Перейти к содержимому
  • Объявления

  • 7 rayonun qaytarılması RAZILAŞDIRILIB: Prezidentlərin görüşündə... - Bütün DETALLAR ORTAYA ÇIXDI


    Editor

    Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Publika.az-a müsahibəsində Rusiya prezidenti Vladimir Putinin Azərbacana səfəri, Dağlıq Qarabağ münaqişəsi, habelə Düşənbədə İlham Əliyevlə Nikol Paşinyan arasındakı ayaqüstü söhbət və digər məsələlərlə bağlı sualları cavablandırıb.

    - Sentyabrın 27-də Rusiya və Azərbaycan prezidentləri arasında son bir ay ərzində ikinci görüş keçirildi. Bu, iki dövlət arasında münasibətlərin səviyyəsi haqqında hansı fikirləri söyləməyə əsas verir? Ümumilikdə, Rusiya lideri Vladimir Putinin Bakı səfərini necə qiymətləndirirsiniz?

    - Sanksiyalar altında yaşayan Rusiya yaxın qonşuları ilə daha yaxşı və sərfəli münasibətlər qurmağa çalışır, onların hər birinin etibarlılılıq dərəcəsini, iqtisadi və siyasi potensialını, həmçinin digər meyarları nəzərdən keçirərək münasibətlər qurur. Azərbaycanın həm iqtisadi potensialı, həm Rusiya ilə qurulmuş iqtisadi əlaqələr, o cümlədən Azərbaycanın münasibətlərdə ciddi etibarlılıq nümayiş etdirməsi, qarşılıqlı anlaşmanın dərinliyi və bir-birinə etibarlılıq dərəcəsinin yüksək olması belə görüşlərin sıx qrafikdə keçirilməsini zəruri etmişdir. Səfərlər zaman imzalanan sənədlər və aparılan söhbətlər sübut etdi ki, Rusiya-Azərbaycan münasibətləri hazırda postsovet məkanında Rusiya-Qazaxıstan münasibətlərindən sonra ən yaxşı xətt üzrə davam edir.

    - Vladimir Putinin Bakı səfərində Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşü keçirildi. Bu görüşün gündəliyini təxmin etmək olarmı?

    - Prezidentlərin görüşlərində müzakirə olunan iqtisadi xarakterli məsələlər iqtisadi sazişlərdə öz əksini tapdı və sazişlər imzalandı. Amma zənn edirəm ki, belə təkbətək görüşlərdə sırf siyasi xarakterli məsələlər müzakirə edildi. Bu məsələlərin içində Dağlıq Qarabağ problemi önəmli yer tutdu. Hər halda, Azərbaycan Prezidentinin məmnunluğundan belə hiss etmək olardı ki, ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ problemi üzrə Rusiya ilə anlaşma dərəcəsi yüksələn xətt üzrə gedir və tərəflər 100 faiz olmasa da, problemin ən azından 90-95 faiz detallarında ortaq məxrəcə gələ biliblər. Zənnimcə, razılaşdırılmış məsələlərin həyata keçirilməsi bir qədər vaxt alacaq, çünki Rusiya bu gün Ermənistanla soyuq davranır. Və həm də bu soyuqluq Putinin Ermənistana nəzərdə tutulmuş səfərini bu ilin sonuna, növbəti ilin əvvəlinə qədər təxirə salıb. Rusiya bu səfərlə Ermənistana gözdağı vermək istəyir ki, Moskvanın təklif etdiyi nizamlanma prosesindən kənara çıxmasınlar. Rusiyanın təklif etdiyi nizamlanma prosesinin bəzi çalarları bəllidir, bu məsələlər bizi tam qane etməsə də, onların cilalanması prosesi gedə bilər və hesab edirəm ki, İrəvanı da razı salmaq istəyi hiss olunur.

    - Qeyd edirsiniz ki, Dağlıq Qarabağ problemi üzrə Rusiya ilə anlaşma dərəcəsi yüksələn xətt üzrə gedir və tərəflər 100 faiz olmasa da, problemin ən azından 90-95 faiz detallarında ortaq məxrəcə gələ biliblər. Razılaşdırılan detalların nədən ibarət olduğunu söyləmək olar?

    - Bu, Dağlıq Qarabağın hüdudlarından kənardakı yeddi rayonun qaytarılması məsələsində Rusiyanın birmənalı mövqeyinin formalaşmasından ibarətdir. Rusiya beş rayonun sözsüz və qeyd-şərtsiz, yeddi rayonun isə Dağlıq Qarabağın müəyyən statusunun tanınması şərtilə qaytarılması şərtini irəli sürür. Azərbaycan isə Dağlıq Qarabağın statusununun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təmin edilməsini, Dağlıq Qarabağa ən yüksək – muxtar respublika statusunun verilməsini təklif edir. Təklifin mahiyyətini də açıqlayır ki, bu, dünya praktikasında ən yüksək özünüidarə statusu olacaq və ermənilər özlərini idarə etməyə, eyni zamanda zəngin dövlət olan Azərbaycanın büdcəsindən dotasiyalar almaq imkanından yararlana biləcəklər. Bundan başqa, Ermənistanın hay-küy saldığı ermənilərin təhlükəsizliyi məsələsində də birmənalı zəmanət verməyə hazır olduğunu bildirir. Rusiya əlbəttə ki, bu bölgəni öz təsiri altında saxlamaq istəyir və ermənilərə xüsusi rəğbətini də gizlətmir. Eyni zamanda, Azərbaycanın getdikcə artan gücünü, potensialını və beynəlxalq siyasətdə oynadığı rolunu görərək bir sıra məsələlərdə güzəştə getməyə meylli olduğunu büruzə verməyə başlamışdır. Güman edirəm ki, Azərbaycanın yeritdiyi təmkinli siyasət gec-tez bu məsələnin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun şəkildə və ərazi bütövlümüz çərçivəsində həll edilməsinə nail olmaq üçün imkanları artırıb. Əlavə edək ki, Azərbaycan bu məsələdə beynəlxalq dəstəklə artıq təmin olunub.

    qabil-huseynov_1.jpg

    - Sizcə, Azərbaycanın Dağlıq Qarabağ üçün təklif etdiyi status modeli Moskvada necə qarşılanır?

     

    - Dünya praktikasında muxtariyyətin belə formaları var. Məsələn, Aland adaları və Kataloniya formalarını göstərmək olar. Onlar dövlətlərin yuridiksiyasına olsalar da, özünüidarəetmə üzrə yüksək hüquqlara malikdirlər. Biz də dünya praktikasından kənara çıxmaq fikrində deyilik və vətəndaşlarımız olmuş ermənilərə öz vətəndaşlarımız kimi yanaşmağa və onların hüquqlarını tam təmin etməyə zəmanət verməyə hazırıq. Moskvada da müxtəlif dairələrin buna münasibəti müxtəlif ola bilər. Amma Rusiya öz ərazisindəki onlarla xalqa verilən muxtar statusları göz önünə gətirməlidir. Azərbaycan Rusiya ərazisindəki muxtar qurumlar və respublikalara verilən səlahiyyətlər qədər Dağlıq Qarabağa səlahiyyətlər verməyə hazırdır. Rusiya ərazisində ən yüksək səlahiyyətlərə sahib subyekt Tatarıstan Respublikasıdır və Azərbaycan belə statusu Dağlıq Qarabağa verə bilər.

    - Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirildi. ATƏT-in Minsk Qrupunun həmsədrləri görüşə dair bəyanatla çıxış etdilər. Bəyanatda həmsədrlərin görüş zamanı tərəflərdən narahatlıq doğuran bəyanatlar və insidentlərlə bağlı izahat istədikləri bildirilir. Vasitəçilər qeyd ediblər ki, hərtərəfli nizamlanma bütün tərəflərdən güzəştlər tələb edəcək. Belə çıxır ki, nazirlərin görüşü kifayət qədər gərgin atmosferdə keçib...

    - Bunu gözləmək olardı. Danışıqların 3 saata qədər davam etməsi də onun gərgin atmosferdə keçməsinə dəlalət edir. Ermənistan xarici işlər naziri Zoqrab Mnasakanyanın görüşdən əvvəl səsləndirdiyi fikirlər, yəni bir işğalçı dövlətə məxsus şüarlar səsləndirməsi, “Kəlbəcəri ona görə vermirik ki, orada zəngin su ehtiyatları var”, “Ağdamı ona görə verə bilmərik ki, buradan Dağlıq Qarabağı atəş altında saxlamaq imkanları var” və sair bu kimi heç bir məntiqə uyğun olmayan, heç bir hüquqi aktlara söykənməyən, gülüş doğuran fikirləri danışıqlarda da eyni ampulada çıxış edəcəyini göstərirdi. Ermənilər 20 ildən çoxdur davam edən danışıqlar prosesinin üstündən xətt çəkməyə, yeni danışıqlar fəlsəfəsini uydurmağa çalışırlar. Amma bu danışıqlar fəlsəfəsində nə beynəlxalq qanunlar, nə də məntiq elminin diktə etdiyi normala nəzərə alınır. Bir sözlə, qeyri-ardıcıl və sistemsiz baxışlar, ürəkbulandırıcı fikirlərlə müşayiət olunan bəyanatlar göstərir ki, Ermənistanda yeni rejim nə oturuşmuş sistem qura bilib, nə oturuşmuş xarici siyasət xətti formalaşdıra bilib. Özlərinin beynində dumanlı şəkildə mövcud olan fikirləri bəyan etməklə qarşı tərəfi bir az da əsəbiləşdirmək və gərginləşdirmək xətti götürüblər. Azərbaycanı belə şeylərlə kompromislərə vadar etmək mümkün deyil. Kompromislərə gəlincə, Dağlıq Qarabağ məsələsində Azərbaycanın ciddi güzəştlərə getməsini nəzərdə tuturlar. Amma Azərbaycan öz kompromislərini vaxtında edib, yeni kompromislər isə Dağlıq Qarabağa veriləcək yüksək statusla bağlıdır. Azərbaycanın bundan artığını etməyə imkanı yoxdur və kompromis limitini yüksək status təklifi ilə bitmiş hesab etmək olar.

    - Putinin Azərbaycana səfər etdiyi gün Müdafiə Nazirliyi Belarusdan “Polonez” əməliyyat-taktiki raket komplekslərinin növbəti partiyasının ölkəmizə gətirildiyini açıqladı. İki hadisənin eyni gündə baş verməsi təsadüf idimi?

    - Azərbaycan çox ciddi dövlətçilik ənənələrinə malikdir. Özünün daxili və xarici siyasətini milli maraqlarına uyğun olaraq qurub. Bu milli maraqların tələb etdiyi məsələləri də hansı vaxta düşməsindən asılı olmayaraq, reallaşdırır. Putinin Bakıya gəlişi ərəfəsində “Polonez”lərin Azərbaycana daxil olması vaxtilə razılaşdırılmış qrafiklə müəyyənləşdirilib. Burada nə əzələ nümayişi var idi, nə Putinə hansısa psixoloji təsir göstərmək arzusu. Sadəcə olaraq, xaricdən silah alınması hadisəsi Putinin səfəri ilə eyni günə düşdü. Zənnimcə, bu məsələyə müəyyən qiymət verə bilər ki, Azərbaycanı ərazi bütövlüyünü təmin etmək xəttindən döndərmək mümkünsüz olacaq. Yəni, “Polonez”lər bu düşüncə üçün bir qida rolunu oynaya bilər. Eyni zamanda, Azərbaycanın hərbi potensialının gücləndirilməsinə yönəlmiş ardıcıl addımlardan biri kimi başa düşülə bilər.

    - Əvvəllər Paşinyan iddia edirdi ki, danışıqlar Azərbaycan və qondarma "DQR" aradında aparılmalıdır. Dünən isə Düşənbədə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında ayaqüstü görüşlə Ermənistan tərəfindən əvvəlki danışıqlar prosesinin formatının dəyişdirilməsi cəhdlərinə son qoyuldu. Görüşlə bağlı yayılan məlumat göstərdi ki, danışıqlar Azərbaycanla Ermənistan aradında aparılır və tərəflər danışıqlar prosesinin davam etdirilməsinə sadiqlik nümayiş etdiriblər…

    - Ermənistanın baş nazirinin bəyanatlarında indiyə kimi psixoloji təzyiq və davakar ritorika üstünlük təşkil edirdi. Amma hər halda gerçəklik başqadır. Beynəlxalq təşkilatlarda iştirak faktoru var, bundan başqa ətrafında olan insanlar onu başa saldı ki, bu cür siyasət heç bir nəticə verməyəcək. Paşinyan indi müəyyən problemləri başa düşübmüş kimi, indiyə kimi mövcud olan praktikaya qayıtmağa üstünlük verdiyini nümayiş etdirib. Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın Nyu-Yorkda Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycanın xarici işlər nazirliyi ilə keçirilmiş görüşü də göstərir ki, indiyə kimi səsləndirilmiş bəyanatların hamısı blef xarakteri daşıyırmış. İrəvandan səsləndirilən bəyanatlar reallıqdan tamamilə uzaq idi. Belə çıxır ki, Ermənistanda öz istəklərinin həyata keçirilməsinin mümkünsüzlüyünü başa düşüblər və indiyə kimi formalaşmış danışıqlar formatını məqbul hesab ediblər.



      Жалоба


    Отзывы пользователей


    Нет комментариев для отображения



    Создайте аккаунт или войдите для комментирования

    Вы должны быть пользователем, чтобы оставить комментарий

    Создать аккаунт

    Зарегистрируйтесь для получения аккаунта. Это просто!

    Зарегистрировать аккаунт

    Войти

    Уже зарегистрированы? Войдите здесь.

    Войти сейчас


  • Яндекс.Погода
  •  Valyuta məzənnəsi

  • FreeCurrencyRates.com



















×