Перейти к содержимому
Admin

Ağstafada “qan davası”: dörd ölü - TƏFƏRRÜAT+YENİLƏNİB

Recommended Posts

Bu gün səhər saatlarında Ağstafa rayonunda Böyük Kəsik dəmiryol stansiyasının yaxınlığında, bazar ərazisində güllənmə hadisəsi qeydə alınıb.

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a bildiriblər ki, 16 yaşlı Elnur Süleymanovun AK markalı avtomat silahdan atəş açması nəticəsində 4 nəfər ölüb, 4 nəfər yaralanıb.

Ölən şəxslərin adları da məlumdur. Onlar Sadıxlı kəndinin sakinləri 1961-ci il təvəllüdlü Musayeva Şərqiyyə Süleyman qızı və iki oğlu - Şəmiddin Musayev Fərrux oğlu (1978) və Novruz Musayev Fərrux oğludur (1984). Həlak olan daha bir nəfərin şəxsiyyəti dəqiqləşdirilir. Onun təsadüfi güllənin qurbanı olduğu bildirilir.

 

Yaralılar isə Əhmədova Lilpar Baba qızı (1964-cü il təvəllüdlü), Abdullayev İbrahim Rasim oğlu (1999), İsayev Nüsrət Məhəmməd oğlu (1951) və Həsənov Rəsul Abbas oğludur (1961). Onların əksəriyyəti ayaqlarından güllə yarası alıb.

İlkin məlumata görə, qətl qisas məqsədilə törədilib. Belə ki, Musayev qardaşları 15 il əvvəl E.Süleymanovun atası və əmisini torpaq davası zamanı qətlə yetiriblər. E.Süleymanov neçə ildir ki qardaşların azadlığa buraxılmasını gözləyirmiş. Qardaşlardan biri hələ də həbsxanadadır.

E.Süleymanovun AK markalı avtomat silahı haradan əldə etdiyi də araşdırılır.

11:13

Ağstafada üç nəfər güllələnib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə mübahisə zəminində baş verib.

Yaralılar da var.

Qətlin keçmiş məhkum tərəfindən törədildiyi bildirilir. Onun bu yaxınlarda azadlığa buraxıldığı deyilir.

Faktla bağlı araşdırma aparılır.

agstafa_1.jpg


Просмотреть полную новость

Поделиться сообщением


Ссылка на сообщение
Поделиться на других сайтах

Создайте аккаунт или войдите для комментирования

Вы должны быть пользователем, чтобы оставить комментарий

Создать аккаунт

Зарегистрируйтесь для получения аккаунта. Это просто!

Зарегистрировать аккаунт

Войти

Уже зарегистрированы? Войдите здесь.

Войти сейчас



  • FreeCurrencyRates.com



















×