Перейти к содержимому
  • Объявления

  • Bakıda yük maşını polis avtomobilinə çırpıldı – “Yol Xətt” işçisi öldü – Foto


    Admin

    Bakı Dairəvi-1 avtomobil yolunda saat 13 radələrində ölümlə nəticələnən qəza baş verib. Qəza nəticəsində Yol Xətt MMC-nin işçisi dünyasını dəyişib.

    Yenicag.az bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə istinadən xəbər verir.

    Hadisə avtomobil yolunun “Meyvəli” bazarı istiqamətinə düşən hissəsində baş verib. Belə ki, ərazidə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılarkən 90 FS 151 dövlət nömrə nişanlı yük maşınının sürücüsü idarəetməni itirərək maşını öncə yolda hərəkətdə olan Pajero markalı avtomobilə, daha sonra ərazidə xidmət aparan və həmin hissədə işlərin aparıldığı üçün yolun bağlı olduğunu sürücülərə işarələyən BDYPİ-nin Yol Patrul Xidməti avtomobilinə və Yol Xətt MMC-yə məxsus minik maşınına çırparaq, MMC-nin işçisi olan 1972-ci il təvəllüdlü İlqar Əmirovu vurub. Daha sonra yük maşını yol kənarında quraşdırılmış əyri-xətli dəmir tirlərə dəyərək dayanıb. İlqar Əmirov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

    İlkin versiyaya əsasən, hadisə yük maşının əyləc sistemində yaranmış nasazlıq ucbatından baş verib.

    Faktla bağlı araşdırma aparılır.

    31648-1526119304.jpg

    32257-1526119038.jpg

    32366-1526119266.jpg

     

    Изменено пользователем Admin



      Жалоба


    Отзывы пользователей


    Нет комментариев для отображения



    Создайте аккаунт или войдите для комментирования

    Вы должны быть пользователем, чтобы оставить комментарий

    Создать аккаунт

    Зарегистрируйтесь для получения аккаунта. Это просто!

    Зарегистрировать аккаунт

    Войти

    Уже зарегистрированы? Войдите здесь.

    Войти сейчас


  • Яндекс.Погода
  •  Valyuta məzənnəsi

  • FreeCurrencyRates.com



















×