Перейти к содержимому
  • Объявления

  • SON DƏQİQƏ: Pakistan hücuma cavab verdi, Hindistan qırıcıları məhv edildi və... - Dəhşətli MÜHARİBƏ


    Admin

    Nüvə silahına malik iki ölkə - Pakistan və Hindistan arasındakı gərginlik hər keçən gün artmaqdadır.

    Publika.az xarici mediaya istinadən xəbər verir ki, Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin iki təyyarəsinin məhv edildiyini açıqlayıb.

    Pakistan Silahlı Qüvvələrinin sözçüsü, general Asif Gafurun tvitter səhifəsində yazdığına görə, təyyarələr çərşənbə günü Pakistanın hava məkanında ölkələr arasında nəzarət xəttinin üzərində vurulub.

    Onun sözlərinə görə, Pakistan hərbçiləri pilotlardan birini tutublar.

    "The Times of India" nəşri isə Hindistan ordusunun ölkənin hava məkanını pozan "F-16" Pakistan hərbi təyyarəsini vurduğunu açıqlayıb. Qeyd edilir ki, pilot tullanmağa və paraşütü açmağa vaxt tapıb, ancaq onun vəziyyəti və olduğu yer haqqında məlumat yoxdur.

    Hindistan və Pakistan arasında gərginlik yenidən artıb.

    Xatırladaq ki, Asif Gafur ötən gün verdiyi açıqlamasında da Hindistanın döyüş təyyarələri Kəşmirdəki nəzarət xəttində yerləşən Muzafferabad bölgəsindən Pakistan hava məkanını pozduğunu bildirmişdi.

    Onun sözlərinə görə, sərhəddən 5-6 kilometr Pakistanın hava məkanına daxil olan təyyarələr bu ölkənin qırıcılarının müdaxiləsindən sonra geri çəkiliblər. Hava məkanının pozuntusunda ümumilikdə 12 ədəd “Miraj 2000” qırıcısı iştirak edib.

    Onlardan birinin tələsik şəkildə Pakistan tərəfinə bomba atdığı bildirilir.

    Hindistan qırıcıları Pakistanı BOMBARDMAN ETDİ - Dünya dəhşətli nüvə müharibəsinə doğru

    Qeyd edək ki, hər iki dövlət nüvə silahına malikdir. Analitiklər hesab edir ki, ölkələr arasında genişmiqyaslı hərbi qarşıdurma faciəli nəticələr doğura bilər.

    Cammu və Kəşmirin ştatlarında müstəqillik və ya Pakistana birləşməni dəstəkləyən separatçılar aktiv fəaliyyət göstərirlər. Nyu-Dehli İslamabadı silahlı separatçılara dəstək verməkdə ittiham edir. İslamabad isə bu ittihamları rədd edir və bildirir ki, Kəşmir sakinləri öz hüquqları uğrunda müstəqil mübarizə aparırlar.

    Hindistan və Pakistan arasında müsəlman əhalinin üstünlük təşkil etdiyi Kəşmir üzərində aparılan mübarizədə bu günə qədər 70 min insan həlak olub.

    RRR.jpg

    RRRRRR.jpg



      Жалоба


    Отзывы пользователей


    Нет комментариев для отображения



    Создайте аккаунт или войдите для комментирования

    Вы должны быть пользователем, чтобы оставить комментарий

    Создать аккаунт

    Зарегистрируйтесь для получения аккаунта. Это просто!

    Зарегистрировать аккаунт

    Войти

    Уже зарегистрированы? Войдите здесь.

    Войти сейчас


  • Яндекс.Погода
  •  Valyuta məzənnəsi

  • FreeCurrencyRates.com



















×