güclü ordusu var. Məhz buna görə də Azərbaycan özünə arxalanaraq Qərb dövlətlərinə də, Ermənistana da lazimi cavabını verir. Cənab Prezident çıxışında bir daha Qərb dövlətlərinə, elə Ermənistana da öz mesajını verib: “Ermənistan təhlükəli oyunlara qoşulub və İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın. Antiterror əməliyyatı onların yadından çıxmasın. Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik”. Azərbaycanın özünün tutduğu bir yol var. Bu yoldan da heç kim bizi çəkindirə biləməz. Etibarlı bir tərəfdaş dövlət olaraq Azərbaycanın müttəfiqləri var. Azərbaycan sülh yolundadır. Bu gün sülh prosesində biz yenə də görürük ki, Azərbaycan təşəbbüskarlıq edir. Qərb dövlətləri, xüsusən Fransa, ABŞ kimi dövlətlər yenə də sülh prosesini pozmaq istəyirlər. Və bu da göstərir ki, Ermənistan yenə də Cənubi Qafqaz regionunda təhlükət mənbəyinə çevrilib. Amma onlar anlamırlar ki, “Dəmir yumruq” hər zaman yerindədir...
Qərb dövlətlərinin Azərbaycana qarşı çirkin kampaniyaları, Azərbaycanın mübarizəsini daha da gücləndirir. Ermənistan isə ikinci Qarabağ müharibəsindəki məğlubiyyətin nəticələrini hələ də dərk etmir.
Azərbaycanın arxalandığı güc
Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Tarix: 7-10-2024, 09:48
26.11.2024
18:47
COP29-un uğurları
11.11.2024
16:01
Qalibiyyət rəmzi
20.10.2024
22:16
Tarixi həqiqətlər
26.09.2024
10:53
Haqq döyüşü