Перейти к содержимому
  • Объявления

  • Boyu 180 sm-dən yuxarı olan gənclərin – NƏZƏRİNƏ


    Admin

    Daxili İşlər Nazirliyi (DİN) polis orqanlarında vakant yol-patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

    DİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, həmin vakant yerlər Baş Dövlət Yol Polisi İdarəsində (1 vəzifə), Bakı şəhəri Dövlət Yol Polisi İdarəsində (27) və Nərimanov (1) rayon polis idarələrində, Hacıqabul (1), Kürdəmir (1), Samux (1), Yevlax (1), Cəlilabad (1), Laçın (1), Xızı (1), Şəki (1) şəhər, rayon polis şöbələrindədir. 

    37 vakant vəzifənin komplektləşdirilməsi məqsədilə keçiriləcək müsabiqədə avtomobil nəqliyyatına aid orta-ixtisas və ya ali təhsilli, habelə tam orta təhsilli, kompüterlə işləmək bacarığı, sürücülük vəsiqəsi olan, 3 il sürücülük təcrübəsinə malik, yaşı 21-dən aşağı, 26-dan yuxarı olmayan, boyu 180 santimetr və daha yüksək, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, özü və yaxın qohumları məhkum olunmamış, Bakı şəhəri və yuxarıda göstərilən rayonlarda qeydiyyatda olan və “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi vətəndaşları iştirak edə bilərlər.

    Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi, yol hərəkəti qaydaları üzrə nəzəri bilikləri və sürücülük vərdişləri müəyyən olunmuş qaydada yoxlanılacaq, xarici dillərdən birini sərbəst bilən və dövlət ali təhsil müəssisələrini bitirmiş namizədlərə üstünlük veriləcək.

    Müsabiqədə iştirak etmək istəyən şəxslər 2018-ci ilin yanvar ayının 08-dən fevral ayının 05-dək hər gün (istirahət günləri istisna olmaqla), saat 10:00-dan 17:00-dək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə (Bakı şəhəri, Xırdalan-Binəqədi şosesi 4) müraciət edərək şəxsiyyət vəsiqəsini, təhsil haqqında sənədin əsli, hərbi bileti, əmək kitabçası (olanlar üçün), sürücülük vəsiqəsi, kompüterlə işləmək bacarığını təsdiq edən müvafiq sənədi şəxsən təqdim etməlidirlər.



      Жалоба


    Отзывы пользователей


    Нет комментариев для отображения



    Создайте аккаунт или войдите для комментирования

    Вы должны быть пользователем, чтобы оставить комментарий

    Создать аккаунт

    Зарегистрируйтесь для получения аккаунта. Это просто!

    Зарегистрировать аккаунт

    Войти

    Уже зарегистрированы? Войдите здесь.

    Войти сейчас


  • Яндекс.Погода
  •  Valyuta məzənnəsi

  • FreeCurrencyRates.com

















×