Перейти к содержимому
  • Объявления

  • Последние новости


    Azərbaycan Ordusu cəbhədə hərəkətə keçdi... - İrəvanda Qarabağ toqquşması

    Ermənistanda Dağlıq Qarabağ münaqişəsi üzrə daxili haçalanma dərinləşir.
     
    İndiyə qədər "Qarabağ klanı” baş nazir Nikol Paşinyanın yumşalma siyasətinə qarşı çıxırdısa, indi prezident Armen Sarkisyan da eyni cəbhəyə dəstək verir.
     
    Ermənistan prezidentinin məsləhətçisi Tevan Poqosyan feysbuk səhifəsində erməni ordusunun təcrübəsizliyi haqqında danışıb.
     
    "2018-ci ilin yay çağırışından altı aydan çox keçib. Altı ay əvvəl yeni xidmətə başlayan əsgərlər hətta barıt qoxusu ilə tanış deyillər, onlarda hələ ki rəqibin atəşlərinə cavab təcrübəsi yoxdur. Təcrübəsizlik həmişə qorxu doğurur. Ümid edirəm ki, bizim ordumuzda qorxunun ölçüsü üzrə çarə var, əks halda, anlayırsınızmı ki, təcrübəsizliyə görə hansı vəziyyət yaranacaq”, - deyə o qeyd edib.
     
    Poqosyandan sonra Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin "rəhbəri”nin "mətbuat katibi” David Babayan iddia edib ki, "təmas xəttində sakitlik hökm sürsə də, Azərbaycan müharibə planından əl çəkməyib, cəbhədə mühəndislik işlərinin həyata keçirilməsi də bunu təsdiqləyir”.
     
    Bu iki bəyanat və Dağlıq Qarabağ münaqişəsi ətrafında müşahidə olunan yumşalma fonunda Ermənistan daxilində siyasi baş verən siyasi intriqalar diqqət çəkir.
     
    Erməni şərhçi Aram Amatuni yazır ki, Poqosyanın və Babayanın sözləri mesaj xarakteri daşıyır. Bu, mesaj kimə ünvanlanıb.
     
    Erməni şərhçilər hesab edirlər ki, hədəfdə münaqişənin həlli üçün danışıqlara hazır olan baş nazir Nikol Paşinyandır.
     
    "Xüsusilə həmsədrlərin regiona səfəri və Paşinyanla görüşündən sonra bu fikirlərin gündəmə gəlməsi təsadüfi deyil. Qarabağ məsələsi daxili siyasətdə həmişə olduğu kimi yenə də əsas faktor olaraq qalır”, - deyə o qeyd edib.
    82

    Qadın tanış olduğu gənc oğlanı bir gecəlik evinə çağırdı və dəhşət yaşadı

    Tanışlıq saytında 8 ay danışdığı kişini evinə dəvət edən qadın bir gecədə həyatının kabusunu yaşayıb.
    Publika.az xəbər verir ki, hadisə Braziliyanın Rio-de-Janeyro şəhərində baş verib. 57 yaşlı Elaine Kaparros saytda tanış olduğu 27 yaşlı Vinisius Serranı evinə dəvət edib. İlk görüşdə birlikdə olduğu kişi tərəfindən 4 saat döyülən qadının bədənində salamat yer qalmayıb. Tanınmaz hala düşən Elainenin üz, göz ətrafı sümüklərı, burnu və dişləri sınıb. Ona 40-a yaxın tikiş qoyulub.
    Çağırılan “qonağ”ın isə psixoloji problemləri olduğu sonradan məlum olub.
    Səhərə yaxın səs-küyə qonşular reaksiya verib. Binanın mühafizəçiləri evə girəndə Kaparrosu yerdə qanlar içində uzanmış vəziyyətdə görüblər. Təcavüzkar isə artıq evi tərk edibmiş. Qadın həmin dəhşətli gecədə baş verənlərin yarısını xatırlaya bilmir.
    Polisə ifadəsində 57 yaşlı Kaparros bunları deyib: “Uzun müddət internetdə danışmışıq. Mən dostluğumuzun daha isti münasibətə çevriləcəyini düşünmüşdüm. Evimə dəvət edərkən çox rahat və əmin idim. Yazışmalarımız onu tanıdığıma inandırdı məni. Gecə birlikdə qucaqlaşıb yatdıq. Bir də ayılanda məni yumruqladığını gördüm. Özümü müdafiə etmək üçün qolumu qaldıranda dişlədi. Yerdə sürüyürdü, yumruqlayırdı”.
    Saxlanılan 27 yaşlı Vinisius isə psixoloji problemləri üzündən qadını döydüyünü deyib
    91

    Kökəlib 60 kq olan Röya gecəyarı bulvarda bu vəziyyətdə görüntüləndi

    Əməkdar artist Röya Ayxanın atası gözlərindən əməliyyat olunub.
    Publika.az xəbər verir ki, bu barədə Röya Ayxan instaqramda məlumat verib. Müğənni dostları ilə birlikdə stilit Elnur Həsənovun evinə qonaq gedib. Qonaqlıqda bir neçə həftə əvvəl doğum gününü qeyd edən Hacı Nuran üçün tort hazırlanıb. Hacı Nurana ürək sözlərini Röya Ayxan instaqramda paylaşıb və bildirib ki, həmişə atasına çox dəstək olur:
    “Bunu deməsəm, olmaz. Atamın gözündə problem olanda, mənə yığmır. Fikirləşir ki, Röya konsertdə olar, narahat edib stressə salmayım. Odur ki, Hacı Nurana zəng vurub ondan kömək istəyir. Hacı Nuran da məndən xəbərsiz aparıb atamı əməliyyat etdirib gətirir. Hacı Nuran hamımızın güvəndiyi dostdur”.
    Daha sonra gecəyarı buvarda gəzən ulduz instaqramın hekayə bölümündə aparıcı Nəsib Nurla birlikdə idmana başladığını elan edib:
    “Nəsib Nur kimi arıqlamağa qərar vermişəm. 47 kq idim, indi 60 kq olmuşam. Onunla hər axşam bulvarda gəzəcəyəm. Niyə bizdən başqa heç kim gəzmir? Bu ölkədə bir dənə gombul bizik?”



    132

    Azərbaycanlı milyarderdən Fuad Abbasova dəstək - Zirehli maşınını təklif etdi

    "Dünya Azərbaycanlıları İttifaqı"nın və "Ümumdünya Azərbaycan Mədəniyyət Fondu"nun Prezidenti Fizuli Məmmədov ermənilərin təzyiqinə məruz qalan jurnalist Fuad Abbasovla bağlı dünya azərbaycanlılarına müraciət ünvanlayıb.

    BAKU.WS həmin müraciəti olduğu kimi təqdim edirik: 

    "Hörmətli həmvətənlər!
    Yəqin ki, əksəriyyətiniz tanınmış azərbaycanlı jurnalist Fuad Abbasovun həmin axşamkı birbaşa efirini izləmisiniz. Ermənilər onu millətlər arasında ədavəti qızışdırmaqda təqsirləndirərək, ona qarşı cinayət işinin başlanması tələbilə imza toplayırlar. Bizim mənfur qonşular həm də Fuadı "Facebook" sosial şəbəkəsindən və "Youtube" videobloqundan sıxışdırıb çıxarmaq üçün kampaniyaya başlayıblar. Onlar Fuadın "Facebook" səhifəsini və "Youtube" kanalını bağlamaq istəyirlər. Ermənilər onun bu internet resurslardakı materiallarını da blok etmək üçün kampaniya start veriblər. Bundan başqa, onlar hətta Fuad Abbasovun ünvanına açıq təhdidlərə keçiblər.

    Çox təəssüf ki, Fuad Abbasovun təqibində həmçinin bizim bəzi həmvətənlərimiz də iştirak edirlər. Öz tanınmış həmvətənlərinə dəstək vermək yerinə bəzi azərbaycanlıların onun ünvanına olan hədələrə qoşulduğunu eşitmək mənə çox ağırdır. Bu hədələrlə bağlı olaraq mən Fuad Abbasova öz zirehli avtomobilimi və mühafizəçilərimi təklif etdim, lakin o imtina etdi. Buna baxmayaraq, mən bundan sonra da ona mənəvi, hüquqi və maddi dəstək göstərməyə hazıram.

    Lakin, bəzi şeylər var ki, mənim təkbaşına gücüm çatmır. Bu Fuad Abbasova olan ümumxalq dəstəyidir. Hesab edirəm ki, belə bir kritik məqamda hər bir əsil azərbaycanlı vətənprəvər ona mənəvi dəstək nümayiş etdirməlidir. Bütün dünyadakı həmvətənlərimizi "Facebook" və "Youtube"da Fuad Abbasova dəstək kampaniyasına başlamağa çağırıram.


    Bundan əlavə, Rusiyada, ilk növbədə isə Moskvada dərhal ona dəstək mqəsədilə imza toplamalıyıq. Ermənilərin ona qarşı imzalarından daha çox imza toplaya bilməyimiz üçün Fuad Abbasova dəstək kampaniyamız çox fəal olmalıdır.

    Fuad Abbasovun həbsi azərbaycan xalqına və bütün türk dünyasına əsil zərbə ola bilər. Bizim haqqımız çatmır ki, erməni millətçiləri ilə mübarizədə onu yalnız qoyaq. Biz mütəşəkkil və kütləvi şəkildə tanınmış jurnalist həmvətənimizin hüquq və maraqlarını qorumalıyıq. Bu gün Fuad Abbasov rus telekanallarında Azərbaycanın və Türkiyənin səsidir. O davamlı və çox effektiv şəkildə Azərbaycan və Türkiyənin milli maraqlarını müdafiə edir. Buna görə də bütün həmvətənlərimizi mümkün olan bütün hüquqi metodlarla Fuad Abbasova dəstək verməyə, onun həbsinə, o cümlədən "Facebook" səhifəsinin və "Youtube" kanalının bağlanmasına imkan verməməyə çağırıram".
    72

    Bakirəliyini 2 milyona satan Məhbubəyə təkliflər gəlib - Görün ilk dəfə kiminlə yatacaq - FOTO

    Bir müddət əvvəl bakirəliyini satışa çıxarması xəbəri ilə ölkə gündəmini zəbt edən azərbaycanlı model Məhbubə Məmmədzadəyə təkliflər gəlməkdə davam edir.
    Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, bakirəliyini 2 milyon fund-sterlinqə satan Məhbubəylə yatmaq istəyən ikinci şəxs adı açıqlanmayan məşhur futbolçudur.

    Saytdan verilən açıqlamaya görə, Məhbubəylə yatmaq üçün ikinci təklif münhenli futbolçudan, üçüncü təklif isə Londonun tanınmış hüquqşünasından gəlib.

      Lakin Məhbubənin bəkarətini Tokioo şəhərində yaşayan siyasətçi pozacaq. Azərbaycanlı model ilk dəfə yaponiyalı siyasətçi ilə intim münasibətdə olacaq.

    Qeyd edək ki, "Cinderella Escorts"da Mariya adı ilə qeydiyyatdan keçən Məhbubə səyahətə çıxmaq üçün bəkarətini satmaq istədiyini və anasının da buna narazılığının olmadığını söyləyib.
    Milli.Az Məhbubənin fotolarını təqdim edir:



    100

    Azərbaycanda çörəyin qiyməti qalxdı? - DİQQƏT

    Son günlər ölkədə un və çörəyin qiymətinin artması ilə bağlı xəbərlər yayılıb. Sosial şəbəkələrdə "Bravo” marketlər şəbəkəsində qiymətlərin artımı ilə bağlı fotolar paylaşılıb.
    "Posta.az" xəbər verir ki, məsələni araşdırmaq üçün çörək istehsalçıları ilə əlaqə saxlanılıb.
    "Nur” çörək zavodunun əməkdaşı Söhrab Cabbarovun verdiyi məlumata görə, görə son 10 gündə unun qiymətində artım olsa da, bu, çörəyin satış qiymətinə və çəkisinə təsir etməyib: "Belə ki, 50 kiloqramlıq əla növ un kisəsinin əvvəl alış qiyməti 26 manat 40 qəpik idisə, hal-hazırda 26 manat 50 qəpikdi. Bu gün üçün isə çörəyin satış qiyməti 50 qəpik olaraq qalır". O, istehsal etdikləri çörəklərdə yaxın günlərdə qiymət artımının gözlənilmədiyini də bildirib.
    Qeyd edək ki, bu məsələ ilə bağlı bir neçə gün öncə açıqlama verən İqtisadiyyat naziri Şahin Mustafayev, bütün dünyada taxıl qiymətlərində olan artımın Azərbaycana təsir etməməsi üçün hökumətin bir sıra zəruri tədbirlər gördüyünü qeyd edib. Buğda idxalçıları və sahibkarlar ilə görüşlər keçirilib hesablamalar aparılıb. O, öz çıxışında indiki dövr üçün çörəyin qiymətində artım gözlənilmədiyini bildirib .
    93

    Bakıda “Porsche” ilə dəhşətli qəza törədən kimdir - ÖLƏN ŞƏXSİN ADI MƏLUM OLDU

    Bakıda “Porsche” ilə dəhşətli qəza törədən kimdir - ÖLƏN ŞƏXSİN ADI MƏLUM OLDU
    Bakı şəhərinin Xəzər rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
    "Posta.az" publikaya istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Abbasov Fərdi Həsənağa oğlu idarə etdiyi “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Qala qəsəbəsi ərazisində - Mərdəkan istiqamətində hərəkət edən ya gedən yolda 40-45 yaşlı qadını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın “Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.
    İlkin araşdırmalar zamanı ölən qadının 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı olması müəyyənləşdirilib.
    O da məlum olub ki, hadisəni törədən Abbasov Fərdi Həsənağa oğlu şirkətlərdən birində sürücü işləyir və avtomobil ona məxsus deyil.
    *****
    Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
    Publika.az xəbər verir ki, Xəzər rayonu Qala qəsəbəsi ərazisində - Pirallahıya gedən yolda “Porsche” markalı minik avtomobil yolu keçən qadını vurub.
    Zərbənin gücündən xeyli kənara düşən 40-45 yaşlı qadın hadisə yerində ölüb.
    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
    134

    Bakıda ərdə olan bacısını başqa kişi ilə tutan qardaş dəhşət saçdı

    Bakının Xətai rayonunda bacısını qısqanclıq zəminində bıçaqlamaqda təqsirli bilinən Niyaməddin Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
    “Ölkə.Az”xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinin yaxın günlərdə məhkəmə prosesi başlanacaq.
    İttihama görə, Xətai rayonu, Naximov küçəsində kirayədə yaşayan 1993-cü il təvəllüdlü Əfsanə Əhmədova qısqanclıq zəminində qardaşı Niyaməddin Məmmədov tərəfindən bıçaqlanıb.
    Qadın Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
    Əfsanənin qardaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
    Məlum olub ki, Niyaməddin Məmmədov ailəli olan bacısının başqa kişi ilə münasibətindən xəbər tutub və bu səbəbdən onu bıçaqlayıb.
    İstintaq orqanı tərəfindən Niyaməddin Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.
    127

    Ermənistanla Azərbaycan arasında gizli danışıqlar - Politoloq hər şeyi açdı

    Rusiya mətbuatı iddia edir ki, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair gizli danışıqlar gedir. Bu iddiaya əsas olaraq isə münaqişə ətrafında vəziyyətin dəyişməsini, tərəflərin hərbi bəyanatlardan nisbi sakitliyə keçməsini göstərirlər: "Mümkündür ki, tərəflərdən birində inandırıcı arqumentlər var, yaxud kimsə güzəştə getməyə qərara gəlib. Bəlkə də bu münaqişənin müharibə olmadan həmişəlik həlli üçün tərəflər razılığa gəliblər”.
    Məsələ ilə bağlı Publika.az-a açıqlama verən politoloq, sabiq diplomat Fikrət Sadıxov isə bildirir ki, həqiqətdə belə bir şey yoxdur:   "Ermənistanla Azərbaycan arasında heç bir gizli danışıq getmir. Bütün danışıqlar rəsmi şəkildə Minsk qrupunun həmsədrləri vasitəsilə aparılır, ya da nazirlərin təkbətək görüşləri keçirilir. Artıq xarici işlər nazirləri bir neçə raund görüş keçirib. Dövlət başçımız da Davosda Ermənistanın baş naziri ilə saat yarım söhbət edib. Rəsmi İrəvanın ziddiyyətli bəyanatlarına baxmayaraq, müsbət dinamikanın elementləri hiss olunur. Amma nəticələr haqqında nəsə demək hələ ki, tezdir.

     
    Armen Sarkisyan Almaniyada çıxış edərkən bildirib ki, tərəflərin münaqişəni həll etmək üçün sülhdən başqa yolu yoxdur. Bu, bizim üçün Amerikanı yeni kəşf etməkdir. Lakin biz özümüz də istəmərik ki, Qarabağda yenidən müharibə alovlansın. Elə buna görə də 25 ildir, danışıqlar formatındayıq. Ona görə biz uzun illər ərzində çalışırıq ki, diplomatik, dinc yolla bu məsələni həll edək. Ermənistan isə nə torpaqları azad edir, nə münaqişənin həllinə maraq göstərir, nə də ki, beynəlxalq hüquq normalarına əməl edir. Bizim əsas məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Əgər erməni tərəfi müharibənin alovlanmasından narahatdırsa, onda bunu nəzərə alaraq nəticə çıxarmalıdırlar”.   Politoloq bildirib ki, Armen Sarkisyanın bu çıxışını Ermənistanın geri addımı kimi dəyərləndirmək olmaz:   "Açıq deyim, mən bu çıxışı müsbət addım kimi dəyərləndirə bilmərəm. Çünki burada niyyət başqa da ola bilər. Əgər Ermənistan düşünürsə ki, müharibənin alovlanmaması üçün torpaqları azad etmək lazımdır, o zaman bu çıxışı müsbət dəyərləndirmək olar. Amma əgər hesab edirlərsə ki, torpaqlar azad olunandan sonra Dağlıq Qarabağda müstəqil bir dövlət qurulacaq və bu məsələ yekun mərhələsinə gəlib çatacaq, o zaman yanılırlar. Mən bu həqiqətləri nəzərə alıb bu yanaşmanı irəli sürürəm”.   Fikrət Sadıxovun sözlərinə görə, Armen Sarkisyanın bu çıxışı Nikol Paşinyanla arasında dərin ziddiyyət yaratmayacaq:
    "Onların məsələyə yanaşma forması başqa cür olsa da, məzmunca eyni fikirləri səsləndirirlər. Sarkisyan daha yumşaq ifadələrlə fikirlərini çatdırır. Paşinyan isə daha ziddiyyətli və sərt bəyanatlar səsləndirir.
    Amma hər bir halda, onlar Dağlıq Qarabağı müstəqil dövlət kimi görmək istəyirlər. Azərbaycan isə buna heç vaxt imkan verməyəcək”.
    108
  • Яндекс.Погода
  •  Valyuta məzənnəsi

  • FreeCurrencyRates.com



















×