Перейти к содержимому
  • Объявления

  • Последние новости


    Ordu hərəkətə keçdi: 189 ölü, 6100 yaralı – ŞOK GÖRÜNTÜLƏR (FOTO)

    Fələstinlilərin hər il martın 30-da qeyd etdikləri “Torpaq günü” öncəsi Qəzza zolağında hərbi hərəkətlilik yaşanır.
    Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İsrail ordusunun sözçüsü Aviçay Adraee sosial şəbəkəsindəki səhifəsində Qəzza sərhədinə hərbi qüvvənin cəmləndiyini göstərən fotolar paylaşıb.
    Fotolarda Qəzza sərhədində çox sayda İsrail əsgərləri və tankların toplandığı görünür. O, İsrail ordusunun “hər cür ssenariyə hazır olmaq üçün” cənub sərhədinə əlavə hərbi qüvvə göndərildiyini ifadə edib.
    Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahunun başçılığı ilə dünən keçirilən təhlükəsizlik toplantısında Qəzza sərhədinə əlavə hərbi birliklərin gösdərilməsi barədə qərar verilmişdi.
    “Torpaq günü”nun növbəti qanlı qarşıdurmalarla keçəcəyi gözlənilir. Hesabata görə, ötən il “Torpaq günü” ilə əlaqədar nümayişlərin başlandığı martın 31-dən dekabrın 31-nə kimi İsrail əsgərlərinin atəşi nəticəsində 189 fələstinli ölüb, 6100 nəfər yaralanıb.


    16

    Çoxlu viaqra qəbul etsəniz nə BAŞ VERƏR? - Alimdən ŞOK RƏY

    Yəqin ki, həyatınızda ən azı bir dəfə viaqra istifadə etmək barəsində düşünmüsünüz. Onu istifadə etdikdə sizə necə təsir edəcək? Hələ də istifadə etməmisinizsə, çox güman ki, aptek vitrini qarşısında dayanıb ən zərərsizi hansıdır deyə düşünmüsünüz. Amma yəqin onu da bilirsiniz ki, viaqra sizin ürəyiniz üçün çox zərərlidir.
    Publika.az xəbər verir ki, alimlər bunu daha dərindən araşdırıblar və çoxlu sayda viaqra qəbulunun sağlamlığa hansı fəsadlar verə biləcəyi haqqında məlumatlar paylaşıblar. Hər şey qədərində yaxşıdır. Bu cümlə elə viaqra mövzusuna da aiddir. Viaqra istifadə etməzdən əvvəl, sağlam olduğunuza əmin olun. Çünki onun çox istifadəsinin verəcəyi fəsadlar sizin üçün ağır ola bilər.
    Əgər siz daim viaqra istifadə edəcəksinizsə, o zaman sizin boşalmanız uzun müddət çəkəcək və cinsi orqanınızda müəyyən ağrılar baş verəcək. Əgər bu hal uzun müddət davam edirsə, mütləq həkimə müraciət etmək lazımdır. Ən əsası cinsi orqanınızda olan qan damarlarını partlada bilər. Eyni zamanda bu fəsadlar gələcəkdə ereksiya olmanız üçün də ziyanlıdır. Əgər siz öz intim həyatınızla həmişəlik vidalaşmaq istəmirsinizsə, o zaman bu dərmanın istifadəsindən uzaq olun. Bunu sizə biz demirik. Bunu sizə bu araşdırmanı aparan həkimlər bildirir.
    27

    Arvadının başqa kişilərlə yazışmasını tutan ərdən dəhşətli əməl

    Arvadının başqa kişilərlə əxlaqsız yazışmasını oxuyan ər onu ütünün kabeli ilə boğdu və... - FOTO
    İzmirdə həyat yoldaşının telefonda əxlaqsız yazışmalarını görən kişi ilk öncə onu ütünün kabeli ilə boğub, daha sonra isə ürəyindən bıçaqlayaraq öldürüb. 
    BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün məhkəmə qarşısına çıxarılan 29 yaşlı Bayram Korkmaz 21 il azadlıqdan məhrum edilib. 
    Bayram Korkmaz danışmaq üçün bir müddət əvvəl ayrıldığı Kader Korkmazın evinə gedib. Həyat yoldaşının telefonuna baxan Bayram onun başqa kişilərlə əxlaqsız yazışmalarını oxuyub. O, ilk öncə Kadər Korkmazı ütünün kabeli ilə boğub, daha sonra isə ürəyindən bıçaqlayıb. Daha sonra polisə zəng edərək "Həyat yoldaşımı öldürdüm, gəlin, məni aparın" deyib. 
    O, məhkəmədə bu sözləri deyib: "Həyat yoldaşımın sosial şəbəkədə bir kişi ilə münasibət qurduğunu öyrəndim. Yazışmalarında əxlaqsız sözlər də var idi. Bunları unutmaq istədiyim üçün bu barədə artıq danışmaq istəmirəm".
    22

    Bakıda dəhşətli yanğın – Foto

    Bakının Nizami rayonunda, 8-ci kilometr adlanan ərazidə güclü yanğın başlayıb. Yanğın “Diqlas” ticarət mərkəzində baş verib.
    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
    ***
    Fövqəladə Hallar Nazirliyi Bakıdakı yanğınla bağlı məlumat yayıb.
    Məlumatda bildirilir ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
    Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür.

    27

    Qaraciyəri təmizləyən detoks

    Limon suyu ilə hazırlanan detoks qaraciyəri təmizləyib həzm sistemini normaya salacaq və orqanizminizi yeniləyəcək.
    Azforum.Az xəbər verir ki, limon suyunu tərkibində olan lesitin bədəndəki yağların udulmasına və həzm edilməsinə də təsir göstərir.
    Qaraciyər detoksu uçub lazımi inqrediyentlər:
    Yarım stəkan su
    1 ədəd limonun sıxılmış suyu
    1 çay qaşığı lesitin və ya 1 ədəd çiy yumurta
      1 ədəd E vitamini kapsulu
    Bir miqdar təzə zəncəfil
    Hazırlanması:
    Bütün inqrediyentləri bir qabın içinə töküb qarışdırın. Qarışığı 1 gün ərzində şkafda saxlayın. Ertəsi gün qarışığı için. Təsirli olması üçün bu prosesi səhər yeməyindən əvvəl içmək məsləhətdir. (publika.az)
    26

    Bakı metrosunun çıxışında ilginc xəbərdarlıq: "Sən Allahdan qorxmursan?" (FOTO)

    Bakıda "İnşaatçılar” metrosunun çıxışında vurulan xəbərdarlıq hamının marağına səbəb olub.

    AZFORUM.Az bizimyol.info-ya istinadən xəbər verir ki, metronun "İnşaatçılar” stansiyasının çıxışına vurulan xəbərdarlıqda Səbinə adlı qadına müraciət edilir. Kiminsə ailəsini dağıtmaq üzrə olan Səbinə adlı xanıma xəbərdarlıq edilərək, məqsədindən əl çəkməyəcəyi təqdirdə onların ikisinin də (qızın və oğlanın) şəklini Xoşqədəm Hidayətqızının aparıcılığını etdiyi "Səni axtarıram” verilişinə verəcəyini bildirib.

    27

    Məscidi gülləbaran edən manyak: o kimdir? - VİDEO - FOTO

    Yeni Zelandiyanın Kraysçörç şəhərində "Məscid əl Nur" və "Linvud" məscidlərində məşum terror aktı törədən 3 şəxsdən biri olan Brenton Tarrantın məhkəməsi başlanıb.
    Milli.Az The New Zealand Herald-a istinadən bildirir ki, bu teraktlarda 49 nəfər həlak olub, 43 nəfər yaralanıb.
    Hücuma məruz qalmış məscidlər bir-birindən 5 kilometrlik məsafədədir.
    Dünən o, məhkəmə qarşısına çıxarılıb.
    Avstraliyanın Yeni Cənubi Uels əyalətindəki Dunedin şəhərinin sakini olan 28 yaşlı B.Tarrant "Məscid əl Nur" məscidinə hücumda və 49 nəfəri qətlə yetirməkdə suçlanır.

    O, Avstraliyanın Qrafton şəhərində fitnes təlimatçısı işləyib.
    O, hücumu videokameralarla çəkərək canlı yayım edib. Hücumdan əvvəl isə Tarrant sosial şəbəkələrdə "manifest"ini paylaşaraq özünü "ağdərililərin üstünlüyü ideyasını tərəfdarı" adlandırıb, Avropada müsəlmanlara qarşı teraktlar törətmək istəyini açıqlayıb.
    Kraysçörç məhkəməsində ilk iclas cəmi bir dəqiqə davam edib.
    Biləklərinə qandal vurulmuş Tarrant məhkəmədə nasist jestləri göstərib.
    Bundan dərhal sonra onu vəkilinin çıxışına imkan verilmədən məhkəmə zalından çıxarıblar.
    Prosesin növbəti iclası aprelin 5-də olacaq.
    Hücum zamanı "Əl Nur" məscidində 200, "Linvud" məscidində isə 300 nəfər vardı.
    "Əl Nur" məscidinin yanında saxladığı maşınında 2 pompalı tüfəng və 4 avtomat olan Tarrant məscidə girərək qarşısına çıxan hər kəsə atəş açıb,
    O, hücumdan əvvəl sosial şəbəkələrdəki profillərində paylaşdığı 87 səhifəlik "manifest"ində mövqeyini və məramını açıqlayıb.
    B.Tarrant Almaniyanın kansleri Angela Merkeli və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı məhv etməyə çağırıb.
    Hücum zamanı başındakı dəbilqəyə GoPro kamerası bərkitmiş Tarrant YouTube, Facebook və İnstagram-dakı profillərində canlı yayımda olub.
     
    Onun istifadə etdiyi güllə daraqlarının üzərində "Avropa sivilizasiyanının təşəkkül tapmasının ən önəmli məqamları" yazılmışdı.
    Yazılar arasında 1770-ci ildə Rusiya-Türkiyə savaşı zamanı Kaqula yaxınlığında döyüşün, 1389-cu ildə Kosovo çölündəki döyüşdə türk sultanı Muradı qətlə yetirmiş serb Miloş Obiliçin adı çəkilir.
    Bəzi yazılar isə gürcü dilində yazılıb. Belə ki, güllə daraqlarından birində gürcü çarları David Soslani və David Aqmaşenebelinin adlarını görmək olar.
    Hazırda internetdə Tarrantın canlı yayımının 17 dəqiqəlik videosu yayılır.

    Yeni Zelandiya polisi videonu internetdən silməyə başlayıb və bu videonu paylaşmamağı xahiş edib.
    Breyvik təki, Tarrant da Bibliyadan və neonasizm ideyalarından sitat gətirib. Onun "manifest"ində yazdığına görə, məsciddə gülləbarana "sövq edən" əsas olay 2017-ci ildə Stokholmda törədilmiş teraktdır. 5 nəfərin həlak olduğu teraktın qurbanları arasında Tarrant 11 yaşlı Ebba Akkrlyundun adını xüsusi vurğulayaraq "onun qisasını alacağam" yazıb.
    Mari Le Penin Fransadakı seçkilərdə məğlubiyyətindən pərişan olduğunu vurğulayan B.Tarrant özünü Nelson Mandela ilə müqayisə edib: "Onun təki, məni də 27 il sonra bəraətlə həbsxanadan azad edəcəklər".

    "Avropalıların ölümlərinə görə qisas almaq, habelə əməlimlə diskussiyalara səbəb olmaq, xaos və təşviş yaratmaq istəyirəm. Odlu silah qismində ABŞ istehsalı olan yarımavtomatları seçməyimin səbəbi Birləşmiş Ştatlarda odlu silahların azad satışının tərəfdarları ilə əleyhdarları arasında mübahisələrin daha da aktivləşməsini istəməyimdir". 
    Məscidə hücuma iki ilə əvvəl hazırlaşmağa başladığını bildirən Tarrant şəhəri 3 ay əvvəl seçdiyini yazıb.
    Tarrantla yanaşı, teraktları törətməkdə şübhəli bilinən daha 3 nəfər tutulub. Polis məscidlərin yaxınlığında saxlanmış iki avtomobildə partladıcı qurğular aşkarlayıb.
    Avropa və Asiya ölkələrində səyahətdə olmuş Brenton Tarrant Şimali Koreyaya da baş çəkmişdi.
    Məktəbdə oxuduğu illərdə atası xərçəng xəstəliyindən vəfat etmiş Tarrantın anası və bacısı olayı şərh etməyiblər.
    Milli.Az
    Videonu izləmək üçün şəklə klikləyin:
    https://daytube.az/az/videos/81059/
    50

    2019-cu ilin qeyri-iş günləri açıqlandı

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.
    2019-ci ilin iş vaxtı normasında qeyd olunur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin '”2019-cu ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2018-ci il 19 dekabr tarixli 856s nömrəli sərəncamına əsasən, 2019-cu ildə 1, 2 yanvar – Yeni il bayramı, 20 Yanvar – Ümumxalq hüzn günü, 8 Mart – Qadınlar günü, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı, 9 May – Faşizm üzərində Qələbə günü, 28 May – Respublika günü, 5, 6 iyun – Ramazan bayramı, 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş günü, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, 12,13 avqust – Qurban bayramı, 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü iş günləri hesab edilmir.
    Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin “2019-cu ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2018-cı il 19 dekabr tarixli 856s nömrəli sərəncamına əsasən, 2019-cu ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 25, 26 mart, 17 iyun, 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 25 mart tarixi istirahət günləridir.
    2019-cu ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.
    Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir.
    Azərbaycan Respublikası Seçki Məcəlləsinin 211.1-ci və 213-cü maddələrinə əsasən, bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir və bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir. 2019-cu ilin iş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq istehsalat təqvimində 2019-cu ilin 27 dekabr tarixi iş günü hesab edilməyən Bələdiyyə seçkiləri günü kimi nəzərə alınır.
    2019-cu ildə beşgünlük iş həftəsində 242 iş günü (onlardan 9-u bayramqabağı, 1-i səsvermə qabağı iş günü), iş günü hesab edilməyən 103 istirahət günü (onlardan 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən), iş günü hesab edilməyən 18 bayram (4-ü istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə günü və istirahət günü ilə üst-üstə düşən 1 Ümumxalq hüzn günü var.
    2019-cu il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1926 saat təşkil edir.
    27
  • Яндекс.Погода
  •  Valyuta məzənnəsi

  • FreeCurrencyRates.com



















×