Перейти к содержимому
  • Объявления

  • Последние новости


    Azərbaycanlı səfirin oğlu həbs edildi

    Belarusun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin (MCMBİ) əməkdaşları azərbaycanlı diplomatın oğlunu həbs edib. 27 yaşlı Emil Osmanov qanunsuz bank fəaliyyətində ittiham edilir. 
    Oxu.Az “Fontanka” agentliyinə istinadla xəbər verir ki, Osmanov Minskə Vyanadan gəlib və onu burada “Toyota Camry”markalı avtomobildə şəxsi sürücüsü gözləyib. 
    MCMBİ əməkdaşları Rusiya ilə sərhədi keçən zaman onu yaxalayıb və Peterburqa gətiriblər. 
    İstintaq məlumatına əsasən, 27 yaşlı Emil Osmanov pul vəsaitlərinin nağdlaşdırılması sxeminin təşkilatçısıdır. 
    Bildirilib ki, hər ay bir qrup hüquqi şəxs tərəfindən nəzarət edilən hesablar vasitəsilə 150 milyon rubla qədər pul göndərilirdi.
    Rusiya Cinayət Məcəlləsinin 172-ci (“Qanunsuz bank fəaliyyəti”) maddəsi üzrə cinayət işi Peterburqun Tsentralnı rayonunun polis idarəsi tərəfindən 2018-ci ilin may ayında başlanıb.
    Emil Osmanov Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun oğludur.
    165

    Universitetlərə qəbul üzrə orta ballar açıqlandı - SİYAHI

    2017-2018-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı abituriyentlərin topladığı orta ballar açıqlanıb.
    Oxu.Az-ın məlumatına görə, Təhsil Nazirliyinin illik hesabatında universitetlərin orta balları yer alıb.
    1. Bakı Ali Neft Məktəbi - 678,4
    2. Azərbaycan Tibbi Universiteti - 603,1
    3. Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası - 595,4
    4. Dövlət Gömrük Komitəsinin Akademiyası - 576,9
    5. ADA Universiteti - 532,9
    6 .Azərbaycan Dillər Universiteti - 457,5
    7. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - 430,1
    8. Milli Aviasiya Akademiyası - 427,2
    9. Bakı Dövlət Universiteti (BDU) - 421,2
    10. Azərbaycan Dövlət İqtisad Universiteti - 412,2
    11. Bakı Mühəndislik Universiteti - 409,4
    12. Azərbaycan Dövlət Pedaqoji Universiteti - 392,1
    13. Naxçıvan Dövlət Universiteti - 389,1
    14. Turizm və Menecment Universiteti - 381,9
    15. Xəzər Universiteti - 366,2
    16. Bakı Slavyan Universiteti - 363,8
    17. Gəncə Dövlət Universiteti - 334,2
    18. Mədəniyyət və İncəsənət Universiteti - 331,8
    19. Mingəçevir Dövlət Universiteti - 307,7
    20. Memarlıq və İnşaat Universiteti - 307,5
    21. Azerbaycan Texniki Universiteti - 305,8
    22. Sumqayıt Dövlət Universiteti - 300,6
    23. Naxçıvan Müəllimlər Universiteti - 295,8
    24. Lənkəran Dövlət Universiteti - 280,4
    25. Azərbaycan Dövlət Aqrar Universiteti - 266,8
    26. Əmək və Sosial Münasibətlər Akademiyası - 262,2
    27. Bakı Qızlar Universiteti - 253,1
    28. Naxçıvan Universiteti - 251,9
    29. Qərbi Kaspi Universiteti - 249,8
    30. Azərbaycan Universiteti - 249,1
    31. Bakı Avrasiya Universiteti - 242,1
    32. Azərbaycan Texnologiya Universiteti - 232,8
    33. Bakı Biznes Universiteti - 231,4
    34. Odlar Yurdu Universiteti - 231,3
    35. Azərbaycan Kooperasiya Universiteti - 214
    112

    Bakıda məşhur restoranda turistə 6 manatlıq salatı 41 manata satdılar – FOTO

    İstirahət mövsümünün start götürdüyü bir vaxtda ölkəmizə turist axını davam etməkdədir.
    Xüsusi ilə Yaxın Şərq ölkələrindən gələn turistlər Bakı və digər istirahət mərkəzlərinin olduğu bölgələrimizə üz tuturlar.
    Ümumiyyətlə, turist artımının hər bir ölkənin həm turizm sahəsini, həm də iqtisadiyyatını dirçəltdiyi hər birimizə məlumdur. Bunun üçün istirahət mərkəzləri, otellər, kafe və restoranlar öz xidmət səviyyələrini inkişaf etdirməkdə maraqlı olmalıdır. Lakin, təəssüf ki, bunun əksini gələn vətəndaş şikayətlərindən də görürük.
    Tez-tez mediada kafe və restoranlarda turistlərə qarşı "hesab şoku" yaşadılması ilə bağlı xəbərlər yer alır. Turistlər aldığı yeməyin öz qiymətindən ən azı 2 dəfə çox hesab ödəməli olur. Hətta restoran və kafelərin turistlərə qarşı bu ədalətsiz qiymət siyasətinə yerli vətəndaşlar da etiraz etməyə başlayıb.
    Azforum.Az minval.info-ya istinadən "PAKDAD" restoranlar şəbəkəsi ilə bağlı daxil olan vətəndaş şikayətini sizlərə təqdim edir:
    Bakı sakini olan Günay adlı xanım özünün şahidi olduğu hadisədən hiddətlənib, bununla bağlı şikayətini bildirib.
    Belə ki, asiyalı vətəndaş buradan bir yemək və salat götürüb və bunun müqabilində 41 AZN ödəməli olub. Daha sonra həmin turist kassirdən yanındakı yerli sakinin götürdüyü yeməyin qiymətini soruşub, kassir turistə "siz götürdüyünüzün qiyməti ödəyin, daha sonra həmin yeməyin qiymətini deyərik"- deyib nəhayət onda pulu alıb. Bunun şahidi olan azərbaycanlı müştəri vəziyyətə müdaxilə edərək, turistin götürdüyü yeməyin qiymətini öyrənib. Məlum olub ki, həmin asiyalı turistin götürdüyü yemək 7 AZN, salat isə 6 manat imiş. Yerli sakin kassirdən çek tələb edəndə isə kassir ona "siz əyləşin biz özümüzü problemi həll etməyə çalışarıq"- deyib. Qeyd edək ki, hadisə restoranın "28 Mall" ticarəkt mərkəzində yerləşən filialında baş verib.
    İddialara görə, bu hadisə "PAKDAD" restoranlar şəbəkəsində ilk hadisə deyil. Məsələ ilə bağlı restoranın səlahiyyətli nümayəndəsi ilə əlaqə saxladıq. Suallarımızı "PAKDAD"-ın şöbə müdiri Mahmudov Aqil cavablandırb.
      Aqil bəy "PAKDAD"-a qarşı bunu təxribat olaraq qiymətləndirib. "Biz neçə ildir fəaliyyət göstəririk. Sübut etsinlər, sonra danışsınlar. Bizdə belə bir hal yaşana bilməz", - deyərək hadisəni inkar edib.
    Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini də öyrəndik. Eyyub bəy Azərbaycanda bu halların tez-tez yaşandığını və bu sahədə süründürməçiliyin olduğunu da vurğuladı.
    "Üzü dənizə tərəf oturmusansa, qiymət dəyişir, çay istəyirsənsə, istədiyindən artığını gətirib səni xərcə salacaqlar" - deyən Eyyub bəy təkcə turistlərə qarşı deyil, hətta yerli sakinlərə qarşı da şişirdilmiş qiymətlərin tətbiq olunduğunu bildirdi:
    "Bununla bağlı dəfələrlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi dövlət qurumuna şikayətlər etmişik. Onlar da bütün şikayətçiləri məhkəməyə yönləndirir. Əlbəttə ki, bu da işin uzanmasına səbəb olur".
    Lakin Eyyub bəy İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaranması barədə qərar qəbul olunduğunu və bu işlərin nizamlanacağına ümid etdiyini bildirdi.
    "Ümid ən sonda ölür" deyib bizdə nə vaxtsa sahibkarların vicdanlarının səsinə qulaq asıb, daha sakit şəraitdə öz işlərini görəcəklərinə ümid edirik.
    77

    Oğlanı öldürüb bankomatdan çıxardığı pulları apardılar - FOTO

    Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində qətl törədilib.
    Azforum.Az APA-ya istinadla xəbər verir ki, hadisə bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava zamanı qeydə alınıb.
    Qəsəbənin girişindəki marketin qarşısında 22 yaşlı Vüqar adlı qəsəbə sakininə tanımadığı şəxslər hücum edib. Bu vaxt onun yanında dostu, 1997-ci il təvəllüdlü Səlimov Kənan Nəsimi oğlu da olub və dostlar həmin ünvanda yerləşən bankomatdan pul çıxararaq evə gedirmişlər. K.Səlimov tərəfləri ayırmağa çalışıb, ancaq naməlum şəxslər hər iki oğlana bıçaqla xəsarətlər yetirib.
    Vüqarın yaxınları bildirib ki, ən çox zərbələr bankomatdan pul çıxaran Vüqara dəyib. Nəticədə Vüqar yerində keçinib, hadisəni törədənlər isə pulu götürərək ərazidən uzaqlaşıblar. Xəsarət almış K.Səlimov ətrafdakıların köməyilə xəstəxanaya çatdırılıb.
    Hadisə yerinə polis və prokurorluq nümayəndələri gəlib. Ərazidə müayinələr aparılıb. Qətli törədənlərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
     
         
    94

    Azərbaycanda məmur oğlu 13 yaşlı qızı şantaj edərək dəfələrlə zorladı - VİDEO

    Lerik rayonunda azyaşlının zorlanması ilə bağlı sosial mediada məlumat yayılıb.
    Azforum.Az yenicag.az-a istinadən xəbər verir ki, 7-ci sinif şagirdi Z.O-nun (ad şərtidir) dərs zamanı ürəkbulanması olub. Zəhərlənməsindən şübhələnən valideynləri onu xəstəxaya aparıb və orada dəhşətli nəticə ilə üzləşiblər. 13 yaşlı qızın hamilə olduğu məlum olub. 7-ci sinif şagirdininin verdiyi məlumata görə, onu dəfələrlə şantaj edərək zorlayıblar. Deyilənə görə, həmin şəxsin əmisi vəzifədə olduğu üçün rayon prokurorluğunun əli ilə cinayəti ört-basdır etmək istəyir. Bu hadisə üzə çıxandan sonra oğlan qızı qaçırıb.
    Qeyd edək ki, oğlanın 25 yaşı var və orta təhsillidir.
    Sosial media istifadəçiləri bununla bağlı Daxili İşlər naziri Ramil Usubov və Baş Prokuror Zakir Qaralova müraciət ünvanlayıblar: "Bu gün sosial şəbəkələrdə yayılan bu biabırçı hadisəni qınayırıq və hüquq mühafizə orqanlarından dərhal bu məsələni araşdırmağa çağırırıq. Əmisi vəzifədə olduğu üçün rayon prokurorluğunun əli ilə cinayəti ört-basdır etmək istəyir. Buna imkan verməyin".
    Həmin videonu sizə təqdim edirik:
     

    113

    Bakıda metrostansiyanın çıxışında qadınlar arasında kütləvi dava olub

    Bakının Nizami rayonu ərazisində kütləvi dava baş verib.
    Azforum.Az report.az-a istinadən bildirir ki, metronun Koroğlu stansiyasından çıxan 1978-ci il təvəllüdlü Hüseynova Vəsilə Səfər qızı tanıdığı digər 3 orta yaşlı qadınla mübahisə edib.
    Mübahisə zamanı qadınlardan biri V.Hüseynovanın saçını yolub. Daha sonra o, digər iki qadın tərəfindən döyülüb.
    V.Hüseynova bədənin müxtəlif nahiyələrindən xəsarətlər alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
    Faktla bağlı Nizami Rayon Polis İdarəsinə məlumat verilib.
    108

    “Ay axmaq, ay heyvan...” - deputatdan Sərdar Cəlaloğlunun təklifi üçün AĞIR SÖZLƏR

    Milli Məclisin İntizam Komissiyasının sədri, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, deputat Ağacan Abıyev ADP sədri Sərdar Cəlaloğlunun Türkiyə-Azərbaycan konfederasiyası yaradılması təklifinə sərt reaksiya verib.
    Deputat "Ölkə.Az"a açıqlamasında deyib ki, bu cür hərəkətlərlə Azərbaycan-Türkiyə münasibətlərini pozmaq istəyirlər:
    “İndi bu səviyyəsiz və savadsız adamlar var ki, ağızlarına gələni danışırlar. Anlamırlar ki, Türkiyə böyük və dünyada nüfuzu olan dövlətdir. Bu adama demək istəyirəm ki, ay axmaq, ay heyvan, Azərbaycan Türkiyəyə birləşsə, bundan nə qazanacaqsan? Əksinə, əvvəl Avropada 2 səsimiz var idi, indi 1 səs olacaq. Bunlar necə siyasətçidir ki, adi reallıqları anlaya bilmirlər. Külbaşdırlar da! Yaxşı ki, Ulu Öndər Heydər Əliyev gəlib bu dövlətin müstəqilliyini qoruyub saxladı, bəlalardan xilas etdi. Ancaq o zamandan bəri Sərdar Cəlaloğlu savadsız olaraq qalıb. Başına qapaz vurmaq laızmdır ki, gedib işi ilə məşğul olsun. Hərəsi özündən bir təklif çıxarırır, Türkiyə ilə birləşək! Türkiyə ilə birləşmək o deməkdir ki, bundan həm Azərbaycan, həm də Türkiyə itirəcək. Biz beynəlxalq aləmdə səsimizi itirəcəyik. İndi iki dövlətik. Adların nə fərqi var, əsas odur ki, millətimiz birdir. İki dövlət olanda, onun sözü də eşidilir. Mən anlaya bilmirəm ki, bunlar necə siyasətlə məşğul olurlar? Allah üzümüzə baxdı ki, ötən əsrin 90-cu illərində bu axmaqların gəlib bizi idarə etməsinə imkan verilmədi. Yoxsa, bizi uçuruma aparardılar”. 
    A.Abıyev Sərdar Cəlaloğluna birinci sinifi yenidən öyrənməyi tövsiyə edib:
    “Bu adam gedib birinci sinifi yenidən oxusun. Belə siyasətçi olmaz. Əgər nə isə sözü varsa, onu rinqə çağırıram. Mən Sərdar Cəlaloğluna deputat kimi deyirəm ki, əgər sən Azərbaycanı istəsəydin, bu cür təklifi dilinə gətirməzdi. Elementar düşünsəydi, bilərdi ki, beynəlxalq qurumlarda bir səs hara, iki səs hara! İndi həm Türkiyənin, həm də Azərbaycan ən azı iki səsi var. Biz bir dövlət olsaydıq, ancaq bir səsimiz olacaqdı. Bu cür səhv fikirləri ancaq düşmən deyə bilərdi. Yaxşı olar ki, Sərdar Cəlaloğlu gedib bir az kitab oxusun”.
    Mənbə Olke.az
    25

    Üzdəki ləkələri aparır, gözaltı qaraları yox edir - MASKALAR

    Qatıq təbiətin ən yaxşı təbii dərmanlarından biridir. Həmçinin qatıq istifadə edərək bir çox gözəllik probleminizi aradan qaldıra bilərsiniz. Milli.Az ailem.az-a istinadən qatıqla hazırlanan faydalı maskalar təqdim edir.
    Qaşıntını azaltmaq üçün
    Lazım olanlar: 
    2 xörək qaşığı qatıq 
    1 çay qaşığı təbii gil
    Yarım çay qaşığı aloe vera geli
    1 çay qaşığı qızılgül suyu
    Hazırlanması:
    Bütün vəsaitləri bir kasada qarışdırın. Qarışımı qaşıntı olan yerə vurub, 20 dəqiqə saxlayın. Sonra ilıq su ilə yuyun. Qaşıntının dərhal azaldığını görəcəksiniz.
    Ləkə və yara izlərindən qurtulmaq üçün
    Limon təbii bir ağartma maddəsi olaraq təsir göstərdiyi üçün həssas dəriyə sahib olanlar bu müalicəni istifadə etməzdən qabaq allergiya testi etdirməlidir.
    Lazım olanlar:
      2 xörək qaşığı qatıq 
    Yarım limonun suyu
     
    Hazırlanması: 
    Bir qabda qatığı və limonu qarışdırın. Qarışımı ləkəli yerlərə vurun. 15-20 dəqiqə saxlayın. Daha sonra üzünüzü öncə ilıq su ilə yuyun və məsamələri bağlamaq üçün soyuq su ilə yuyun. Dərinizi yumşaq bir dəsmalla yavaşca qurudun.
    Kəpək müalicəsində
    Bal, qatıq və limon suyu qarışımı kəpəkdən qısa zaman içərisində qurtulmağınızı təmin edə bilər.
    Bir qaba 4 xörək qaşığı qatıq qoyun. Buna 4 xörək qaşığı bal əlavə edin. 1 xörək qaşığı limon suyu da töküb, yaxşıca qarışdırın. Bu qarışımı saç dərinizə bir fırça ilə vurun. 30 dəqiqə saxladıqdan sonra saçlarınızı soyuq su ilə yaxşıca durulayın.
    Gözaltı göyərmələri üçün
    Bir kasaya bir az qatıq qoyun. Pambığı top halına gətirərək qarışıma batırın. Göz altlarınıza qatığı sürtün və saxlayın. 10 dəqiqə sonra üzünüzü yuyun. Tünd ləkələrdən qurtulmaq üçün bunu 1 həftə boyu hər səhər təkrarlayın. 1 həftə sonra gözünüzdəki tünd halqalardan qurtulduğunuzun fərqinə varacaqsınız.
    78

    Bakı metrosunda geyiminə görə qızı döymək istədilər - VİDEO

    Bakı metrosunda qadın qızı geyiminə görə döyməyə cəhd edib.
    Oxu.az-ın məlumatına görə, metroda qısa şort geyən qızla digər sərnişin oğlan arasında mübahisə baş verib.
    Daha sonra mübahisəyə orta yaşlı qadın da qoşulub. Qadın qıza əsəbiləşib və döyməyə cəhd edib.
    https://baku.tv/az/watch/1835/
    89
  • Яндекс.Погода
  •  Valyuta məzənnəsi

  • FreeCurrencyRates.com



















×