Перейти к содержимому
  • Объявления

  • Последние новости


    Dünya İbrahim Tatlısəsi itirdi

    Məşhur türk müğənni İbrahim Tatlısəsin səhhətindəki problemlərə görə bir daha oxumayacağı barədə az öncə yayılan xəbər onun heyranlarını üzüb.

    Azforum.az Qadinlar.biz-ə istinadən bildirir ki, , ölkəmizdə də böyük əksəriyyət tərəfindən sevilən İbrahim Tatlısəsin güllələnməsi dünya tarixində silinməz izlər qoyan bir çox cinayət hadisəsinə - Con Lennon, Merlin Manron, Con Kennedi kimi müəmmalı qətllərə - daha birini əlavə etdi.

    Cinayət gecəsi - 14 mart 2011

    İbrahim Tatlısəs 2011-ci il martın 14-də, gecə saat 00:14-də Bəyaz TV-nin yerləşdiyi binanın həyətindən çıxarkən maşınına silahlı hücum oldu. Olaydan möcüzə nəticəsində qurtula bilən İmperator xəstəxanada ölüm-dirim mübarizəsi apardığı bir vaxtda polis də cinayətkarları tapmaq üçün yollar axtarırdı. Sözsüz ki, cinayətdən sonra qatil qismində ağıla ilk gələn şəxs illər əvvəl müğənnini təhdid etmiş Abdullah Uçmak idi. Türk polisi təhlükəsizlik kamerasına düşmüş görüntüləri izləyərək cinayətin izinə düşdü. Çox keçmədi ki, İbrahim Tatlısəsin köhnə düşməni - Adanalı Apo kimi tanınan Abdullah Uçmak və 20 nəfər həbs edildi.

    Cinayətdə PKK izi

    Məhkəməni aparan hakim Müəmmər Akkaşın hazırladığı 93 səhifəlik
    sənəddə Abdullah Uçmakın həbsdən çıxdıqdan sonra Pendikə gəlməsi, evinin yaxınlığındakı mağazada dəfələrlə telefonla danışması və cinayət planı haqda tez-tez müzakirələr aparması haqda iddialar yer alırdı. Bundan başqa, hakim yekun nəticəni açıqlayarkən İbrahim Tatlısəslə Abdullah Uçmak arasında 1998-ci ildən qalma konflikti də diqqətə çatdırdı.

    1998-ci ildə nə olmuşdu?

    Abdullah Uçmak İbrahim Tatlısəsə sui-qəsd edəcəyini hələ 1998-ci ildə müsahibəsində demişdi. Elə həmin vaxt İboya sui-qəsd təşkil olunsa da, sənətçi sağ qalmışdı. Uçmak müsahibəsində İbrahim Tatlısəsin onun adamlarını öldürtdürdüyünü və bunun müqabilində onun özünün də qanının töküləcəyini bildirmişdi. Apo həmin müsahibədə "Biz Həsən Boranın məkanında iftara getmişdik. İftara az qalmış güllə səsləri eşitdik. 4 nəfər ətrafı gülləbaran edirdi. Mən də orada yaralandım. İki dostumuz öldü. İbrahim Tatlısəsin bu əməli cavabsız qalmayacaq. Onun qanı axana qədər bu qan davası davam edəcək”, - demişdi... və iddia edilən qan 2011-ci il martın 14-də axdı.

    PKK ilə gizli yazışma

    İbonun vurulması ilə bağlı başqa bir iddiada PKK-nın adı hallanırdı. Həmin iddiaya görə, PKK Abdullah Uçmaka "Sən onsuz da, İbrahimdən intiqam alacaqsan. Onun ölümü bizim üçün də vacibdir. Ona görə də biz sənə həm istədiyin qədər pul veririk, həm də onu öldürməkdə kömək edirik” deyib. Bundan sonra Abdullah Uçmak və PKK əlbir olaraq Tatlısəsə sui-qəsd təşkil edib.

    Ortaya atılan bu iddia əsassız deyildi. Abdullah Uçmağın PKK üzvü Ruşən Mahmudoğluyla əlaqəsi ilə bağlı kifayət qədər dəlillər var idi. Cinayət günü Abdullah Uçmağın iqamətgahında axtarışlar zamanı onun pencəyinin cibindən "rusenmahmutoğlu@hotmail.com” mail ünvanı və Ruşənə aid iki telefon nömrəsi tapılmışdı.

    Cinayətdən bir neçə saat sonra polisdən gizlənən Uçmak "rusenmahmutoğlu@hotmail.com” elektron poçt ünvanına "Küncə qısılmışıq. Tezliklə çıxmalıyıq buradan. İşi sona çatdıra bilməyəcəyik” yazmışdı. Bu da cinayətin məhz PKK və Uçmak tərəfindən törədilməsini aydın şəkildə göstərirdi.

    İbo xəstəxanada öldürüləcəkdi, ancaq...

    İbrahim Tatlısəsə olan hücumdan sonra Abdullah Uçmak yarımçıq qalmış işi bitirmək üçün müğənnini xəstəxanada öldürmək planı qurub, lakin ciddi nəzarət və polisin onların izinə düşməsi onu ölkədən qaçmağa vadar edib.

    İbrahim Tatlısəsə atəş açanlardan biri - Ərsin Altun 30 il 1 ay həbs cəzası aldı. Cinayətin təşəbbüskarı kimi Abdullah Uçmak isə 36 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. Lakin "Adanalı Apo” məhkəmənin qərarı ilə qəti şəkildə razı deyildi və son çıxışında da bəraət istəmişdi:

    "Cinayəti bizim boynumuza qoymaqla hər şeyi ört-basdır etmək istəyirlər. Mənim bu məsələ ilə heç bir əlaqəm yoxdur”.

    Qeyd edək ki, hadisədən sonra İbrahim Tatlısəs Almaniya və ABŞ-da əməliyyatlar keçirdi, sağ qaldı, amma... İmperator bir daha heç vaxt oxuya bilməyəcək. 
    257

    Məşhur güləşçimiz İŞİD-in tərkibində öldürüldü

    Güləş üzrə Azərbaycan yığmasının sabiq üzvü Çamsulvara Çamsulvarayev İraqda öldürülüb. Lent.az-ın məlumatına görə, Rusiya mətbuatı iddia irəli sürüb.    Xəbərə görə, Çamsulvara İraqda İŞİD sıralarında döyüşürmüş. O, İraqa getdikdən sonra adını dəyişibmiş və “Al Bara” adını götürübmüş. Çamsulvarayevin həlak olmasını Britaniyanın IHS Analitik Mərkəzinin eksperti Coanna Paraşuk da təsdiqləyib.   Məlumatda o da deyilir ki, Çamsulvara Dağıstandan olan başqa bir yaraqlı, “Əbu Zeyd” ləqəbli Məhəmməd Əhmədovla birgə öldürülüb.
    150

    ŞAD XƏBƏR-Böyük anlaşma: neft dərhal bahalaşdı

    Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC), neft hasilatının gündəlik 32,5 milyon barrel səviyyəsində dondurmaq barədə razılaşdığını bildirilib.
    Qətərin Energetikan Naziri və OPEC Sədri Muhammed bin Salih es-Sade, təşkilatın paytaxt Əlcəzair görüşünün yekun iclasında qəbul olunan qərarlara dair məlumat verib.
    Azforum.az Qaynarinfo -a istinadən bildirir ki , neftin hasilat səviyyəsinə nəzarət etmək üçün yüksək səviyyəli bir komitə yaradılacağını bildirən Sade, "Üzv ölkələr hazırda 33,24 milyon barrel olan gündəlik neft hasilatının 32,5 milyon barrel səviyyəsində dondurulması üçün razılaşdı. İran, Nigeriya və Liviya, içində olduğu şərtlərdən dolayı bu qərardan uzaq tutulacaq". deyib.
    OPEC tərkibində müsbət bir hava olduğunu və asanlıqla razılaşmanın əldə olunduğunu vurğulayan Sade, bunun tətbiq olunma müddətlərinin isə noyabr ayında keçiriləcək iclasda müəyyənləşəcəyini bildirib.
    Əlcəzairin Energetika naziri Nureddin Butarfe də qeyri-rəsmi başlayan toplantının OPEC-in növbədənkənar iclasına çevrildiyini söyləyib.
    Butarfe, sözügedən toplantını "tarixi bir görüş" kimi səciyyələndirib.
    Bu qərar dərhal dünya bazarına öz təsirini göstərib və Brent neftin qiyməti 6%-ə yaxın artaraq 48,64 dollara çıxıb.
    Qeyd edk ki, İraqın paytaxtı Bağdadda 14 Sentyabr 1960 tarixində keçirilən Bağdad Konfransı çərçivəsində yaradılan OPEC-in hazırda İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya, Liviya, Qətər, Əlcəzair, İndoneziya, Qabon, Ekvador və Anqola olmaqla 14 üzvü var.
    Goldman: OPEC-in qərarı neft qiymətlərini 10 dollar artıra bilər 
    Dünyanın iri maliyə xidmətləri şirkəti olan Goldman Sachs Group Inc, OPEC-in neft istehsalını azaltmaq barədə  verdiyi qərarının neft qiymətlərini 10 dollar/barel artıracağını açıqlayıb. "Marja" xəbər verir ki, Goldman, razılaşmaya OPEC-ə daxil olmayan istehsalçıların əməl edib-etməyəcəkləri naməlumdur.
    Goldman Sachs-ın 28 Sentyabr tarixli hesabatında, "neft hasilatının gündəlik 32.5 milyon barelədək məhdudlaşdırılması böyük bir ehtimalla neft qiymətlərini dəstəkləyəcəkdir; Ən azından yaxın perspektivdə" ifadəsi yer alıb. Buna baxmayaraq bank, 2016-cı il və gələn il üçün qiymət proqnozlarını qoruyub.
    Goldman-a görə, bazardakı qeyri-müəyyənlik gələcək aylarda da davam edəcək və sözügedən qərar, Noyabr iclasında rəsmi səviyyədə təsdiq olunsa belə, hasilat kvotası aşıla bilər.
    Goldman analitiklərinin məruzəsində, "Qərar 2017-ci ilin ilk yarısında tətbiq olunarsa, digər hər şeyin sabit qalması vəziyyətində, bu gün açıqlanan hasilat kvotasının neft qiymətlərinə 7 dollar - 10 dollar arasında təsir edə bilər" deyə bildiriblər.
    151

    Azərbaycanda bəzi qızlar toydan öncə bakirəliyini niyə pozurlar? — ŞOK FAKTLAR

    Müşahidələr göstərir ki, bu gün ailə quran azərbaycanlı gənclər fərqli-fərqli düşüncəyə malikdirlər. Bəziləri sırf XXI əsr düşüncəsilə, digərləri isə "XXI əsr uşaqları”nın təbirincə desək, "keçmişin qalıqları” ilə yaşayır.

    Azforum.az Qadinlar.biz -a istinadən bildirir ki,Azərbaycan cəmiyyətində daşlaşan mental adətə görə, əksər oğlanlar nikaha daxil olarkən ənənələrə sadiq qalan ağıllı, tərbiyəli, əsl ev qızı ilə evlənmək istəyir. Bu zaman oğlanlar üçün xüsusi məsələ qızın bakirəliyidir. Bəli, Azərbaycan mentalitetində gəlin gətirlən qızın toy gecəsinədək bakirə qalması onunla evlənən oğlan, ümumilikdə bəy evi üçün xüsusi əhəmiyyət daşıyır. O dərəcə xüsusi əhəmiyyət ki, gəlinin bakirəliyi ər evi, eləcə də valideynləri üçün həm də təmizlik, saflıq, günahsızlıq, inam, etibar, sədaqət rəmzi anlamına gəlir.

    Vay o günə ki, toy gecəsi gəlin gətirilən qız bakirə çıxmasın… Bu halda ər evi onun gözünün yaşına baxmadan, günahsızlığını sübut etmə cəhdinə qulaq asmadan ata evinə geri qaytarır. Hətta illərlə nişanlı qalan, uzun müddət nişanlısına qovuşacağı anı səbirsizliklə gözləyən gənclər belə, toy gecəsi gəlin bakirə çıxmazsa hansısa güzəştə gedə bilmir, qəti qərar verir: "üzü qara” qız ata evinə qayıtmalıdır. Beləcə toy gecəsi dərhal boşanmalar da gerçəkləşir…

    Belə hallarda el-obanın, qohum-əqrəbanın, tanış-bilişin tənəsilə üzləşən qız evinin vəziyyətini isə təsəvvür etmək çətin deyil. Bu baxımdan hər bir qız anası üçün övladının "toy gecəsi imtahanı”ndan üzüağ çıxdığı barədə xəbər çox qiymətlidir. Bir sıra hallarda gəlini bəyin gərdəyinə göndərən yengənin qız anasına verdiyi xoşagəlməz xəbərlər hansısa valideynlərin bütün dünyasını alt-üst edir, faciələrə yol açır.

    Bununla yanaşı, müasir düşüncəli müəyyən qisim oğlanlar da var ki, ailə qurduğu qızın bakirə olub-olmadığına ikinci dərəcəli məsələ kimi baxır. Bu qismin üstünlük verdiyi əsas amil, qarşılıqlı anlaşma və bunun fonunda qurulan ailə münasibətləridir. Etiraf edək ki, son vaxtlar milli mentalitetin çərçivələrini aşan belə gənclərin sayı artmaqdadır.

    Bu sahədə araşdırmalar aparmış "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da deyib ki, toy gecəsinin bakirəlik məsələsinə birmənalı yanaşılmır: "Mən deməzdim ki, bakirəlik məsələsi gündəmdən çıxıb. Məsələ gündəmdədir və gündəmdə olmasaydı, bir çox qızlar nikahdan əvvəlki intim münasibətlərini ört-basdır etmək üçün tibbi müdaxilələrə üz tutmazdılar. Bakirəliyin bərpa olunması üçün həkimlərə müraciət edən çox sayda qızların olması məhz bunun göstəricisidir. Odur ki, nikaha girən bəzi cütlüklər əvvəldən öz münasibətlərinə qeyri-səmimi, qeyri-şəffaflıqla başlayırlar. Yalanlar üzərində qurulmuş nikah isə əksərən uğursuzluqla nəticələnir. Doğrudur, milli mentalitetə görə, bu məsələdə böyük əksəriyyət qızları günahlandırır. Amma oğlanlar da əvvəldən hansısa qadınla münasibətdə olduqlarını gizlədirlər”.

    Mehriban Zeynalovanın sözlərinə görə, bəzi qızların nikahdan əvvəlki münasibətlərinin nəticəsini tibbi müdaxilələrlə aradan qaldırmaları və ailə qurduğu oğalana bakirə qismində ərə getməsi həmin nikahın təməlinin yalan üzərinə qurulmasına gətirib çıxarır.
    Hüquq müdafiəçisi deyir ki, bu barədə insanlara azad seçim imkanı vermək lazımdır: "Konkret olaraq nikaha qədər intim münasibətdə olan şəxslər bu barədə məlumat verirsə, seçim qarşı tərəfin özünün öhdəsinə buraxılır. Bu halda dürüstlük nümayiş etdirilməsi arzu olunandır.

    Mən hesab edirəm ki, qızın bakirəliyi deyil, onun şəxsi keyfiyyətlərini, şəxsi faktorlarını üstün tutaraq gənc oğlanın ailə qurması daha dürüstdür”.


    Hüquq müdafiəçisi hesab edir ki, bakirəlik məsələsi müəyyən normalardır: "Bu normalar hələ ki gündəmdədir. Evlənən şəxslərin evliliyə qədər müxtəlif münasibətlərdə olub sonra ailə qurması yaxşı hal deyil. Özümüzün adətlərimiz, münasibətlərimiz, ənənələrimiz var. Amma bunu tabu etmək də olmaz.

    Mən yaşlı qadınlar tanıyıram ki, qız vaxtı zorakılığa məruz qalıb, yaxud sevdikləri tərəfindən aldadıldıqdan sonra atılıb. Yəni müxtəlif səbəbələrdən bakirəliklərini itiriblər. İndiyə qədər baş verənləri gizli saxladıqlarından ailə qura bilmirlər. Bu da faciədir. Əxlaq önəmlidir, amma bakirəliyin pozulmasını faciəyə çevirmək doğru deyil. Əsl faciə tibbi müdaxilə ilə bakirəliyin bərpasıdır.


    Əsas məsələ insanın şəxsi keyfiyyətləri, ailədaxili münasibətləridir. İnsanlar hər mənada biri-birilərini tanıyaraq ailə qurmalıdır. Ancaq bakirəliyi faciə etmək, yaxud həyatını buna bağlayaraq yaşamaq da doğru deyil. Mənim 60 yaşında bibim qızı var, hələ də bakirədir. Bunu özü üçün böyük dəyər hesab edir və fəxr edir. Bu ailə münasibətləri, ailə dəyərləri, insanın böyüdüyü mühitin normalarıdır. Hesab edirəm ki, 60 yaşında tək qalmış bir qızın məhz bakirəliyə görə kişinin onunla evlənəcəyini düşünməsi özü də faciədir. Şəxsən mən tibbi müdaxilə nəticəsində bakirəliyini guya, bərpa etdirərək ailə quran qızları dəstəkləmirəm. Bu, daha böyük faciədir. Kişinin özünün xarakteri və ailəsini müdafiə etmək bacarığı olmalıdır. Damğa vurulanlarla, boşanmış qadınlarla ailə quranlar da var. Heç kim də bunu faciə hesab etmir”.

    M.Zeynalova onunla da razıdır ki, bütün dünyada bakirəlik təmizlik, paklıq göstəricisidir: "Amma bakirə qalıb müxtəlif iyrənc niyyətlərdə olanlar da var. Bu da reallıqdır. Məsələnin mahiyyəti odur ki, nikaha girən şəxslər biri-birilərinə qarşı dürüst olsunlar. İnsan ailə quran zaman özünü nə qədər təmiz, pak saxlayırsa, ailəsi də o dərəcədə pak olacaq. Bu gün boşanma səbəblərinə baxdıqda yalanların üstünlük təşkil etdiyini görürük. Çünki bir dəfə yalan, fırıldaq edən şəxsin sonrakı mərhələdə bunu etməyəcəyinə kimsə zəmanət vermir. Müşahidələrimiz bunu təsdqiləyir. Lakin təmizliyini saxlayanlar hər zaman ailəsi üçün mübarizə aparır. Çünki bu, onlar üçün dəyərdir, normadır. Əsas da psixoloji amillər rol oynaya bilər. Ola bilər ki, kiminsə başına pis hadisə gəlib, hansısa faciə nəticəsində, yaxud da konkret məqamda istəyərək, yaxud istəməyərək bu vəziyyətlə üz-üzə qalıb. İstənilən halda hər şey qarşı tərəfin diqqətinə çatdırılmalıdır. Mən insanlar arasında münasibətlərin dürüstlük üzərində qurulmasının tərəfdarıyam.
    Seçim insanların özünündür. Çox halda bakirəliyi pozulmuş xanımlar bunu gizlədirlər. Belə hərəkət edən qız görmüşəm. Nikahdan əvvəl münasibətdə olub. Tibbi müdaxilə etdirərək başqasına ərə gedib, 2 uşaq doğub və bir müddət sonra ailəsini dağıdıb. Çünki ailə yalan üzərində qurulub”.

    Bakirəliyin-qızlıq pərdəsinin cərrahi yolla bərpası tibbdə himenoplastika adlanır. Son illər belə əməliyyatların Azərbaycanda da artdığı barədə müxtəlif məlumatlar yayılır. Bununla bağlı hətta statistik rəqəmlər söyləməyə cürət edənlər də var. Elə bəzi cərrah-ginekoloqların özləri də himenoplastika etdirən qızların çoxaldığını təsdiqləyirlər. Qeyd edirlər ki, himenoplastika əməliyyatı üçün onların qəbuluna gələnlərin sayında artım müşahidə edilir…
    65

    Əhaliyə şad xəbər: yaşayış evlərinin qeydiyyatı asanlaşdırılır

    Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.   Azforum.az Baku.ws -a istinadən bildirir ki , iclasda "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirə edilib.   Qanuna dəyişiklik barədə məlumat verən Əmlak Məsələləri Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri İlqar Hüseynov deyib ki, qanuna dəyişiklik torpaq mülkiyyətçilərinin hüquqlarının qorunmasına və vətəndaş məmnunluğunun artırılmasına hesablanıb.   Qanun layihəsinə edilən dəyişikliklərə əsasən, icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evləri torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və yaşayış evinin istismara qəbul aktı olduğu təqdirdə daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq.   Qanuna təklif edilən digər mühüm dəyişikliyə əsasən, 2013-cü ilin yanvarın 1-dək  inşa edilmiş tikililərdə məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinin qeydiyyatı üçün yalnız torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd tələb olunacaq. Sadə dillə desək, 2013-cü ilin yanvarın 1-dək hündürlüyü 12 metrədək olan fərdi yaşayış evi inşa edənlər yalnız torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim etməklə daşınmaz əmlak üzərində mülkiyyət hüququna yiyələnəcək.   Qanun layihəsi Milli Məclisin Plenar iclasına tövsiyə olunub.
    156

    Пробел в законе: Запах спирта изо рта – еще не повод выписывать штраф

    Как передает Azforum.az  со ссылкой baku.ws, из-за слабого запаха алкоголя – ввиду выпитого днем раньше спиртного – дорожная полиция оштрафовала жителя столицы Вахида Гулиева, обратившегося в редакцию Sputnik Азербайджан.   "К тому же штраф мне выписали такой же, как и человеку, который употребил большое количество алкоголя в день вождения автомобиля", — подчеркнул водитель. По словам Гулиева, закон о наказании за вождение в нетрезвом состоянии имеет множество недоработок: "Никто не обращает внимания на то, сколько именно было выпитого спиртного, сколько времени прошло со времени принятия алкоголя. Запах изо рта — значит все, плати штраф", – жалуется автовладелец. Бывший начальник полиции, эксперт Научно-практического правового центра, полковник Махмуд Гаджиев, комментируя Sputnik проблему вождения в нетрезвом виде, подтвердил, что законодательство в этой сфере недоработано. В результате увеличения за последние пять лет числа дорожно-транспортных происшествий (ДТП) в Кодекс административных правонарушений АР были внесены дополнения и изменения, отметил он.   Однако, Гаджиев не считает частое внесение изменений в законы положительным явлением: "Прежде чем принять закон, следует его всесторонне рассмотреть, чтобы спустя несколько лет не пришлось заново все переделывать".   В то же время эксперт указывает, что ужесточение наказания не поможет избежать аварий на дорогах. "Если существующие меры не помогают, значит надо предпринимать другие шаги", – считает он. По словам Гаджиева, между положением на автомобильных дорогах и регулирующими движение законами Европы и Азербайджана существует много различий. В частности, в Европе водители придерживаются правил дорожного движения. "Что касается того, что сегодня полицейский наказывает водителя за выпитое еще вчера спиртное, то все это связано с недоработками, существующими в законе", – отметил он. В свою очередь, эксперт в области транспортных вопросов Азер Аллахверянов сказал в беседе со Sputnik, что большинство ДТП в стране связано с тем, что за руль садятся пьяные водители: "Здесь не может быть никаких уступок. Цель ужесточения закона и увеличения штрафов именно в том, чтобы водители перестали управлять автомобилями в пьяном виде". В то же время, продолжил он, следует использовать образовательные методы и внедрить в сознание человека, что вождение в нетрезвом состоянии опасно как для самого водителя, так и для окружающих.    Врач Васиф Исмаил имеет отличную точку зрения на данный вопрос. Комментируя Sputnik проблему, он отметил, что в составе большинства продуктов питания содержится спирт. По мнению специалиста, причина того, что по действующему законодательству максимальный уровень алкогольного опьянения для вождения автомобиля составляет 0,3 промилле, связана именно с тем, что в принимаемых нами продуктах питания в минимальных количествах содержится алкоголь: "Когда уровень превышает 0,5 промилле, уже возможно торможение реакции. То есть 0,5 промилле не означает полного опьянения, а только лишь создает ситуацию, когда тормозится реакция".   Что касается реакции, то, по его словам, ее можно разложить на три компонента: первое – мы должны понять увиденное, второе – увидев, должны сделать вывод, третье – действовать в соответствии с результатом. "Спиртные напитки затормаживают эти реакции, что и становится причиной несчастных случаев", – отметил эксперт. По его словам, алкоголь выводится из организма в течении 6-12 часов. Если от человека пахнет спиртным, это еще не означает, что он пьян. Основной показатель – уровень алкоголя в крови. "Дорожный полицейский не может составлять протокол на основе результата устройства, которое у него имеется. Протокол может быть составлен только после того, как будут известны результаты анализа, проведенного врачом", – отметил медик.
    243

    Глюкозу жестоко избили в центре Москвы

    Как передает Azforum.az  со ссылкой actualnews.org, к счастью, все события развивались в рамках сюжета нового клипа на песню Глюкозы “Без Тебя”. По задумке режиссеров, девушка стала жертвой насилия от бывшего парня, что и решили снимать прямо на улице в Москве. Актерская игра была настолько убедительной, что прохожие принялись спасать девушку.

    - Меня пытались спасти даже те, кто не узнал. - призналась исполнительница в сети. Москвичи резко отреагировали на избиение девушки в центре столицы, старались разнять их с бойфрендом и вызвать полицию. Несколько раз, рассказала Глюкоза, пришлось было останавливать съемки
    169

    Первый секс-шоп в Азербайджане (фото 18+)

    В Азербайджане начал действовать секс-шоп.   Как передает Azforum.az  со ссылкой на baku.ws, на просторах азнета появился первый секс-шоп. Сайт предлагает своим потенциальным клиентам различные аксессуары для сексуальных утех, как для женщин, так и для мужчин.    Также сайт предоставляет клиентам бесплатную доставку.
    222

    Пользователи Instagram выбрали обладательницу самой красивой попы (фото)

    Пользователи Instagram выбрали девушку с самой красивой попой, передает Ura.ru. Ей стала 23-летняя фотомодель и фитнес-тренер Джен Сельтер.   Как сообщает Azforum.az со ссылко на baku.ws, проживающая в США красотка регулярно публикует на своей странице снимки своей великолепной фигуры, наглядно демонстрируя пользу регулярных тренировок для тела. Поклонники неустанно восторгаются ее формами и осыпают множеством комплиментов.   На аккаунт Джен подписаны порядка 10 миллионов пользователей, среди которых не мало знаменитостей. В их числе, в частности, певицы Бейонсе и Рианна, а также звезда баскетбола Амаре Стадемайр.   Как пишет издание, с момента начала карьеры Сельтер снималась для множества глянцевых журналов, таких как Elle, Playboy, Men’s Health и Maxim. Кроме того, девушка сотрудничала со спортивными брендами Nike и New Balance, а в настоящее время представляет американскую футбольную лигу.   Стоит также отметить, что несмотря на свой юный возраст, модель вошла в списки "99 самых желанных женщин 2014" и "Time 100-2014".      
     

     

     

     

     

     

     

    356
  • Яндекс.Погода
  •  Valyuta məzənnəsi

  • FreeCurrencyRates.com















×