Перейти к содержимому
  • Объявления

  • Последние новости


    Əmək pensiyaları yaşa görə belə hesablanacaq

    Azərbaycanda  yaşa görə əmək pensiyalarının hesablanması proseduru açıqlanıb.
    Azforum.Az-ın APA-ya istinadən məlumatına görə, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının təsdiq etdiyi və bu gündən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda əksini tapıb
    Qaydaya əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi (SH=PSK/T) müəyyən edilir. Yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Məsələn, qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək 27 il 6 ay ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı aşağıdakı qaydada hesablanır:
    (27 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 6 ay) =8415,0 manat.
    1 iyul 2017-ci il tarixdən etibarən qanuna edilmiş dəyişikliklərə əsasən, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir. Məsələn, yuxarıdakı misaldakı sığortaolunanın 1 yanvar 2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8415,0 manat pensiya kapitalının 1 yanvar 2017-ci il tarixə indeksləşdirilmiş məbləği 18250,4 manat təşkil edir ki, bu da aşağıdakı qaydada müəyyənləşdirilir.
    İllər
    İstehlak qiymətləri indeksinin illik səviyyəsi
    İndeksləşdirmə nəzərə alınmaqla ilin əvvəlinə pensiya kapitalı
    2006
    8,3
    8415,0
    2007
    16,7
    9113,4
    2008
    20,8
    10635,4
    2009
    1,5
    12847,6
    2010
    5,7
    13040,3
    2011
    7,9
    13783,6
    2012
    1,1
    14872,5
    2013
    2,4
    15036,1
    2014
    1,4
    15396,9
    2015
    4,0
    15612,5
    2016
    12,4
    16237,0
    2017
     
    18250,4
    Məsələn, 18 fevral 2018-ci il tarixdə 63 il 6 ay yaş həddi, 33 il 4 ay sığorta stajı (o cümlədən 29 il 5 ayı 01.01.2006-cı il tarixədək, 3 il 11 ayı isə 01.01.2006-cı il tarixdən pensiya hüququnun yarandığı günədək qazanmışdır) sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 22971,6 manat (o cümlədən 19522,36 manatı 01.01.2006-cı il tarixədək, 3449,24 manatı isə 01.01.2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixədək qazanmışdır) pensiya kapitalı olan sığortaolunan kişinin yaşa görə əmək pensiyasının sığorta hissəsi bu Qaydalarda göstərilən SH= PSK/T düsturuna müvafiq olaraq 22971,6/144 = 159,53 manat məbləğində hesablanır.
    Tutaq ki, 18 avqust 2017-ci il tarixdə 63 yaşı, 20 il 9 ay (o cümlədən 11 ili 01.01.2006-cı il tarixədək, 9 il 9 ayı isə 01.01.2006-cı il tarixdən sonra pensiya hüququnun yarandığı tarixədək) sosial sığorta stajı olan kişi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 18 fevral 2018-ci il tarixdə müraciət edir. Onun 01.01.2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixə fərdi hesabının sığorta hissəsində 12000 manat pensiya kapitalı qeydə alınıb. Bu halda həmin sığortaolunanın 63 il 6 ay yaş həddinin tamam olduğu 18 fevral 2018-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır.
    Qaydalara uyğun olaraq qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək 11 il ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan 3366 manat (11 il tam iş stajı x 306 manat=3366 manat) pensiya kapitalı indeksləşdirilərək 2017-ci ilin sonuna 7300,15 manat müəyyənləşdirilir (2017-ci ilin yekunlarına görə orta aylıq nominal aylıq əmək haqqının artım tempi əsasında indeksləşdirmə nəzərə alınmaqla bu məbləğ daha böyük olacaq). Beləliklə, müraciət edən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış cəmi pensiya kapitalı 19300 manat təşkil edir. Bu Qaydalara uyğun olaraq yaşa görə əmək pensiyası aşağıdakı qaydada hesablanır:
    19300 manat : 144 ay =134,03 manat.
    Məsələn, 21 dekabr 2017-ci il tarixdə 60 yaşı tamam olan sığortaolunan kişi 1 dekabr 1992-ci il tarixdən 1 dekabr 2017-ci il tarixədək müxtəlif sahələrdə işləyərək ümumi 25 il sığorta stajı qazanıb. Eyni zamanda bu stajın 15 ilini Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən peşələrdə çalışıb.
    O, güzəştli şərtlərlə yaşa yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 dekabr 2017-ci il tarixdə müraciət edir. Qaydalara uyğun olaraq qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək 13 il 1 ay sığorta stajına uyğun pensiya kapitalı 8687,6 manat ((13 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 1 ay) =4003,5 manat, 01.01.2006-cı il tarixədək pensiya kapitalı üstəgəl 2006-2016-cı illərin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşirdirməklə = 8687,6 manat) təşkil edir. Həmçinin 1 yanvar 2006-cı il tarixdən 1 dekabr 2017-ci il tarixədək onan dövr üzrə fərdi hesabının sığorta hissəsində 23000 manat pensiya kapitalı qeydə alınıb. Beləliklə, müraciət edən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış cəmi pensiya kapitalı 31687,6 manatdan (8687,6+23000=31687,6 manat) ibarət olur.
    Qaydalara uyğun olaraq qanuna əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlərlə pensiyaya çıxma yaşı ilə pensiya yaşı arasındakı ayların sayı qədər artırıldığından, həmin şəxs üçün pensiya ödənişi müddəti aylarının sayı 186-ya (63 yaş 6 ay (Qanunun 7-ci maddəsi ilə həmin dövrə pensiya yaşı) çıxılsın 60 yaş (bu misal üzrə həmin şəxsin güzəştli şərtlərlə pensiyaya çıxma yaşı) =42 ay +144 ay = 186 ay) bərabərdir. Bu Qaydalara uyğun olaraq onun yaşa görə əmək pensiyasının sığorta hissəsi aşağıdakı qaydada hesablanır:
     
    31687,6 manat : 186 ay =170,36 manat.
    Beləliklə, həmin şəxsə hüququnun yarandığı 21 dekabr 2017-ci il tarixdən 170,36 manat məbləğində yaşa görə əmək pensiyası təyin ediləcək.
    80

    "Ala, bombanı hansı gicbəsər qoyub bura?" - Millətimin bombaya reaksiyası - FOTOLAR

    “Burda nə olub?” sualının ardı-arası kəsilmirdi. Dəmiryolu vağzalının önündə insan izdihamını görən hər kəs onu maraqlandıran sualın cavabını tapmağa çalışırdı.
    Təbii ki, cavab da eyni idi: “Deyirlər, bomba qoyulub, gözləyirik”…
    Bəzən bunu dedikdə elə reaksiyalarla üzləşdik ki… Reaksiyalardan sonra anladım ki, bizim millətin nümayəndələri arasında səhlənkarların sayı kifayət qədərdir.
    “Ala, bu bombanı hansı gicbəsər qoyub bura?” deyən ağsaqqaldan sonra bir qadının da reaksiyası belə oldu: “Əşşi, mən də deyirəm görən nə olub”…
    Onu maraqlandıran suala cavab tapan ağsaqqal isə Azərbaycanda belə bir şeyin mümkün olmayacağını dedi: “Bəyəm, bura Əfqanıstan zaddır?”.
    Növbə əlində bilet tutan xalaya çatdı. Qatarla hansısa rayona yola düşəcəkdi. Polis əməkdaşından camaatın hansı səbəbdən içəri buraxılmadığını soruşan qadın, aldığı cavabdan sonra bir qədər səsini yüksəltdi:
    “Ə, çəkilin görün o yana, mənim evim-eşiyim var, tələsirəm, bomba nədir?”…
    Mühafizəçilər qadına çətinliklə də olsa, vəziyyətin ciddiliyini anlada, qatarların hərəkətinin müvəqqəti olaraq dayandırıldığını bildirdilər…
    3 saat davam edən bomba axtarışına insanların reaksiyası təkcə bununla bitmədi. Yazdıqlarım sadəcə, soyuq havada beynimin don vurmamış hissəsinin bir küncünə sıxılıb qalanlardır. Mən ilk dəfə idi ki, şokolad yeyib, bombanın partlamasını gözləyən qadın gördüm. Mən ilk dəfə idi ki, uşağının əlindən tutub, hadisənin gedişatını maraqla gözləyən ata gördüm. Mən ilk dəfə idi ki, bomba həyəcanını yaşayırdım.
    İnşallah, bir də yaşamaram…
     
     
    229

    Sabah Azərbaycanda qar yağacaq

    Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnterAz-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
    Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.
    Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.
    Azərbaycanın rayonlarında dekabrın 21-də bəzi yerlərdə yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
    72

    DİQQƏT: Azərbaycanda hərbi xidmətlə bağlı - VACİB XƏBƏR!

    İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün üzrlü səbəblər olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməməsi inzibati məsuliyyət yaradır və onlara inzibati cərimə tətbiq olunacaq.
    Azərbaycan İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların məsuliyyətini artıracaq. (Publika.az)
    Hərbi jurnalist Ramil Məmmədli Metbuat.az-a açıqlamasında bildirib ki, bu, hərbi xidmətdən yayınmaların qarşısını almaq üçün atılan addımlardan biridir:
    “Əlbəttə, səhhətindən, tutduğu mövqedən asılı olmayaraq, 16 yaşına çatmış şəxslər hərbi mükəlləfiyyətlə bağlı Səfərbərlik Xidmətinin ərazi üzrə şöbələrində qeydiyyatdan keçməlidirlər. Təcrübədə bu kommisiyalardan keçərkən yayınmalar olub (1990-2000-ci illərin əvvəllərində). Yəqin ki, hazırda belə faktlar aşkarlandığından qanunun sərtləşdirilməsinə zərurət olub. Bu, ancaq təqdirolunacaq bir addımdır”.
    Qeyd edək ki, hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycanın kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.
    Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
    - doğum haqqında şəhadətnamənin surəti:
    - ailə tərkibi haqqında arayış;
    - təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);
    - təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;
    - tərcümeyi-hal;
    - 6 ədəd 3x4 sm ölçüdə fotoşəkil
    100

    Bulvarda film kimi hadisə: Üç tələbə ölümdən xilas edildi

    Bakı bulvarında dənizdə batmaq təhlükəsi ilə üzləşmiş üç gənc xilas edilib. 
    Azforum.az Lent.az-a istinadən xəbər verir ki, Dənizkənarı Milli Parkın Qız Qalası ilə üzbəüz hissəsində 1999-cu il təvəllüdlü Ağayeva Şəfiqə Sabir qızı selfi foto çəkdirmək istəyərkən ehtiyatsızlıqdan dənizə yıxılıb. 
    Bu zaman qızın yanında olan tələbə yoldaşları Nadirzadə Tağı Rövşən oğlu və 2000-ci ildə anadan olmuş Rzayev Murad Azər oğlu onu xilas etmək üçün dənizə atılıblar. 
    Suyun soyuq olması və üzə bilməmələri səbəbindən hər üç gənc boğulmaq təhlükəsiz ilə üzləşib. Hadisə yerinə gələn mühafizə əməkdaşlarının köməkliyi ilə gənclər xilas edilib.
    Qeyd edək ki, xilas edilən gənclərin 3-ü də Azərbaycan Maliyyə İqtisad Kollecinin 3-cü kurs tələbələridir.
    79

    Müşfiqin toyundan ilk - FOTOLAR

    Bu gün aktyor Müşfiq Şahverdiyevin toyudur.   AZXEBER.COM xəbər verir ki, şəhər restoranlarının birində baş tutan mərasimdə şou-biznes aləminin çox sayda nümayəndəsi də iştirak edir.   Toydan eksklüziv görüntüləri təqdim edirik.  

    149

    Afaq Gəncəli Röyaya QADAĞA QOYUB? - AÇIQLAMA

    Dünən efirə gedən "ATV maqazin onlarla" verilişində əməkdar artist Röya Ayxan "Hit parad"dan çıxarılıb.
    Prodüser Tarix Əliyevin təyin etdiyi onluqda Röya Ayxanla bağlı söhbətlər getsə də, onun adı çəkilməyib. Sənətçinin "Səndən başqa" mahnısı da verilişin top onluğundan kənarlaşdırılıb.
    Milli.Az publika.az-a istinadla bildirir ki, buna səbəb Röya Ayxan və proqramın aparıcısı Afaq Gəncəli arasında yaşanan gərginlik olub. Belə ki, Röya Ayxan hotellərin birində Afaqa zəng edərək, ifaçı İradə İbrahimovanın verilişdə ona qarşı olan fikirlərinə irad bildirib. O, Afaq və komandasını İradəni onun üstünə qaldırmaqda ittiham edib. Buna görə də, hər iki məşhur arasında gərginlik yaranıb. Afaq Gəncəli isə komandasına bundan sonra Röya barədə heç bir məlumatın verilməyəcəyi barədə təlimat verib.
    Məsələylə bağlı Afaq Gəncəli ilə əlaqə saxladıq. O, saytımıza açıqlama verərək, yayılan məlumatı təkzib etdi: "Bizdə heç kimə qadağa yoxdur. Qapımız hər zaman hamının üzünə açıqdır. Röya isə dostumuzdur, ona heç olmaz".
      A.Gəncəli Röyanın ona zəng edərək irad bildirmə məsələsinə də toxunub: "Röyadan bizə qarşı heç bir irad olmayıb".
    Qeyd edək ki, məşhurlar arasında qalmaqal məhz "Atv maqazin onlarla" proqramında İradə İbrahimovanın çıxışından sonra başlanıb.
    156

    Ukraynalı qadınlar cazibədarlığı ilə heyran etdi – FOTOLAR

    Ukraynalı fotoqraf David Dubnitski “Nyu” janrında fotolar çəkir.
    Yenicag.az xəbər verir ki, o, yeni foto layihə hazırlayıb.
    Bu layihədə Ukrayna qızlarının bir-birindən maraqlı görüntüləri əksini tapıb.
     
    Ətraflı burada 
     
    289
  • Яндекс.Погода
  •  Valyuta məzənnəsi

  • FreeCurrencyRates.com















×