Перейти к содержимому
  • Объявления

  • Последние новости


    Fazil Məmmədovun milyonluq villasında dəhşətli yanğın – FOTOLAR+VİDEO

    Sabiq vergilər naziri Fazil Məmmədovun işdən çıxarılmasından sonra onun çevrəsində çaxnaşma düşdüyü, böyük biznes imperiyasının dağılmaq ərəfəsində olduğu, dövlətdən oğurladığı pulları geri qaytarması tələb olunduğu bir vaxtda sabiq nazirin dəbdəbəli, son dərəcə təmtəraqlı imarətlərindən birində dəhşətli yanğın baş verib.
    Yenicag.az xəbər verir ki, olay Göygöl rayonunun Üçtəpə qəsəbəsində baş verib. “Yeni Müsavat”ın əməkdaşları sabiq nazirin imarətində yanğın xəbərini Göygöldə reportaj hazırlayarkən alıblar və hadisə yerinə yollanıblar.
    Üçtəpənin girişinə yaxın hissədə böyük bir həyət var. Qazonla örtülmüş, müxtəlif dekorativ ağaclar, üzüm bağı salınmış həyətdə 2 qoşa imarət göz oxşayır. Göygöl rayonunun bu kəndinin sakinlərinin əksəriyyəti Rusiyada ticarətlə məşğul olduqlarından yerli sakinlərin maddi imkanları haqda əfsanələr dolaşır. Amma imkanlı kənd sakinlərinin dəbdəbəli evləri Fazil Məmmədova, onun müavini və qudası olan Namiq Əliyevə məxsus imarətlərlə bəhsə girə bilməzlər. Ərazisinin nəhəngliyi baxımından da üçtəpəlilərin həyət-bacaları qudaların malikanələrinin sahəsi ilə müqayisəyə gəlməz. Zarafat deyil, Fazil Məmmədov 17 il vergilər naziri postunu tutub, qudasının da vergi orqanlarında iş stajı Rusiyanın çöllərinə pul qazanmaq üçün yollanan üçtəpəlilərin alver etdiyi illəri üstələyir. Nə olsun ki, onlar bizneslə, Fazil Məmmədov məmur olaraq pul qazanıb?
    Üçtəpədə vaxtilə Zaqafqaziya Hərbi Dairəsinin yerləşmiş olduğu hərbi hissənin ərazisində inşa edilən 2 yanaşı və son dərəcə dəbdəbəsi ilə seçilən qoşa imarətdən çıxan tüstü Bakı-Şəmkir yolundan da görünürdü. Sanki iri bir ot tayası yanırdı. Sabiq nazirin mülkünə çatanda orada Göygöl Rayon Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən briqadaları işləyirdi. Ərazidə 10-a yaxın yanğınsöndürən maşın alovun qarşısını almağa çalırdı. Kənd sakinləri də yanğınsöndürənlərə kömək edirdi. Yanğın 2 qoşa imarətin həyətində yerləşən, ucu-bucağı olmayan sauna kompleksində meydana gəlmişdi. Yanğınsöndürənlərin səyləri, onlara qarışan kənd camaatının və imarətlərin mühafizəçilərinin dəstəyi də alovu ram etməyə, qarşısını almağa yetmirdi. Ərşə qalxan alov “dillərinin” üzərinə yanğınsöndürən maşınlarının çənlərindən böyük təzyiqlə vurulan su şırnağı dəryaya düşən damla kimi görünürdü. Alovla 3-4 saatlıq mücadiləyə bütün kənd tamaşa edir, imarətlərin qarşısındakı yol insanlara qarışan maşınların sıxlığı ilə yarıkeçilməz vəziyyətə düşmüşdü. Hər kəs vəzifəsindən alınan Fazil Məmmədovun imarətində yanğının səbəbini soruşurdu.
    O tərəf-bu tərəfə qaçan yanğınsöndürənlər qaç-qovda çiyinlərini çəkməklə işlərini davam edirdilər. Sauna kompleksi isə Binəqədidə 2015-ci ildə yanan çoxmərtəbəli bina kimi qəfil alışmışdı, söndürmək, qarşısını almaq olmurdu. Belə təəssürat yaranırdı ki, alovu ram etmək mümkün olmayacaq. 10-a yaxın yanğınsöndürən maşının çənləri boşaldı, amma Fazil Məmmədovla onun qudası Namiq Əliyevə məxsus olduğu deyilən qoşa imarətin sauna kompleksini yanaraq məhv olmaqdan xilas etmək mümkün olmadı. Yanğınsöndürənlər Gəncə çayının sahilində yerləşən, arx və kanallarla əhatələnən sabiq nazirin imarətindəki yanğını söndürməyə su da tapmırdılar. Kanala, çaya nasos qurğuları qoyub kompleksdəki yanğını aradan qadırmağa çalışsalar da, kompleksdə alovun qarşısını almaq mümkün olmadı, obyekt külə döndü. Sabiq nazirin milyonlar xərcləməklə inşa etdirdiyi sauna kompleksi bir neçə saatın içində məhv oldu, xərclənən milyonlar alovdan şahə qalxan tüstü dümanının içində itib-batdı.
    Kənd sakinləri kimi bizi də düşündürən suallar isə ortadadır. Fazil Məmmədovun vəzifədə olduğu illərdə onun çoxsaylı mal-mülklərindən hansındasa yanğın baş verməsini eşidən olmayıb. Bu il dekabrın 5-də 17 illik postunu itirəndən cəmi 20 gün sonra onun və qudasının, hansının ki, adı ölkədən çıxarılan 4.5 milyardlıq “qara pul” söhbətinə qarışıb, imarətlərində yanğın olur. Və bu yanğının hansısa qısaqapanmadan baş verməsi müəmmalı görünür. Hər halda, iri bir sauna kompleksi inşa etdirən nazir, onun müavini yanğın təhlükəsizliyi sistemlərinin orada quraşdırılmasına pul əsirgəməzdilər. Deməli, ortada yanğına səbəb ola biləcək əsas versiya qəsdən yandırılma da ola bilər.


    80

    Azərbaycanlı biznesmeni və arvadını ömürlük həbs gözləyir

    Azərbaycanlı biznesmeni və arvadını ömürlük həbs gözləyir
    Dekabrın 25-də axşam saatlarında idarə etdiyi “Range Rover” avtomobili ilə  Rusiyanın Sankt-Peterburq şəhərində məktəbliləri daşıyan avtobusun qarşısını kəsən və sürücünü bıçaqlayan azərbaycanlı biznesmen Əlizadə Mustafayevi və yaralı sürücüyə küt alətlə zərbə endirən arvadı Zülfiyyə Saitmuratovanı ömürlük həbs gözləyir.
    Oxu.Az xəbər verir ki, bunu Sankt-Peterburq İstintaq Komitəsinin rəhbərinin KİV-lərlə iş üzrə baş köməkçisi, polkovnik Sergey Kapitonov bildirib.
    Kapitonov deyib ki, sürücüyə çoxsaylı bıçaq zərbələri endirən,  bu gün səhər könüllü istintaqa təslim olan Ə.Mustafayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsadət hazırlanır. Onun vətəndaş nigahında yaşadığı arvadı Zülfiyyə Saitmuratovanın isə axtarışları davam edir. Bu səs-küylü cinayətə görə xuliqanlıq zəminində qəsdən adam öldürməyə görə şübhəlilərin barəsində cinayət işi qaldırılıb. “Həmin maddənin ağırlaşdırılmış hal üzrə tətbiqi şübhəlilərin ömürlük həbs cəzası ilə cəzalandırılmasını nəzərdə tutur”-polkovnik Kapitonov deyib.
    İlkin məlumatlara görə Ə.Mustafayev avtobus sürücüsünü azyaşlı uşaqların qarşısında bıçaqlamasını söyüşlə əlaqələndirib. İstintaqa ifadəsində deyib ki, avtobus sürücüsü onu arvadının yanında söyüb, bu səbəbdən sürücü ilə dava edib. Dava zamanı avtobus sürücüsü onu boğmağa çalışdığı üçün bıçağa əl atıb. Mustafayevin bildirdiyinə görə, arvadı ilə hadisədən sonra ayrılıblar və onun hazırda harada olduğunu bilmir.
    Xatırladaq ki, bu hadisə geniş rezonans doğurub. Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin işi şəxsi nəzarətinə götürüb və şübhəlilərin tezliklə tapılması üçün göstəriş verib.
    61

    Cazibədar model tədbirə elə paltarda gəldi ki... - FOTOLAR

    24 yaşlı dəb bloggeri və model Lisa Opie Mayamidə təşkil olunan bir dəvətə qatılıb.
    Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, cazibədar model cəsarətli seçimi ilə bütün diqqətləri öz üzərinə toplayıb. Mavi rəngli libası ilə olduqca gözəl görünən Lisa fotoqrafların əlindən xilas ola bilməyib. Belə ki, foto-müxbirlər onun alt paltarının göründüyü kadrlar çəkiblər.
    Modelin həmin görüntülərini təqdim edirik:
    Modelin həmin görüntülərini təqdim edirik:








     
    129

    Fazil Məmmədovun yeznəsi işdən çıxarıldı

    Keçmiş vergilər naziri Fazil Məmmədovun Vergilər Nazirliyində yüksək vəzifə tutan yeznəsi işdən çıxarılıb.
     
    AZXEBER.COM Modern.az-ə istinadən xəbər verir ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini Namiq Quliyev ötən həftə vəzifəsindən kənarlaşdırılıb.
     
    Fazil Məmmədovun bacısının həyat yoldaşı olan Namiq Quliyev əvvəllər Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilmişdi.
    90

    Bakıda səhər saatlarında FACİƏ: polislər, həkimlər gəldi, yol tıxandı - FOTO

    Səhər saat 07:40 radələrində Bakının Zabrat-Kürdəxanı yolunun Məhəmmədi gölü adlanan ərazidən keçən hissəsində piyadanı "Qazel" markalı yük maşını vurub.
    Milli.Az xəbər verir ki, dərhal hadisə yerinə DYP əməkdaşları və təcili yardım briqadası cəlb olunub. Şəxsiyyəti hələlik məlum olmayan şəxs dərhal xəstəxanaya aparılıb.
    Sözügedən olayla bağlı həmin istiqamətdə avtomobilin hərəkətindəhadi ləngimə müşahidə olunub.
    74

    Mini ətəkli qızdan ilahiyyatçının qarşısında erotik rəqs - VİDEO

    Adnan Oktarın qarşısına keçib, rəqs edən mini ətəkli "kediciy"in görüntüləri yayılıb.
    Milli.Az Haberler-ə istinadən xəbər verir ki, öz televizya kanalında təşkil etdiyi veriliş ilə adından söz etdirən Adnan Oktar son zamanlar "Kedicik" adlandırdığı gənc qızları qarşısında rəqs etdirir.
    Bu rəqslərdən birində mini ətəyi ilə Adnan Oktarın qarşısına keçən "kedicik" erotik hərəkətləri ilə diqqət çəkib.
    https://daytube.az/az/videos/59769/
    84

    Azərbaycanda maaşlar artdı — SƏRƏNCAM

    Azərbaycan prezidenti İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Ölkə.Az-ın məlumatına görə, sərəncamda minimum aylıq əməkhaqqının məbləğinin 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edildiyi qeyd olunub. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
    Bununla da “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 2608 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 87) 1-ci hissəsi ləğv edilir.
    47

    Ərdən arvadına qarşı QANDONDURAN ƏMƏL: evdə hazır çay olmadığını görüb 1 yaşlı qızının gözü önündə...

    Türkiyədə qandonduran cinayət hadisəsi baş verib. Y.Əli adlı şəxs yaranan mübahisə zəminində 30 yaşlı həyat yoldaşı Y.Gündüzü döyərək ölümcül hala salıb.
    Milli.Az xəbər verir ki, hadisə Türkiyənin Mərsin bölgəsində baş verib. Narkotik vasitənin alqı-satqısı ilə məşğul olan Əli 6 il müddətinə azadlıqdan məhrum edilib. Son 1 il 6 ayda icazəli şəkildə ailəsi ilə görüşən adam bu dəfə evə gəldiyində dəhşətli hadisə baş verib. Çay içmək istəyən Əli evdə hazır çay olmadığını görüb hiddətlənərək 1 yaşlı qızının gözü önündə qadının əllərini və ayaqlarını bağlayaraq, qazın üstündəki qaynar suyu qadının üzərinə töküb. Daha sonra onu döyməyə başlayıb. Qadının kömək səslərini eşidən qonşular isə qorxudan nə polisə, nə də təcili tibbi yardıma xəbər veriblər.
    Xəstəxanada dindiriilən Y.Gündüz mən ölmədim, amma insanlığın öldüyünü gördüm dedi:
    67

    Lotu Quli haqda xoşagəlməz sözlər işlədən ''vor zakon'' İstanbulda öldürüldü VİDEO

    Xəbər verdiyimiz kimi, kriminal aləmdə “Dato Pankiski” kimi məşhur olan 36 yaşlı gürcü “qanuni oğru” David Alxanişvili öldürülüb. Onu İstanbul şəhərində qətlə yetiriblər. Qətlin hansı şəraitdə və necə törədilməsi barədə açıqlama verilmir.Rusiyanın məşhur kriminal saytı olan “Praym Kraym” yazır ki, onun qətli Zaxariya Kalaşovun (hazırda Rusiyada həbsdədir –red.) qardaşı oğlu David Ozmanova (“Dato Krasnodarski”) verilən işğəncənin qisası olaraq törədilib. Qətlin oğru dünyasında qanlı qarşıdurmaların yeni mərhələsinin başlanğıcı olacağı deyilir.Buna da bax: ''Lotu Quli'' haqda xoşagəlməz sözlər işlədən ''vor zakon'' İstanbulda öldürüldü - VİDEOXatırladaq ki, 2011-ci ildə Belçikada “qanuni oğru” Oniani Canqveladzenin klanından ibarət avtoritetlər David Ozmanov üzərində divan təşkil edib. Onlar Ozmanova çoxsaylı bıçaq xəsarətləri yetiriblər. David Alxanişvili də divanı təşkil edənlərdən biri olub.Ozmanov o vaxt möcüzə sayəsində sağ qalıb və uzun müddət xəstəxanada qalıb. Onun cəlladlarına isə qiyabi ölüm hökmü çıxarılıb.Məlumata görə, Alxanişvilinin çeçen kriminal avtoritet, oğru dünyasında "Şeyx Həmzət" adı ilə məşhur olan Həmzət Qastəmirovla yaxın dostluq münasibətləri olub. O, ölümündən bir neçə gün əvvəl sui-qəsd nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirilən “Şeyx Həmzət”ə zəng edərək hadisəyə görə üzüldüyünü bildirib. Onun telefon söhbətində azərbaycanlı “qanuni oğru” Nadir Səlifovla (“Lotu Quli”) bağlı xoşagəlməz ifadələr işlətdiyi deyilir.

     
     
    177
  • Яндекс.Погода
  •  Valyuta məzənnəsi

  • FreeCurrencyRates.com















×