Перейти к содержимому
  • Объявления

  • Fuad Paşayev ABŞ-da həyat yoldaşını qətlə yetirdi


    Admin
    ABŞ-ın Viskonsin ştatında 23 yaşlı ukraynalı Tatyana Qujva qəddarlıqla qətlə yetirilib. Hüquq-mühafizə orqanları qətlin törədilməsində onun həyat yoldaşı Fuad Paşayevi şübhəli bilirlər.
     
    Virtualaz.org "uapost.us” portalına istinadən xəbər verir ki, Viskonsin-Dels şəhərinin polis departamentinin xəbərinə görə, Tatyana Qujva ötən cümə axşamı, aprelin 4-də axşam Vaşinqton bulvarında yerləşən evdə ölü tapılıb.
     
    Polis onun ərini, 31 yaşlı Fuad Paşayevi şübhəli qismində saxlayıb. İlkin məlumata əsasən, Paşayevə qarşı hələ yanvar ayında məişət zorakılığına görə 11 bənd üzrə ittiham irəli sürülüb. O zaman da zərərçəkmiş Tatyana olub.
     
    Hazırda iş Kolumbiya dairə məhkəməsinin sərəncamındadır. Paşayevə qarşı aşağıdakı ittihamlar irəli sürülüb – boğma, azadlıqdan qanunsuz məhrumetmə, əmlakın məhv edilməsi, hücum və daha beş qanundan kənar davranış tərzi.
     
    Tatyana Qujva yanvarın 3-də polisə müraciət edib və bildirib ki, Paşayevin onu öldürəcəyindən qorxur. O deyib ki, üç il birlikdə yaşayıblar və bütün bu müddət ərzində Paşayev alkoqollu içkilər qəbul edərək, həyat yoldaşını döyüb.
     
    1554702820_1554702448_279497_src.jpg


      Жалоба


    Отзывы пользователей


    Нет комментариев для отображения



    Создайте аккаунт или войдите для комментирования

    Вы должны быть пользователем, чтобы оставить комментарий

    Создать аккаунт

    Зарегистрируйтесь для получения аккаунта. Это просто!

    Зарегистрировать аккаунт

    Войти

    Уже зарегистрированы? Войдите здесь.

    Войти сейчас


  • Яндекс.Погода
  •  Valyuta məzənnəsi

  • FreeCurrencyRates.com



















×