Перейти к содержимому
OPTIMAL

Servis Mərkəzində müdir köməkçisi

Recommended Posts

"Optimal Elektronika" MMC  1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil tellefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

"Optimal Elektronika" MMC  davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların  karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Vakansiya:  Servis Mərkəzində müdir köməkçisi   

Tələblər:

- Təhsil : Ali (Texniki və ya mühəndislik sahəsində olmalıdır) 
- İş stajı : müvafiq sahədə ən azı1 il
- Dil biliyi : Azərbaycan dilində səlist danışmaq/yazmaq; Rus və ingilis dili biliyi üstünlükdür.
- Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı 
- Yüksək analitika qabiliyyəti
- Yüksək ünsiyyət və təqdim etmə bacarıqlar

Əsas vəzifələr:

• Servis Mərkəzinə olan müraciətlərin vaxtında araşdırılmasını təmin etmək;
• Servis Mərkəzi ilə şirkətin digər departamentləri arasında kommunikasiya yaratmaq;
• Servis Mərkəzinin müdirinə, həftəlik, aylıq hesabatların təqdim edilməsi;
• Servis Mərkəzinin işçilərinin etdiyi müraciətləri vaxtında baş ofisə təqdim etmək;
• Servis Mərkəzinin müdirinə ünvanlanmış müraciətlərin, elektron məktubların vaxtında cavablandırılmasını, qeydə alınmasını izləmək.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə  6 iş günü, 1  gün istirahət
• Karyera yüksəlişi imkanı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “Servis Mərkəzində müdir köməkçisi ” qeyd edərək öz CV-lərinizi recruitment@optimal.az  elektron ünvanına göndərməyiniz xahiş olunur.

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Создайте аккаунт или войдите для комментирования

Вы должны быть пользователем, чтобы оставить комментарий

Создать аккаунт

Зарегистрируйтесь для получения аккаунта. Это просто!

Зарегистрировать аккаунт

Войти

Уже зарегистрированы? Войдите здесь.

Войти сейчас



  • FreeCurrencyRates.com



















×