Перейти к содержимому
  • Объявления

  • Последние новости


    Hindistandan Azərbaycana üç manata ət gətirilir

    “Ukraynadan Azərbaycana mənşəyi məlum olmayan dondurulmuş ət gətirilir”.
    İnsider.az xəbər verir ki, bu sözləri Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.
    Onun sözlərinə görə, Azərbaycana dondurulmuş ətlər, əsasən, Hindistandan gətirilir:
    “Həmin ölkədə mal əti yeyilmir, amma heyvandarlıq inkişaf edib. Bu ölkədən Azərbaycana dondurulmuş ətin gətirilməsi üç manata başa gəlir.
    Bununla belə, Azərbaycan Ukraynadan donmuş quş əti alır. Araşdırma aparılan zaman məlum olub ki, oradan gələn quş ətlərinin tərkibində naməlum kimyəvi maye var. Bu maye təxminən quşun 20 faizini təşkil edir”.
    Ekspert bildirib ki, Hindistandan gətirilən ətlərin mənşəyi məlum olsa da, Ukraynadan gətirilən ətin tərkibi məlum deyil:
    “Ukraynadan Azərbaycana at əti donmuş mal əti adı altında gətirilir. Onların da mənşəyi məlum deyil. Güman ki, ölmüş heyvanların əti ölkəmizə idxal olunur. Qida Təhlükəsizliyi Agentliyi bu işlə ciddi məşğul olmalıdır”.
    “Ət dondurulan zaman təhlükəli mikroblar ölür. Onlar, əsasən, kolbasa istehsalında istifadə olunur. Azərbaycana gətirilən dondurulmuş ət şadlıq evlərinə, restoranlara, uşaq bağçalarına daha çox verilir. Bu cüt ətlərin mənşəyi ciddi araşdırılmalıdır. Eyni zamanda, insanlar donmuş ət alan zaman sertifikatını tələb etməlidirlər”.
    Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, hazırda agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir:
    “Məhsullardan götürülən nümunələr AQTA-nın müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir. Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduğu təqdirdə, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır.
    Həmçinin, dondurulmuş ət məhsulları ilə bağlı Agentliyə konkret faktlara əsaslanan hər hansı bir şikayət daxil olarsa, növbədənkənar yoxlamalar həyata keçirilir  və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Əgər vətəndaşların dondurulmuş ət məhsullarının tərkibi ilə bağlı hər hansı narahatlığı olarsa, bu barədə Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat verə bilərlər”.
    Bəs dondurulmuş ətin saxlanma müddəti nə qədərdir? 
    Agentlikdən bildirilib ki, ərzaq məhsullarının uzunmüddətli təzəliyinin qorunub-saxlanması üçün ən çox üstünlük verilən üsul dondurmaqdır:
    “Lakin dondurucudan istifadə etdikdə bir sıra problemlər yarana bilər. Məsələn, ətlər buzlu halda qətiyyən bişirilməməli, mütləq şəkildə donu açılaraq istehlak olunmalıdır. Ətin bişirilməsi qədər saxlanması da vacibdir. Dondurulmuş ətlərdə qida dəyər göstəricilərinin qorunub saxlanması və  bakteriyalarla yoluxmanın qarşısının alınması sağlamlıq üçün olduqca vacibdir.
    Donun açılması zamanı ayrılan ət şirəsinin miqdarı dondurma və donun açılması sürətindən asılıdır. Sürətli dondurulan və yavaş soyudulan ətlərdə ayrılan ət suyunun miqdarı az, yavaş dondurulan və sürətli donu açılan ətlərdə isə əksinədir. Bundan əlavə, əti hissələrə ayıraraq donunun açılması tövsiyə olunmur, çünki belə olduqda ətin qida dəyəri aşağı düşür.
    Əti isti suda saxlamaq düzgün deyil, bu zaman ətin xarici hissəsi bişərək daxili təbəqələrdə bakteriyaların yaranmasına şərait yaradır. Mikrodalğalı sobalarda ətin donunun açılması isə tövsiyə olunmur. Bu halda xarici qat bişir, daxili təbəqə isə buzlu qalır. Normal olaraq əti otaq temperaturunda bir neçə saat saxlayırıq və bu proses bir az daha uzun çəkir”.
    “Havasız şəraitdə qablaşdırılmış dondurulmuş ətlər qablaşmaya zərər gəlməyəcək şəkildə soyuq su içərisinə qoyularaq donu açıla bilər, lakin bu üsulla su hər yarım saatdan bir dəyişdirilməlidir. Ən təhlükəsiz üsul isə bişirməzdən bir gün əvvəl əti dondurucudan çıxararaq soyuducunun alt qatında yerləşdirməkdir.
    Soyuducunun alt qatlarında buzu açılmış ətlər 3-5 günə qədər saxlanıla bilər. Bu ətlər təkrar dondurula bilər, ancaq soyuducuya isti yeməklərin qoyulması donu açılmış ətlərdə temperaturun artmasına səbəb olacağından donu açılmış bu cür ətlərin təkrar dondurulmaması tövsiyə olunur.
    Mikrodalğalı sobada və suda donu açılmış ətləri ən qısa zaman içərisində istehlak etmək və bu ətləri yenidən dondurmamaq tövsiyə olunur. Çünki dondurulduqda bakteriyalar növbəti dəfə donun açılması zamanı çoxalaraq qida zəhərlənmələrinə səbəb ola bilər”, - deyə AQTA-dan qeyd edilib.
    Agentlikdən bildirilib ki, dondurulması nəzərdə tutulmuş ət, yüksək keyfiyyətli olmaqla baytarlıq sanitariya tələblərinə cavab verməlidir:
    “Dondurulmuş əti  -18*C -25*C-də bir il müddətində saxlamaq mümkündür. Lakin ət saxlanılan soyuducu dolabların sanitariya normalarına uyğun olması üçün texnoloqlar tərəfindən tam nəzarətdə saxlanılmalıdır. Ət tez xarab olan yeyinti məhsuludur. Odur ki, ət yüksək temperatur nisbi nəmlik və sanitariya cəhətdən düzgün şəraitdə saxlanmalıdır. Ətin dondurulmasının ən yüksək temperaturu -10*C,  ən aşağı temperaturu isə -60*C-dir. 
    Ətin dondurulmasının üç növü var:
    1. Yavaş dondurulma zamanı havanın temperaturu  -18 -23*C, nisbi rütubət 90-95% cərəyan etmə sürəti 0,1- 0,2 m/san olmalıdır.
    2. İntensiv dondurulma zamanı havanın temperaturu -23 – 30*, nisbi rütubət 90 – 95%, havanın cərəyan etmə surəti 0,5- 0,8 m/san olmalıdır.  
    3. Surətli dondurulma zamanı havanın temperaturu -30 – 35*C-də, nisbi rütubət 95-98%, havanın cərəyan etmə surəti 1-4 m/san olmalıdır. Əgər yuxarıda göstərilən normalar pozularsa, saxlanılan ətlərdə seliklənmə, qızarma, göyərmə, işıqlanma, kiflənmə, qızışma və iylənmə müşahidə edilir”.
    96

    DİN maşınlarını satışa çıxardı – Qiymətlər

    Daxili İşlər Nazirliyi ona bilavasitə tabe olan qurumun balansındakı avtomobilləri hərraca çıxarıb.
    Əmlak Məsələləri Dövlət Komitəsi DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının avtomobillərinin satışı üçün hərrac təşkil edəcək.
    12 fevral tarixində keçirilməsi gözlənilən hərraca ümumilikdə 12 avtomobil çıxarılıb.
    DİN hərraca 5 ədəd BMV-320, 4 ədəd “Fiat Doblo” və hərəsi bir ədəd olmaqla “Fiat Kombi Aktiv”, QAZ-3110 və “Volksvagen Passat” avtomobilləri təqdim edib.
    Hərraca ən yüksək qiymətə rəqdim edilən avtomobillər BMV-320 markalı avtomobillərdir ki, ilkin start qiyməti 5200 manatdan başlayır.
    “Fiat Dablo”ların ilkin start qiyməti isə 4500 manatdır.
    Nazirliyin hərraca ən aşağı qiymətə təqdim etdiyi avtomobil isə QAZ-3110-dur ki, onun da qiyməti 2000 manatdan başlayır.
    90

    “Bazarstore”a silahlı basqın

    Azərbaycanda supermarketə silahlı basqın olub.
    "Qafqazinfo”nun verdiyi xəbərə görə, "Bazarstore” marketlər şəbəkəsinin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən filialına gələn maskalı şəxs silahla kassiri hədələyərək pul tələb edib.
    Mağazanın mühafizəçiləri və müdir müavini Famil Babayev həmin şəxsə müdaxilə edərək zərərsizləşdirmək istəyiblər. Silahlı şəxs tapançanın arxası ilə Famil Babayevin başından vuraraq oradan qaçıb.
    Abşeron rayon polis şöbəsində faktla bağlı Cinayət Məcəlləsinin 181.2.5-ci (silahlı quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün istintaq aparılır.
    25

    Çörək və şirniyyatlar bahalaşdı – Fotolar

    Son günlər respublika ərazisində satılan müxtəlif markalardan olan unun qiymətində qeydə alınan bahalaşma artıq çörək və digər un məmulatlarının qiymətində də özünü göstərməyə başlayıb.
    Modern.az xəbər verir ki, 2018-ci ilin sonundan başlayaraq, 3-4 qəpikartan un qiymətləri 2019-cu ilin əvvəlindən etibarən 10 faizədək bahalaşıb.
    İstehsalçı şirkətlər bildirir ki, 50 kiloqramlıq “Mehriban” unu 27 manatdan 28.50 manata, “Sarı Sünbül” unu 25 manat 50 qəpikdən 27 manat 50 qəpiyə, “Karmen” unu isə 25 manatdan 27 manatadək bahalaşıb.
    İri mağaza və supermarketlərdə aparılan müşahidələr zamanı çörək və şirniyyatların qiymətinin də bahalaşdığı məlum olub. Əvvəllər çörəyi 40 qəpiyə satanlar indi 45 qəpiyə, 45 qəpiyə satanlar isə 50 qəpiyə təklif edir. Qiymət dəyişikliyi edilməyən bəzi zavodların çörəklərində isə çəkinin azaldığı əhəmiyyətli dərəcədə görünür.

    Bundan əlavə, təxminən 10 gün əvvələ qədər 40 qəpiyə satılan qoğal 60 qəpiyə, 70 qəpiyə satılan xaçapuri 1 manata, 40 qəpiyə satılan smit 60 qəpiyə, 25 qəpiyə satılan sadə bulka 40 qəpiyə, 60 qəpiyə satılan açma 75 qəpiyə, 70 qəpiyə satılan mini pizza 90 qəpiyə təklif edilir. Həmçinin, tortların da kiloqramında 1 manatadək bahalaşma qeydə alınır.

    İqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda unun bahalaşması qonşu ölkələrdə bu məhsulun qiymətinin qalxması ilə bağlıdır:
    “Rusiya, Qazaxıstan, Ukraynada taxılın qiymətində 5-10 faizədək artım müşahidə olunur ki, bu da unun bahalaşmasına təsir edib”.
    Ekspertin sözlərinə görə, şirniyyatların qiyməti yeni il ərəfəsindən etibarən bahalaşmağa başlayıb:
    “Bunu həm unun bahalaşması, həm də bayramla əlaqələndirmək olar”.
    51

    "Deyəsən, şalvar geyinmək yadından çıxıb" - Brilliant Dadaşova tənqid edildi

    Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə paylaşdığı fotolarla müzakirələrə səbəb olub.      Müğənni uzun kofta geyinib, amma ətəkdən istifadə etməyib. İfaçı Yeni il ağacı yanında foto çəkdirib. Onun ətəyinin qısalığını izləyiciləri tənqid ediblər.    Bir çoxları Dadaşovanın son günlər çox açıq-saçıq geyimlərdən istifadə etdiyini qınayıb. Brillianta "Deyəsən, şalvar və ya ətək geyinmək yadından çıxıb. Nə yaşınıza, nə də sənətinizə yaraşır bu geyim" kimi şərhlər yazılıb. 
           
    40

    “Nə Abid Şərifov, nə də Hacıbala Abutalıbov bu problemi anlaya bildi”

    Son iki ildə Bakıda və Sumqayıtda bir neçə dəfə yol çökmələri qeydə alınıb.
    Hətta ötən ilin son aylarında Bakıda torpaq sürüşməsi və çökmələr mütəmadi hal almışdı. Bir gün ərzində Bayılda iki ev, bir küçə divarı, Zığ prospektində yamac, Badamdarda isə dağ sürüşmüşdü.
    Bizimyol.info-un Qafqazinfo-ya istinadən məlumatına görə, 2017-ci ildə Mirəli Seyidov küçəsində, 2018-ci ildə Həsən Əliyev və Cəlil Məmmədquluzadə küçələrində, Tbilisi, Qara Qarayev, Səməd Vurğun prospektlərində, Xırdalanda, Sumqayıtda, 2019-cu ildə isə yenə də Sumqayıtda yol çöküb.
    Rəsmilər bir çox hallarda səbəb kimi qrunt sularının torpağı yumasını göstərirlər. Bəziləri isə kanalizasiya xəttinin çürüyərək torpağa axmasını da etiraf ediblər. Bəs son illərdə Bakı ilə Sumqayıtın sürüşməyə və çökməyə meyilli olmasının səbəbi nədir?
    Bakı Baş Tikinti İdarəsinin keçmiş rəisi, ekspert Əzim Məsimov bildirib ki, vəzifə başında olan mütəxəssislər heç kanalizasiya xətlərinin hamısının yerini bilmirlər:
    “Bu gün sistem dağılıb deyə yeraltı kommunikasiyaları bilən adamlar qalmayıb. Məsələn, deyirlər, Nobel prospektində 26 metr dərinlikdə kanalizasiya suyu axır. Bu dərinlikdə xətti kim çəkib, haradan çəkib? O prospektdə üç dəfə yol çöküb.
    Bunun səbəbini öyrənmək lazımdır ki, bu su haradan gəlib, hara gedir. Kanalizasiya xətlərini çəkən şəxslər onun istismar müddətini bilməlidir ki, vaxtında dəyişsinlər. Amma bu gün bu işlərdən başı çıxmayan adamlar işləyirlər, onlar da qəza yerinin üstünü basdırıb asfalt çəkib çıxıb gedirlər. Buna görə də eyni hadisələr təkrar olunur.
    Bakının kanalizasiya xətti köhnəldiyi üçün o zaman yeni layihə hazırlandı və “Böyük kanalizasiya” adlandırıldı. Mənim rəhbərliyimlə həmin işlər görüldü, amma tikinti tam başa çatdırılmadı. Mən vəzifədən gedəndən sonra da nə olduğunu bilmədim. Məsələ budur ki, Bakının Binəqədi, Xırdalan, Xocəsən, Badamdar, Bayıl kimi böyük qəsəbələrinin kanalizasiya xətti yoxdur. Orada yığıntılar Xocasən gölünə, ya da Xəzər dənizinə axıdılır.
    Bakının kanalizasiya xətti problemi qətidir və həll edilməsə, bir azdan görəcəklər ki, Bakının ora-burasından çaylar axır. Kanalizasiya suları torpağın altı ilə axır və hara çökəkdisə, gəlib ora yığılır. Bu problem isə ümumilikdə şəhərin seysmik göstəricisini aşağı salır.
    Misal üçün, bir hündürmərtəbəli yaşayış binası doqquz ballıq zəlzələ gücünə hesablanıb tikilərsə, həmin sular gəlib binanın zirzəmisinə toplananda onun dayanıqlılıq gücü yeddi bala qədər düşür. Bu gün Bakı hürdürmərtəbəli binalar üçün təhlükəlidir.
    Bakını, Sumqayıtı idarə edən kişilər bu məsələləri anlamalıdır və yığışıb müzakirə edib qərarlar verməlidirlər. Yoxsa bu məsələ Abşeron yarımadası üçün faciə ilə nəticələnə bilər. Nə olsun ki, yazılır. Guya yazılanları oxuyan var?”
    Ə.Məsimov qeyd edib ki, paytaxtın bəzi yerlərində kanalizasiya xəttinin iki əsr yaşı var:
    “Bakının kanalizasiya sistemi tamamilə yenilənməyib. Amma bir neçə istiqamətdə kollektorlar tikilib, bu kollektorlar olmasaydı, vəziyyət lap biabırçı olardı. Abşeron rayonunda böyük əraziləri su basır, bunun səbəbi odur ki, orada yaşayanlara su verilir, amma kanalizasiya xətti çəkilmir.
    Əhali də işlətdiyi suyu torpağa axıdır. Qanuna görə, su xətti ilə kanalizasiya xətti eyni vaxtda çəkilməlidir. Kanalizasiya xətlərinin çəkilməsi böyük kapital tələb edir, amma bundan qorxmaq yox, başlamaq lazımdır.
    Hazırda Bakının kanalizasiya sisteminin vəziyyəti hədsiz dərəcədə acınaqlı və təhlükəlidir. Bakının ilk kanalizasiya xətləri XIX əsrin sonlarında çəkilib, amma son illərdə nə qədər yüksək binalar tikilib. Lakin buna uyğun kanalizasiya xətti yaradılmayıb. Bakının çox hissəsində xətlər çürüyüb. Amma son 25 ildə Bakıda bu işləri həll edəcək adam olmadı.
    Nə Abid Şərifov, nə də Hacıbala Abutalıbov bu problemi anlaya bildi. İndi də elə adam yoxdur. Bakı qəşəngdir, gözəldir, sevirik, amma harada qırıldı-qırıldı.
    Badamdardakı hadisə üçün Yaponiyadan mütəxəssis gətirib ona dedilər ki, bizim kanalizasiya xəttimiz yoxdur, suyu bura tökürük, ona görə də sürüşür. Gör nə günə qalmışıq ki, özümüz kanalizasiya suyunu torpağa axıdırıq, səbəbini də yapondan soruşuruq. Həm də baha qiymətə pul verib soruşuruq. Deyirlər, Badamdar yeraltı çaya görə sürüşüb. O çay dağa haradan çıxdı? Mənbəyini göstərə bilərsiniz? O çayın mənbəyi əhalinin axıtdığı kanalizasiya sularıdır.
    Bakıda, ümumiyyətlə, yeraltı su olmayıb, Bakı səhra yeri olub. Bircə Buzovnada qrunt suyu var idi, o vaxt quyu qazıb dənizə axıtmaq üçün sistem yaratdıq. Qrunt suyu dedikləri, əslində, kanalizasiya sularıdır”.
    Qeyd edək ki, Badamdar dağındakı sürüşmə ilə bağlı hər hansı bərkitmə işlərinə başlanılmayıb, aktivlik isə son günlər müşahidə edilmir.

    26

    Cey Lo bədən quruluşu ilə gənc qızlara meydan oxudu - Fotolar

    Son zamanlar yaşadığı sevgi həyatı ilə tez-tez gündəmə gələn dünyaca məşhur müğənni Cennifer Lopez sevgilisi Aleks Rodrigez ilə Kaliforniyada görüntülənib. İdman salonlarından birinə gedərkən paparazzilərə tuş gələn Cey Lo yenə bədən quruluşu ilə heyran edib. İdeal formaya malik 49 yaşlı ifaçı gənc qızlara belə meydan oxuyub.    
     

     

     

     

     
    58

    Bakıda göydələndə mənzil bu cür alışdı

    Bakının Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğının görüntüləri yayılıb.   Trend-in məlumatına görə, binanın 6-cı mərtəbəsindəki mənzildə baş verən yanğına səbəb həmin mənzildəki paltaryuyan maşının alışması olub. FHN-nin verdiyi məlumata görə, hadisə nəticəsində ümumi sahəsi 85 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyaları 16 kv.m sahədə, eyvanında quraşdırılmış məişət avadanlığı və qaz sayğacı yanıb, dəhlizinin divar üzlüyü 6 kv.m sahədə qarsalanıb.   Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib, xəsarət alan olmayıb.
    82

    Türkiyədə azərbaycanlı qadına 55 bıçaq zərbəsi vuruldu - YENİLƏNİB + FOTO

    Türkiyədə 24 yaşlı Qənirə Cabbarovanın qətli ilə bağlı yeni məlumatlar üzə çıxıb. 
    Azforum.az  Oxu.az  istinadən xəbər verir ki, Qənirə 24 yaşlı sevgilisi Halil A. ilə birlikdə Burdurun Karamanlı rayonundakı gecə klublarından birində əyləndikdən sonra evə getmək üçün taksiyə oturub. 
    Cütlük taksidə mübahisə edib və Tefenni-Çavdır avtomagistralında taksidən düşüblər. 
      Bir müddət sonra davaya çevrilən mübahisə zamanı Halil sevgilisinə 55 bıçaq zərbəsi vurub.
    Mübahisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
    14:01
    Türkiyədə azərbaycanlı qadın amansızlıqla qətlə yetirilib.
    Azforum.az  Oxu.az  istinadən xəbər verir ki, hadisə Burdurun Tefenni rayonunda baş verib.
    24 yaşlı Qənirə Cabbarova Tefenni-Çavdır avtomagistralında maşının içərisində Halil A. ilə mübahisə edib.
    Mübahisə davaya çevrilib və qadın bıçaqlanıb. Hadisə yerinə təcili yardım xidməti gəlsə də, qadının həyatını itirdiyi bəlli olub. H.A. tutulub. Qadının meyiti ekspertiza üçün aidiyyəti üzrə təhvil verilib.
     
       
    88
  • Яндекс.Погода
  •  Valyuta məzənnəsi

  • FreeCurrencyRates.com



















×