Перейти к содержимому
  • Объявления

  • Последние новости


    Bakı bulvarında ŞOK ANLAR – Heç kim kömək edə bilmədi - VİDEO

    Ötən gün Bakının Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində bir nəfər dənizə düşüb.

    Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veribər.

    Bildirilir ki, hadisə saat 21 radələrində baş verib.

    Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində, qeyri-məntəqə (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

    Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1979-cu il təvəllüdlü Yağmalıyev Mübariz Həsənbala oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

    47

    В Баку появится новый молл

    В Баку начато строительство нового торгового центра.

    Как сообщает BAKU.WS со ссылкой на Marja, новый торговый центр будет построен на улице Тофига Аббасова, 5, на месте бывшего кинотеатра "Севиндж".

    Как следует из информационного стенда, торговый центр будет состоять из пяти этажей.
     
    38

    Bu şəxslərin maaşı yüksəldi - 1 milyon 350 min insana ŞAD XƏBƏR

    Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamlarına əsasən, sentyabrın 1-dən ölkədə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb, həmçinin dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, bu il Azərbaycanda minimum əməkhaqqı məbləğinin 92,3 faiz artırılmasına, eyni zamanda, bu məbləğin yaşayış minimumunu (180 manat) 40 faiz üstələməsinə nail olunub.

    Minimum əməkhaqqının artımı ilk pilləsi minimum əməkhaqqı məbləği səviyyəsində olan vahid tarif cədvəlinin bütün pillələri üzrə edilən artımlar da nəzərə alınmaqla 950 min nəfərin (o cümlədən dövlət sektoru üzrə 600 min, özəl sektor üzrə 350 min nəfərin) maaşının artmasına imkan verib.

    Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə tək qonşu ölkələrlə deyil, MDB ölkələri ilə müqayisədə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerə sahibdir.
    Minimum əməkhaqqının artımı əhali gəlirlərinin artımına səbəb olmaqla, əmək bazarındakı proseslərə də müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin artmasını, digər tərəfdən əməyin leqallaşdırılmasını stimullaşdırır.

    Dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı sərəncamlarla eyni zamanda, dövlət sektorunda işləyənlərin əməkhaqlarının 20-50 faiz artırılması isə 400 min vətəndaşı əhatə edib.

    İkinci sosial paketin tərkib hissəsi kimi, minimum əmək haqqının və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı ümumən 1 milyon 350 min insanın əməkhaqqı gəlirlərinin əhəmiyyətli şəkildə artması ilə nəticələnib. 

    40

    Afaq Aslan: "Doktorun vücudumda yaratmış olduğu gözəlliyi görməyə hazırsınızmı?" - FOTOLAR

    Azərbaycanlı müğənni Afaq Aslan bir müddət öncə Bakıda fəaliyyət göstərən özəl klinikalardan birində estetik əməliyyat olunub.
    Metbuat.az xəbər verir ki, müğənni əməliyyatdan sonrakı fotolarını şəxsi "İnstaqram" səhifəsində paylaşıb. Cazibədar vücudunu nümayiş etdirən Afaq Aslan fotolarına "Məndən əməliyyatımın nəticəsini soruşan dəyərli izləyicilərim! Bilirəm hər biriniz maraqla əməliyyat sonrası qarın presslerimin necə alındığını səbirsizliklə gözləyirsiniz!
    Əslində, artıq əməliyyatımdan 2 həftə sonra kameralar qarşısına rahatlıqla keçərək qarın presslerimi yeni fotosessiyamda nümayiş elətdirmişəm! Sizləri də intizarda qoyduğumun fərqindəyəm! Nə deyirsiniz? Dəyərli dostum və qızılbarmaq həkimim Dr. Mircəfərin vücudumda yaratmış olduğu gözəlliyi görməyə hazırsınızmı? " sözlərini əlavə edib.
    Həmin fotoları təqdim edirik:
     





    74

    Hərbi pilotumuzun meyiti tapıldı

    İyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.
    Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
    Avqustun 21-də saat 10:00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.
    Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
    Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin "MiQ-29" təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində "MiQ-29" təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.
    Dünən hərbi təyyarənin "qara qutu"su tapılıb.
    48

    2019-cu ildə Azərbaycanın beynəlxalq hava limanları 2,4 milyon sərnişinə xidmət göstərib

                              Azərbaycanın beynəlxalq hava limanlarının sərnişin dövriyyəsi 2019-cu ilin birinci yarısında 2,4 milyon nəfər təşkil edib. Bunun da 2 milyon nəfəri Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb ki, bu da ötən ilin analoji göstəricisindən 73 min sərnişin çoxdur.
    Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
    Naxçıvan aeroportu 284 min sərnişin ilə sıxlıq üzrə ikinci, Gəncə aeroportu isə 70 minlik sərnişin axını ilə üçüncü olub.
    Göstərilən müddət ərzində baza aviadaşıyıcıları -  AZAL və “Buta Airways” müvafiq olaraq 853 min və 234 min sərnişin daşıyıb. Ümumilikdə isə bu, ötən ilin göstəricisindən 57 min nəfər çoxdur.
    Bakının hava limanının beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 1,76 milyon təşkil edib, bunun da 32,8 faizi AZAL-ın, 13,2 faizi “Buta Airways”in payına düşüb. Göstərilən dövrdə xarici aviaşirkətlərin payı 54 faiz təşkil edib.
    Hazırda 31 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir. İyun ayı ərzində populyar aviaşirkətlərin beşliyinə AZAL və “Buta Airways” ilə yanaşı “Turkish Airlines”, “Aeroflot” və “FlyDubai” daxil olub.
    Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin, milli aviadaşıyıcı AZAL Qəbələdən və Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.
    Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur. 
    Paytaxt hava limanı ardıcıl olaraq üç ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə “Skytrax World Airport Awards” versiyasına görə ən yaxşılar siyahısına başçılıq edib, həmçinin, maksimal “5 Ulduz” statusuna layiq görülüb. 2019-cu ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Sky Travel Awards” versiyası üzrə 10 milyona qədər sərnişin dövriyyəsi ilə ən yaxşı hava limanı seçilib.
    72

    Sərdar Ortaç boşanır

    Türkiyənin məşhur müğənnisi Sərdar Ortaç həyat yoldaşı Xloe Luqnandan boşanır.
    Oxu.Az xəbər verir ki, cütlüyün boşanması haqda “Kanal D”də yayımlanan “İkinci sayfa” maqazin proqramında məlumat verilib.
    İddiaya görə, rəsmi boşanma prosesi sabah baş tutacaq. Məlumatda bildirilir ki, Sərdar ilə Xloenin boşanması ikilinin razılığı əsasında qəbul edilib.
    Qeyd edək ki, S.Ortaç əslən irlandiyalı modellə 2014-cü ildə evlənib. Cütlüyün övladı yoxdur. 

    61

    Yelena Letuçaya Maldiv adalarındakı aktiv istirahətini göstərdi

    Məşhur rusiyalı teleaparıcı Yelena Letuçaya sosial şəbəkədə Maldiv adalarındakı istirahətindən görüntülər yayımlayıb.
    “Utro.ru” xəbər verir ki, şəkildə ulduz sarı çimərlik geyimində əks olunub.
    Aparıcı ideal fiqurasının sirrlərini də açıqlayıb. “Instagram”da paylaşdığı videoda o, idman rezini ilə məşq edir. Letuçaya bildirib ki, bu rezini hər yerə özü ilə aparır.
    40 yaşlı teleaparıcı həmçinin pəhrizi haqda danışıb. O, ətdən az istifadə edir, süd məhsullarını isə ümumiyətlə qəbul etmir.   

    35

    Stüardessa Nyu-York-Tel-Əviv reysindən sonra qızılcadan öldü

    İsrailin EI AI aviaşirkətinin stüardessası qızılca xəstəliyindən ölüb.
    “RenTV” xəbər verir ki, 43 yaşlı çoxuşaqlı ana Rotem Amitay Nyu-Yorkdan Tel-Əvivə martın 26-da uçub.
    Uçuşdan bir neçə gün sonra stüardessanın birdən-birə qızdırması qalxıb və o, koma vəziyyətinə düşüb.
    Həkimlər qadına ölümə gətirib çıxaran ensefalit və beyin ödəmi diaqnozu qoyublar.
    İsrailin Səhiyyə Nazirliyi stüardessanın xəstəliyə harada yoluxduğunu hələ ki müəyyənləşdirməyib, lakin qadının uşaq vaxtı qızılca əleyhinə peyvənd olunduğunu qeyd edib.
    46
  • Яндекс.Погода
  •  Valyuta məzənnəsi

  • FreeCurrencyRates.com



















×