Перейти к содержимому
  • Объявления

  • Последние новости


    Atasının qatilini məhkəmə zalında güllələyən adam və ya sadəcə Rövşən Lənkəranski

    Xəbər verdiyimiz kimi, məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin bu gecə Türkiyənin İstanbul şəhərində qətlə yetirilib. 
    "Vor" aləmi haqda anlayışı olmayanlar üçün isə maraqlıdır: Görəsən Rövşən Lənkəranski kim idi?
      Azforum.Az-ın “AZXEBER.COM” -a istinadən verdiyi məlumata görə  Rövşənin avtobioqrafiyasını təqdim edir:

    Caniyev Rövşən Rafiq oğlu (Rövşən Lənkəranski). 1975-ci il yanvarın 27-də Lənkəran şəhərində doğulub. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəlidir. Lənkəran şəhəri, T.İsmayılov küçəsi 26-da qeydiyyatdadır. Astara Rayon Xalq Məhkəməsinin 15.10.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 220-ci maddəsinin 1-ci hissəsi, 97-ci maddəsi il 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Səbail Rayon Məhkəməsinin 04.03.1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Bu dəfə 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 15, 94-cü maddəsi (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Rövşən Caniyev cinayət məsuliyyətindən azad edilib.

    2002-ci ildə isə Rövşən Caniyev barəsində olan həmin cinayət işi təzələnib. Lakin Lənkəranski istintaqdan qaçıb gizləndiyinə görə onun barəsində 01.07.2002-ci il tarixdə axtarış elan olunub.
    2009-cu il dekabrın 3-də Ukrayna Respublikasında həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya olunub.

    2010-cu ildə dövlət ittihamçısı R.Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib və o, azadlığa çıxıb.

    Yeri gəlmişkən, Rövşən Canıyev gənc yaşlarında atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib və digər işlərlə yanaşı, məhkəmə qarşısına buna görə də çıxarılıb.

    Rusiyada yaşayan Rövşən Lənkəranskinin "Ded Xasan"ın qətlindən sonra Birləşmiş Ərəb Əmirliyinə - Dubaya getdiyi deyilirdi. Amma son illər onun Türkiyənin İstanbul şəhərində yaşadığı bəlli olmuşdu. Onun avtomobilinin nömrəsi 90-ND-011 idi.    Allah rəhmət eləsin.
    1017

    Gülənin qardaşı oğlu tutuldu – FOTO

    Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülənin yaxın qohumu saxlanılıb.
    Azforum.Az-ın “Oxu.az” -a istinadən verdiyi məlumata görə, İstanbulun Ümraniyə bölgəsində aparılan əməliyyatlar zamanı Fətullah Gülənin qardaşı oğlu Salman Gülən yaşadığı evdə polis tərəfindən tutulub.
    S.Gülən həbs edilərkən avtomobilindən 3 telefon, bir hard disk və FETÖ-yə məxsus xeyli sayda kitab aşkar edilib.
     
    224

    Azərbaycanlı modeldən çimərlik geyimində – FOTOSESSİYA

    “Miss & Mister Azerbaijan - 2016” model müsabiqəsində “II Vice Miss Azerbaijan” seçilən Günel Məmmədova çimərlik geyimində növbəti fotosessiyasını təqdim edib.
    Azforum.az  Oxu.az-a istinadən xəbər verir ki , fotoqraf Reşan müəllifi olduğu fotoşəkilləri sosial şəbəkədə paylaşıb.
    Xatırladaq ki, yarışmanın qalibləri Oksana Barxatova ilə Pərviz Xəlilov olub.
     
             
    1619

    Hülya Avşar Türkiyədən gedir

    Müğənni, aktrisa, aparıcı Hülya Avşarın Londonda “University of Westminister”a qəbul olunan qızı Zəhra orada anasının nəzarəti altında təhsil alacaq. 
    Azforum.Az-ın Oxu.az- a istinadən məlumatına görə, Avşar övladı ilə birlikdə Londona köçür. O, “Knigtsbridge” ərazisində yerləşən evindəki kirayənişinlərdən birinin çıxmasını istəyib.
    Qızlarının sənəd məsələlərini həll etmək üçün Hülya və keçmiş həyat yoldaşı Kaya Çilingiroğlu sentyabrda Londona yola düşəcəklər.
    225

    Rəsul Çunayev erməni rəqibinə məğlubiyyətinin səbəbini açıqladı

    Rio-de-Janeyroya qızıl medal üçün gəlmişdim, ancaq təəssüflər olsun ki, bunu bacarmadım. 
    Azforum.az  Oxu.az-a istinadən xəbər verir ki , bunu Rio-2016-da bürünc medal qazanan yunan-Roma güləşçisi Rəsul Çunayev Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovayaaçıqlamasında bildirib.
    “Bir şeyi düşünmək lazımdır ki, hamıdan çox, mən özüm onu udmaq istəyirdim. Qismət olmadı. Buna baxmayaraq Vətən üçün bürünc medalı əldən vermədim. Mən çoxdandır 66 kq. çəki dərəcəsində çıxış etmirdim. Olimpiadaya düşmək üçün 1 çəki aşağı dərəcədə mübarizə aparmalı oldum. Bunda, əlbəttə ki, çəki azaltmağım böyük rol oynadı. Rəqiblərim çətin idi, tanıdığım rəqiblər idi - olimpiya çempionu, dünya çempionu...Qalib gəlmək üçün gərək ki, güclünü udasan. Yalnız yarımfinal görüşündə nəsə səhvə yol verdim.
    Məni dəstəkləyən hər kəsə çox minnətdarlığımı bildirirəm. Mən də istərdim ki, onları sevindirim. Tənqid edənləri də başa düşürəm. Düşmən idmançıya uduzmuşam. Ancaq bilin ki, hamıdan çox özüm qələbə qazanmaq istəyirdim. Bu dəfə alınmadı”, - deyə o qeyd edib.
    218

    Dollar və avro bahalaşdı

    Azərbaycan Mərkəzi Bankı (AMB) manatın avqustun 17-ə olan rəsmi məzənnəsini açıqlayıb.
    Azforum.az  Oxu.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi avqustun 16-i ilə müqayisədə 0,25% artaraq 1,6164 manat olub.
    Avrozonanın vahid valyutası olan avro isə 0,86% bahalaşaraq 1,8057 manatdan 1,8212 manata qalxıb.
     
           
    245

    Aygün Kazımova “DAF BAMA Music Awards - 2016”-da – FOTO

    Xalq artisti Aygün Kazımova avqustun 27-si Almaniyada keçiriləcək “DAF BAMA Music Awards -  2016” mükafatlandırma mərasiminə hazırlaşır.
    Azforum.az  Oxu.az-a istinadən xəbər verir ki, müğənninin çıxış edəcəyi “Barkleykard” arenanın səhnəsində Adel, Stinq, Skuter, Rihanna, Kris Braun, Brayn Adams, “Take that” qrupu, Elli Qouldinq və bir sıra dünya ulduzları konsert proqramı ilə çıxış edib.

    Aygün Kazımova isə ilk azərbaycanlı sənətçidir ki, adıçəkilən beynəlxalq mükafatlandırma mərasiminə dəvət olunub. 
    Mükafatlandırma mərasimində dünya ulduzları ilə bərabər qırmızı xalıdan keçəcək A.Kazımova üçün modelyer Gulya eksklüziv libas hazırlayır. Xalq artistinin stili üzərində uzun illər layihələrinin baş stilisti olan Ruxa çalışır.

    Prodüser Gürcüstanın məşhur pop ifaçısı və prodüseri Stefane Mqrebrişvilidir. Sfefane “MTV Europe” hit-paradında yer alan ilk gürcü ifaçıdır. Bununla yanaşı, onun müsahibələri BBC, CNN, SKY, RAİ kimi nüfuzlu telekanallarda yayımlanıb. Eyni zamanda Gürcüstanda yayımlanan “Voice” və “X-factor” musiqi yarışmalarında münsif kürsüsündə əyləşib. Hazırda o, Gürcüstanın ən məşhur müğənniləri ilə əməkdaşlıq edir.

    Aygün Kazımovanın yaxın dostu və həmkarı Rəhim Rəhimli də dəstək üçün xalq artisti ilə birgə Almaniyaya səfər edəcək.
    829

    Validə Abbasovanın dərin dekolteli geyiminə rekord sayda baxış – VİDEO

    “Miss Millenium Azerbaijan” adına layiq görülən Validə Abbasova İtaliyada Aralıq dənizində yerləşən ən böyük adalardan olan Siciliya adasında istirahətdədir.
    Azforum.az  Oxu.az-a istinadən xəbər verir ki  , model dərin dekolteli geyimdə sosial şəbəkə izləyicilərinin şərəfinə içki içərək videogörüntüsünü“Instagram”da paylaşıb. Həmin videonu 20 mindən çox insan izləyib.
    422

    Azərbaycan gözəlindən yeni – FOTO

    “Miss Azerbaijan - 2012” gözəllik müsabiqəsinin qalibi Aysel Manafova yeni fotosessiya etdirib.
    Azforum.az  Oxu.az-a istinadən xəbər verir ki model fotoşəkillərdən ikisini sosial şəbəkədə paylaşıb.
     
     
    260
  • Яндекс.Погода
  •  Valyuta məzənnəsi

  • FreeCurrencyRates.com



















×