Перейти к содержимому
  • Объявления

  • Azərbaycanın “tanımadığımız” tanınmış modelləri - FOTO/VİDEO


    Admin

    Fyodor Dostoyevski deyirdi ki, dünyanı gözəllik xilas edəcək. Baxmayaraq ki, yazıçı təkcə sözün müstəqim mənasını nəzərdə tutmamışdı, bu gün onun deyimi insanın gözü qarşısında füsunkar qadın silueti canlandırır.

    Ölkəmizdə xanımlar arasında tez-tez müxtəlif gözəllik və model yarışmaları keçirilir.

    Kimi bu müsabiqələrdə böyüyüb, uğur qazanaraq, ölkəmizi xaricdə təmsil edir, kimi isə uğursuzluğa düçar olub, modellik biznesi ilə həmişəlik vidalaşır.

     

    Azərbaycanı müxtəlif beynəlxalq gözəllik müsabiqələrində uğurla təmsil edən 47 yaşlı “Miss Milenium”, “The image of GLOBE Award” və “Miss Press” titullarına sahib olan Valida Abbasova uzun müddətdir ki, Azərbaycanda yaşamır. O, qızı Kamilla Məmmədzadə ilə birlikdə İsveçrəyə köçüb. Səbəb isə qızının orada təhsil almasıdır.

    W1siZiIsIjIwMTkvMDIvMDUvMTQvNTUvMTUvMTg3

    W1siZiIsIjIwMTkvMDIvMDUvMTQvNTUvMTgvM2Jh

    Vаlidə Abbasova “Instagram hesabında aktivlik nümayiş etdirərək, izləyicilərini paylaşımları ilə təəcübləndirir.

    W1siZiIsIjIwMTkvMDIvMDUvMTQvNTUvMTQvODIwW1siZiIsIjIwMTkvMDIvMDUvMTQvNTQvMzcvNGYy

    Bir neçə gün əvvəl Validə sosial mediada Bakıya gəlməsi ilə bağlı paylaşımla gündəm yaradıb. O, atası və qızı Kamilla ilə bir araya gələrək həmin anları sosial şəbəkələrdə paylaşıb.

    W1siZiIsIjIwMTkvMDIvMDUvMTQvNTUvMjAvMjdl

    Model olmaq üçün təkcə gözəllik yetərli deyil. Bunun üçün həm də bədən ölçüləri dünya modellik standartlarına uyğun olmalıdır. Model Nurida Əliyevanı görənlərin, bəlkə də, ağlına belə gəlməz ki, o, uzun illər artıq çəkidən əziyyət çəkib.

    W1siZiIsIjIwMTkvMDIvMDUvMTQvNTUvMjcvYjQ4

    Ciddi pəhrizlər və idman zalında mütəmadi məşqlər sayəsində Nurida arıqlayaraq ideal çəkiyə və bədənə sahib olub.

    “Mənə saat 18:00-dan sonra milyard da versələr, yemək yemirəm”, - deyə Oxu.Az-a açıqlamasında deyib.

    W1siZiIsIjIwMTkvMDIvMDUvMTQvNTQvMjAvOTM2

    Seksual bədən quruluşunu nümayış etdirən Nurida izləyicilərini ehtiraslı fotosessiyaları ilə mat qoyur.

    Hazırda o, modellik karyerası ilə yanaşı, psixologiya elmi ilə məşğul olur. Vaxtının çoxunu isə mütaliə və yoqa ilə keçirir.

    W1siZiIsIjIwMTkvMDIvMDUvMTQvNTQvMjYvYzNk

    Sosial mediada qalmaqallı fotoları ilə gündəmin altını üstünə çevirən digər tanınmış model isə Səmra Hüseynovadır.

    W1siZiIsIjIwMTkvMDIvMDUvMTQvNTQvMzgvMTAz

    W1siZiIsIjIwMTkvMDIvMDUvMTQvNTQvNDAvY2U0

     

    Səmra “Miss Azerbaijan” və “Miss Eurovision” yarışmalarının qalibi olub. O, Bakı ilə İstanbulu su yoluna çevirərək, həm ölkəmizdə, həm də Türkiyənin döyünən ürəyi İstanbulda modellik fəaliyyəti ilə məşğul olur.

    W1siZiIsIjIwMTkvMDIvMDUvMTQvNTQvMzkvNWY2

    Səmra “Instagram” səhifəsində bütün çərçivələri sındıraraq, hətta alt paltarsız fotolar çəkdirir. Model onu qınayanlara heç bir reaksiya vermir.

    W1siZiIsIjIwMTkvMDIvMDUvMTQvNTUvMTUvZTdh

    Artıq uzun müddətdir Türkiyəyə köçüb orada fəaliyyət göstərən 33 yaşlı Günay Musayeva hazırda ən yüksək qonorar alan azərbaycanlı modellər sırasındadır. 

    W1siZiIsIjIwMTkvMDIvMDUvMTQvNTUvMTYvMTBi

    Musayeva Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirsə də, yollar onu modelliyə aparır və bu istiqamətdə böyük nailiyyətlər əldə edir.

    W1siZiIsIjIwMTkvMDIvMDUvMTQvNTUvMTcvNmFm

    2011-ci ilin avqust ayının sonlarında Türkiyənin məşhur aktyorlarından olan Tolqa Karel ilə ailə qurub. 2015-ci ilin avqust ayında isə onlar qalmaqallı şəkildə boşanıb. Cütlüyün bu evlilikdən Cahangir adlı övladı var.

    W1siZiIsIjIwMTkvMDIvMDUvMTQvNTQvMjYvZjIy

    Son günlər Günayın dünya şöhrətli azərbaycanlı dizayner Rüfət İsmayılla həm işləməsi, həm də vaxt keçirməsi şayiələrə yol açıb. Deyilənə görə, iki məşhur eşq yaşayır.

    W1siZiIsIjIwMTkvMDIvMDUvMTQvNTQvMzUvODlk

    W1siZiIsIjIwMTkvMDIvMDUvMTQvNTQvMzMvYTVh

    W1siZiIsIjIwMTkvMDIvMDUvMTQvNTQvMzYvNDc4

    Musayeva iştirak etdiyi dəb gecələrində geyindiyi açıq-saçıq libasları ilə gündəm yaratmağı bacarır.

    W1siZiIsIjIwMTkvMDIvMDUvMTQvNTUvMjMvMzZj

     

    Elə bir model də var ki, o, həmkarlarından çəkisinə və vücuduna görə çox fərqlənir. Onu görənlər isə heyrətini gizlədə bilmirlər. Söhbət Rusiyada dünyaya göz açan azərbaycanlı fitnes-model Bahar Nəbiyevadan gedir
    W1siZiIsIjIwMTkvMDIvMDUvMTQvNTQvMjgvMDBjFitnes-model məşhurluğu əzələləri sayəsində qazanıb. B.Nəbiyeva sosial şəbəkələrdə Azərbaycan və Ukrayna əsilli olduğunu vurğulayır. Baharın “Instagram” hesabının 2,3 milyon izləyicisi var.

     

    W1siZiIsIjIwMTkvMDIvMDUvMTQvNTQvMzAvZGEzW1siZiIsIjIwMTkvMDIvMDUvMTQvNTUvMjAvNWMzW1siZiIsIjIwMTkvMDIvMDUvMTQvNTUvMjEvZjBl

    Nəbiyeva sosial şəbəkədə videolarını paylaşmaqla rekord sayda izləyici qazanıb, bunun nəticəsində isə onun adı və şəkilləri yerli KİV-də peyda olub. 



      Жалоба


    Отзывы пользователей


    Нет комментариев для отображения



    Создайте аккаунт или войдите для комментирования

    Вы должны быть пользователем, чтобы оставить комментарий

    Создать аккаунт

    Зарегистрируйтесь для получения аккаунта. Это просто!

    Зарегистрировать аккаунт

    Войти

    Уже зарегистрированы? Войдите здесь.

    Войти сейчас


  • Яндекс.Погода
  •  Valyuta məzənnəsi

  • FreeCurrencyRates.com



















×