Перейти к содержимому
  • Объявления

  • Последние новости


    Azərbaycanda uşaq əməliyyatdan yarımcan çıxıb, ana intihara cəhd edib - FOTOLAR

    Valideynlər Diaqnoz Tibb Mərkəzini məhkəməyə verib haqqını tələb edirlər Əməliyyatı aparan Cərrah “Bizim Yol”a danışdı: Onlar doğru demirlər”  
    Azforum.az Bizim Yol  saytına istinadən xəbər verir ki, Boğaz ətinin götürülməsi əməliyyatından sonra həyatı təhlükə altında olan 7 yaşlı Nihad Bağırzadənin valideynləri Diaqnoz Tibb Mərkəzini məhkəməyə veriblər.     “Bizim Yol”-a danışan Rəşad Bağırov bildirib ki, övladını 2 iyun 2014-cü ildə Diaqnoz Tibb Mərkəzində müayinə nəticəsinə uyğun olaraq adenoid 3-cü dərəcə (boğaz ətinin kəskin iltihablaşması) diaqnozu ilə əməliyyat etdirmək məcburiyyətində qalıblar: “Əməliyyatın icraçısı isə tibb mərkəzinin "Burun-boğaz-Qulaq və estetik" cərrahı Qənbər Qocayev olub. Q.Qocayev cadəcə valdeyinlərin razılığı alınmaqla əməliyyatın həyata keçirilməsini məqsədə müvafiq hesab edib. Həkimin tövsiyəsinə uyğun olaraq övladının gələcəyinə dəyər verən valdeyinlərdə razılaşıb”.   R.Bağırovun sözlərinə görə, boğaz ətinin götürülməsi əməliyyatından sonra azyaşlının həyatı təhlükə altına düşüb: “Əməliyyatdan qısa müddət sonra balaca Nihadda qanaxma başlayıb, tənəffüsü çətinləşib, uşaq ağır vəziyyətdə Diaqnoz Tibb Mərkəzinə çatdırılıb. Q.Qocayev tərəfindən edilən ilkin tibb müdaxilələrdən sonra ambulator qaydada müalicə təyin edilib. Təyin edilmiş müalicə kursundan heç bir fayda görməyən Nihadın vəziyyəti günbəgün çətinləşib”.   Belə ki, onun nəfəs alması xeyli çətinləşib, boyunda və başda şiddətli ağrılar meydana gəlib.  Övladının hazırkı durumundan müfəssəl agah olmaq istəyən valideyinlər Baku Medical Plazada onun müayinəsini həyata keçirdiblər. Müayinənin nəticəsinə görə adenoid əməliyyatı nəticəsində boğaz sistemi (udlaq, dilçək, yumuşaq damaq) həddən artıq deformasiyaya uğrayıb. Cərrahi travma nəticəsində övladını itirmək təhlükəsində olduğunu biləndə Nihadın anası Elnarə Bağırova intihara cəhd edib.    Nihad Bağırzadənin həyatının xilas edilməsi naminə çarəsiz ailə dərdinə çarəsini Türkiyədə axtarmağa çalışıb. Bu ölkədə həyata keçirilən interval müddətli əməliyyata sərf edilən külli miqdarda maliyyə vəsaitinə baxmayaraq Nihadın əvvəlki vəziyyəti bərpa olmayıb, lakin həyati təhlükəsi sovuşub.    “Əməliyyatdan sonrakı diaqnoz "nazofarengeal stenoz" (udalaq darlığı) olub. Qənbər Qocayev israrla qeyd edir ki, stenoz ağırlaşması onun əməliyyatının nəticəsi deyil. Onun sözlərinə görə, bu əməliyyatlar sırasında stenozun baş verməsi mümkün deyil, əməliyyatdan sonra daha da boğaz genişlənir.   Bizə mənəvi və maddi zərər dəyib. Biz həkimlə hüquq müstəvisində mübarizə aparmağı qərar aldıq. Xətai Rayon Məhkəməsinin sorğusu  əsasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası, Patoloji Anatomiya Birliyinin Ekspert Həkimlərdən təşkil olunmuş qrupun verdiyi rəyə əsasən həqiqətən Diaqnoz Tibb Mərkəzində həyata keçirilmiş əməliyyatdan sonra Nihad Bağırzadə "nazofarengeal stenoz" (udlaq darlığı) travmatik ağırlaşma  durumuna düçar olub”,-deyə valideyn R.Bağırov bildirib.    Bağırovlar ailəsinə əməliyyat və digər məsrəflərlə birgə 73000 manat dəyərində ziyan dəyib. Buna baxmayaraq kompromisə gedərək yalnız mənəvi ziyandan imtina edib. Yeganə istək Nihadın sağlamlığının bərpa edilməsidir.    R.Bağırov deyir ki, Diaqnoz Tibb Mərkəzinin rəhbərliyi tərəfindən Nihadın sağlamlığının bərpası ilə bağlı ölkə xaricində zəruri addımlar atılmasına dair razılıq mümkündür. Əsaslı müalicənin yeganə mərkəzi Amerika Birləşmiş Ştatlarında yerləşir. Almaniyada isə müalicənin nəticəsinə təminat yalnız 60 faiz dəyərində qiymətləndirilməklə, 45000 avro səviyyəsində dəyərləndirilib. Nihad Bağırzadə bu gün Mərkəzi Klinikanın Uzman həkimi, Burhan Dadaşın nəzarəti altındadır.    Xətai rayin Məhkəməsi Bağırovlar ailəsinin Diaqnoz Tibb Mərkəzinə qarşı qaldırdığı iddianı təmin etməyib. Bu qərardan apellyasiya şikayəti verilib.    Oktyabrın 7-də Bakı Apelyasiya Məhkəməsində şikayətə baxılacaq.    Diaqnoz Tibb Mərkəzinin urun-boğaz-qulaq və estetik cərrahı Qənbər Qocayev “Bizim Yol”-abildirdi ki, o Bağırovlar ailəsinin iddiasını qəbul etmir: “R.Bağırovun dedikləri həqiqəti əks etdirmir. Ona görə də, məhkəmə onun iddiasını təmin etmədi”.   Ramid İBRAHİMOV             
    161

    “Azərsun” qiymətləri qaldırdı – SİYAHI

    «Azersun Holding» bu bazar günləri ərəfəsində satış mərkəzlərinə öz məhsullarını yeni qiymətlə təqdim edib.   Oxu.Az Novosti.az saytına istinadən xəbər verir ki, bu barədə yerli supermarketlərdən birinin sahibi söyləyib.   Hal-hazırda məhsulların piştaxtalarda və kassa aparatında yazılan qiymətləri dəyişdirilir.   “Azərsunun demək olar ki bütün malları yeni qiymətlə gəlib. Qiymət məhsuldan asıllı olaraq 5-20 qəpik artıb”.   Dəyəri artan əsas ərzaq məhsullarının siyahısını təqdim edirik:   - duz;   - un;   - kərə yağı;   - düyü;   - şəkər;   - qənd;   - süd məhsulları.
    127

    Bakıda mühafizəçini döydürən ''Range Rover''li xanımın əri həbs olundu

    Bakıda mühafizəçini ölümcül döydürən ''003'' nömrə nişanlı ''Range Rover''in xanım sürücüsü ilə bağlı yeni faktlar ortaya çıxıb. Azforum.az Milli.Az -a istinadən bildirir ki , ciminal.az saytı bir neçə gün əvvəl Səbail rayonu ərazisində, Abşeron mehmanxanasının yaxınlığında yerləşən yaşayış kompleksinin mühafizəçisinin bir qızın şikayəti ilə ölümcül hala salınması barədə xəbər vermşdi.
    Məlumata görə, cavan xanım sürücü idarə etdiyi ''-- -- 003'' dövlət nömrə nişanlı son model ''Range Rover'' markalı avtomobili park etmək istəyib. Yer olmadığından yaşayış kompleksinin həyətində saxlamaq istəyib. Lakin binanın mühafizəçisi ona icazə verməyib. Həmin xanım kiməsə zəng edərək mühafizəçidən şikayətlənib. Az sonra qara ''AA'' dövlət nömrə seriyalı ''Mercedes'' markalı avtomobillə iki nəfər həmin yerə gəlib. Onlar mühafizəçini huşunu itirənədək döyüb, sonra isə maşına əyləşərək ərazini tərk ediblər. Yerdə qan içərisində olan mühafizəçini təcili yardım maşını xəstəxanaya aparıb. 
    Məlumat saytda yayımlanandan sonra məsələ Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Məlum olub ki, mühafizəçini döyən şəxs elə sifarişi verən qadının əridir.
    Qadının əri hadisədən sonra həbs olunub.
    Məsələ ilə bağlı Səbail Rayon Polis İdarəsindən açıqlama almaq mümkün olmadı. Həbs olunan şəxsin adı açıqlanmasa da, o, yüksək vəzifəli şəxslərlə yaxın əlaqələrə malikdir.
    205

    İdmançı Kamil Samiraldoya hücum etdi : "Bura kişilərin yeridir, sənin kimi ..."

    Dünən restoran açılışlarından birində stilist Samiraldo və idmançı Kamil Zeynallı iştirak edib.   Azforum.az Azxeber.com -a istinadən bildirir ki Məclisə daxil olan Samiraldo idmançının hədəfinə tuş gəlib. Mikrofonu əlinə alan idmançı stilistin nəslini, kökünü söyüb, təhqir edib. Bununla kifayətlənməyən K. Zeynallı stilistə meyvə atmağa başlayıb. K. Zeynallı bildirib ki, o oturduğu məclisdə yalnız kişilər otura bilər, Samiraldo kimilərin orada yeri yoxdur. Stilistin ünvanına küçə söyüşləri səsləndirən idmançı onun köməkçisini də kənara çəkib və təhqir edib. 

    Məsələni dəqiqləşdirmək üçün Samiraldo ilə əlaqə saxladıq. Stilist məsələni inkar etmədi. Samiraldo hələ də şokda olduğundan məsələ barədə danışmaq istəmədi. Ancaq tezliklə açıqlama verəcəyini bildirdi.
    193

    Sizcə bir saniyə sonra nələr olacaq? - FOTO

    Şəkil çəkdirərkən heç də bəzən arzuladığımız kimi alınmır. Azforum.az Milli.Az -a istinadən bildirir ki, qəfildən elə hadisələr olur ki, sonradan həmin həmin şəkillərə baxanda dodaqlarımız qaçır.
    Bu da elə fotolardan bir neçəsi. 











    192

    ŞOK XƏBƏR -Təzə bahalaşma başlayır

    Nazirlər Kabineti ölkəyə gətirilən bəzi məhsullar üçün yeni və yüksək gömrük idxal rüsumlarını müəyyənləşdirib. Bu siyahıya ev toyuqları (toyuq əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər daxildir.   Sözügedən məhsulların 1 kiloqramına görə 1-3 dollar arasında, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. Meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0.7 dollardan az olmamaqla, gömrük idxal rüsumu alınacaq.   Qərar dərc olunduğu gündən 30 gün sonra qüvvəyə minir. İki il müddətində qüvvədədir.   Daha öncə bu məhsullara gömrük dəyərinin 15% faizi həcmində standart gömrük idxal rüsumu tətbiq edilirdi.   İqtisadçı-ekspert Vahid Məhərrəmov deyir ki, bununla da ölkəyə yeni bahalaşma gələcək:   – Təəssüf ki, ölkədə istehsal azalır. Bu da bahalaşmaya gətirən bir başqa amildir. İstehsalın azalması, öz növbəsində, idxal məhsullarının artmasını şərtləndirir. İndi idxal məhsullarına tətbiq olunacaq bu rüsumlar qiyməti bahalaşdıracaq. Biz özümüzün ətə, yumurtaya tələbatımızı tam ödəyə bilmirik. Ətə tələbatın yalnız 38 faizini daxili istehsal hesabına ödəyirik. Adambaşına 84 kiloqram norma olduğu halda, yalnız 34-35 kiloqram təmin edə bilirik. Digər ölkələrdə adambaşına 25 -30 kiloqram quş əti istehsal və istehlak olunur. Azərbaycanda bu göstərici 9-10 kiloqram arasındadır. Bizdə yumurta istehlakı da aşağı səviyyədədir, normanın təxminən 50 faizini istehlak edirik. Ölkədə bu məhsulların qiymətinin yüksək olması həm də onunla bağlıdır ki, tələbat qədər təklif yoxdur. Bu halda məhsul qıtlığı olanda, qiymət yüksəlir. İndiki halda yeni rüsumların tətbiqi ölkəyə idxal olunan məhsulun qiymətini artıracaq. Yetərincə məhsul istehsal olunmadığından daha bahasını əldə edəcəyik. Bu, düzgün siyasət deyil. Hökumət rəqabət mühiti yaradıb daxili istehsalı stimullaşdırsın, kreditlər, subsidiyalar versin. Düşünürəm ki, bu addım daxildə bu işlə məşğul olan oliqarxlara daha geniş imkan yaradacaq. Çünki bu gün quş əti, yumurta istehsalı müəyyən adamların əlindədir. Bu da onlara az istehsal edib, daha çox qazanmaq imkanı verəcək.   – Onda bir aydan sonra qiymətlərin yenidən bahalaşması ilə qarşılaşacağıq?   – Artıq bahalıq baş verir. Kənd təsərrüfatı məhsullarını, ərzağın bahalaşmasını, az qala, hər həftə müşahidə edirik. Bu məhsulların istehsalı baha başa gəlir. Özəlliklə, quş əti və yumurtanın istehsal vasitələri, avadanlıqlar, yem, genetik məhsullar xaricdən gətirilir. İki il müddət qoyublar. Ancaq iki il ərzində bu sahədə irəliləyiş əldə olunacağını düşünmürəm. Onsuz da əhalinin alıcılıq qabiliyyəti aşağıdır. Onu da nəzərə almaq lazımdır ki, indi yumurta istehsalı mövsümü deyil. Yumurta istehsalı mayda artır. İndi isə azalmağa doğru gedir. Hökumət yəqin deyəcək ki, bu yolla daxili istehsalı artırmaq istəyirlər. Ancaq bu yolla bu mümkün deyil. Əgər ölkədə əsaslı şəkildə bu məhsulların istehsalı ilə məşğul olunarsa, nəsə əldə etmək olar. Buna da 2-3 il yox, uzun müddət gərəkdir. Son zamanlar ölkəyə idxal olunan meyvə- tərəvəzin də həcmi atıb. Bu da həmin sahədə problemlərin olmasından xəbər verir.   – Dediniz ki, bahalaşma qaçılmazdır. Onda nə qədər bahalaşma gözlənilir?   – Əgər bir kiloqrama əlavə təxminən 1 dollar xərc çəkiləcəksə, ölkəyə gətirilən quş ətinin qiyməti iki dəfə artacaq. Yumurtanın qiymətində isə 2 dəfə artım olacaq. Digər məhsullarda 20 faizdən 100 faizədək bahalaşma gözlənilir. Bu, çox ciddi məsələdir. İndiyə qədər belə hal olmamışdı. Bilirdik ki, idxalda 15 faizə qədər standart gömrük idxal rüsumu tətbiq edilirdi. Bundan başqa xərclər olsa da, bütün bunlar hamısı birlikdə daha ucuz məhsul idxalına imkan yaradırdı. İndiki halda isə bu mümkün olmayacaq. Qiymət artacaq. Düşünürəm ki, hökumət bu rüsumların tətbiqiylə büdcəyə daha çox vəsait cəlb etmək məqsədi güdür.   Azadliq.org
    452

    Ən məşhur erməni qadın qarət olundu - FOTO

    ABŞ-ın ən məşhur realiti-şou ulduzlarından biri, pornoqrafik videoları yayılandan sonra məşhurlaşmış model Kim Kardaşyan Parisdə qarət olunub.
    Azforum.az Milli.Az -a istinadən bildirir ki, Kardaşyan Parisdə qaldığı " The Peninsula Hotel"in nömrəsində üzlərində maska olan iki şəxs tərəfindən silahla hədələnib, daha sonra girov götürülüb və qarətə məruz qalıb.
    Maskalı şəxslər polis forması geyinmişdilər.
    35 yaşlı K.Kardaşyanın menecerinin dediyinə görə, model şokda olsa da, xəsarət almayıb.
    Parisdə keçirilən "Paris Fashion Week"ə yollanmış K.Kardaşyanın əri, reper Kanye Uest Nyu-Yorkdakı "Midows" festivalında çıxışını yarımçıq qoyub.
    "Ailəmlə bağlı fövqəladə hadisə baş verib. Dərhal ailəmin yanına yollanmalıyam. Bağışlayın!" - Kanye Uest deyib və səhnəni tərk edib.
    Paris polisindən verilən məlumata görə, naməlum şəxslər Kardaşyanın 3 milyon dollar dəyərində zinət əşyalarını aparıblar.
    174

    "Apple" proqramçıları nə qədər maaş alırlar?

    "Apple” proqramçılarının maaşları "Microsoft”, "Facebook” və "Google” şirkətlərinin proqramçılarının maaşlarından azdır.   Belə ki, "Apple”da çalışan proqramçının ümumi illik gəliri 208.000$ təşkil edir. ABŞ-da proqramçının orta illik gəliri 126.000$ təşkil edir. Bununla belə maaşın əsas hissəsi 99.000$-dır. Qalan hissəsi isə müxtəlif bonuslardır. Lakin ABŞ-dakı bir sıra IT şirkətlərin, proqramçılarına verdikləri maaş bir qədər yüksəkdir.    "Apple”, "Amazon” və "Uber” kimi şirkətlərdə proqramçıların maaşları illik 200.000$-dan başlayır. Daha sonra siyahıda "Uber” (292.000$), "Twitter” (290.000$) və "Facebook” (285.000$) gəlir. Bu sahədə ən yüksək maaş isə "Airbnb” (312.000$) şirkətindədir. Beləliklə "Apple” bu reytinqdə yalnız 8-ci yeri tutub.    technote.az
    165
  • Яндекс.Погода
  •  Valyuta məzənnəsi

  • FreeCurrencyRates.com















×