Перейти к содержимому

Sumqayıt Texnologiyalar

Members
  • Публикации

    4 346
  • Зарегистрирован

  • Посещение

Репутация

0 Neutral

О Sumqayıt Texnologiyalar

  • Звание
    Супер пользователь
  1. Qeydiyyatçı (Receptionist) tələb olunur

    Əlavə məlumatlar: • Maaş: Razılaşma əsasında; • Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə; • İş qrafiki: 5 gün, 09:00 – 18:00 • E-mail: cv@stp.az
  2. Vəzifənin adı Qeydiyyatçı (Receptionist) Vəzifə öhdəlikləri: • Qonaqları, şəxsən və ya telefonla salamlayaraq sorğuları cavablandırır və ya istinad edir; • Ziyarətciləri müvafiq şöbə və ya department üzrə istiqamətləndirir və təlimat verir; • Prosedurları əməl edərək təhlükəsizlik, nəzarət qeydiyyat kitabı, ziyarətçi nişanlarının verilməsini təmin edir; • Prosedur qaydalara uyğun olaraq iş sahəsini təhlükəsiz və təmiz saxlayır; • Təhlükəsilik prosedur qayda pozuntuları aşkarlandığı zaman TŞ-nin müdirinə məruzə olunması; • TŞ-nin müdiriyyətin tapşırıqlarına vaxtında və dəqiq əməl etmək; • Gündəlik poçt göndərişlərini qəbul etmək, çeşidləmək və cavablandırmaq; • Zəruri məlumatları telefon vasitəsilə, növbə sonunda qündəlik hesabatı TŞ-nin müdirinə elektron poçt vasitəsi ilə məruzə etmək; • Sənədlərin və gələn qonaqların qeydiyyatını apamaq; • Daxil olan və göndərilən sənədlərin qeydiyyatını aparmaq və istiqamət üzrə ünvanlandırmaq; • Gələn müştərilərə müəssisə haqqında məlumat vermək və qeydiyyata almaq; • İclasların təyin edilməsi və aidiyyatı olan işçilərin məlumatlandırılmaq; • Gündəlik hesabatların hazırlanmaq. Təhsil/Təcrübə: • Analoji sahədə ən azı 1 il iş təcrübəsi; • Azərbaycan, rus və ingilis dillərində sərbəst və səlist danışmaq; • Təşkilatçılıq, problemləri həll etmə, işgüzar ünsiyyət və təhlil etmə bacarığı olmalı • İnsanlarla ünsiyyət qura bilmək bacarığı; • İşində dürüst, məsuliyyətli və səliqəli olmalı; • Kompyuter bilikləri : Ofis proqramları: Word, Excel, Internet.
  3. Tornaçı tələb olunur

    Əlavə məlumatlar: • Maaş: Razılaşma əsasında • Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə • E-mail: cv@stp.az
  4. Tornaçı tələb olunur

    Vəzifənin adı: Tornaçı Vəzifə öhdəlikləri: • İstifadəsinə təyin olunmuş Avadanlığın iş prinsipini və Avadanlığın istifadə qaydalarını bilməli; • İstifadə etdiyi torna alətlərinin növünü və təyin olunmasını bilməli; • Torna dəzgahlarına istifadə edəcəyi torna alətlərinin yerləşməsini və ondan düzgün istifadə qaydalarını bilməli; • Daxili nizam-intizam qaydalarının tələbini, əmək mühafizəsi qaydalarını, yanğın təhlükəsizliyini, texniki təhlükəsizlik qaydalarını, istehsalat mədəniyyətinə riayət etməli; • Avadanlığı işə salmazdan əvvəl avadanlığın ətrafına nəzarət etməli; • Avadanlığın istifadəsində bütün texniki göstəricilərinə riayət etməli; • İş zamani texniki təhlükəsizlik qaydalarına riayət etməli; • Verilmiş tapşırıqların texnologiyaya uygun aparılıb- aparılmamasına nəzarət etməli,bu barədə ustaya məlumat verməli və səbəbini araşdırmalı; • Əgər iş ərzində hər hansı bir texniki nasazlıq baş versə bu barədə elektrik və çilngərlərə aidiyyatı üzrə müraciət etməlidir.Və nasazlıq aradan qaldırılana qədər onların işinə nəzarət etməlidir; • İş yerini təmiz saxlamalı; • Işləyərkən əmək təhlükəsizlyi qaydalarına əməl etməli; • Ətraf mühitinin qorunması üzrə qanunvericiliyini və əmək fəaliyyətinə aid edilən əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə əmək qanunvericiliyini və normativ tələblərini bilməli; • Öz fəaliyyətinin ekoloji aspektlərini və onların ətraf mühitə təsirinin dərəcəsini bilməli; • Öz fəaliyyətlə bağlı risklərini və onların idarə edilməsi üzrə tədbirlərini bilməli. Təhsil/Təcrübə: • Orta texniki təhsil (Ali texniki təhsil arzuolunandır); • Analoji sahədə ən azı 3 il iş təcrübəsi; • Azərbaycan dilini sərbəst bilməli, İngilis və Rus dillərini sənədləşmə səviyyəsində bilməsi arzuolunandır; • Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır.
  5. Əlavə məlumatlar: • Maaş: Razılaşma əsasında; • Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə; • E-mail: recruitment@stp.az və ya cv@stp.az
  6. Vəzifənin adı: İnformasiya Texnologiyaları departamenti, Texniki dəstək şöbəsi, baş mütəxəssis Tələblər: • İT sahəsində ali təhsil; • Azərbaycan dilini sərbəst bilməli, İngilis və Rus dillərini sənədləşmə səviyyəsində bilməsi arzuolunandır; • Sahə üzrə azı 3 il təcrübə; • Şirkət Kompüterlərinə Hardware və software səviyyəsində texniki dəstəy vermək, • Əməliyyat sistemlərinin(Windows XP, 7, 8, 8.1, 10, Windows server bütün versiyalar) və program təminatlarının yazılması, konfiqurasiya edilməsi və idarə olunmasını bilmək, • ƏS(Bütün versiyalar) və proqram təinatlarının optimallaşdırılması, monitorinqi və problemlərin tapılıb aradan qaldırılması, • Ofis avadanlıqlarının( Printer, Scaner, Fax, Proektor və digər) qurulması, sazlanması və baş verə biləcək problemlərin tapılıb aradan qaldırılması, • Microsoft Office(bütün versiyalar) üzrə yüksək bilik və bacarıqları, • MS Outlook, Word, Excel, Visio, Power Point işləmək, onları qurmaq və baş verən problemləri aradan qaldırmaq bacarığı, • Kompüterlərin sökülüb yığılması, onun hissələri(RAM, CPU, Video Adapter, Network Adapter, HDD və digər qurğular) ilə işləmək və hardware səviyyəsində baş verəcək problemlərin aşkarlanıb, aradan qaldırılması, • Multimetr, Lan Tester ve digər mühəndis qurğuları ilə işləmək bacarığı, • Şəbəkə kabellərinin standarta uyğun sonlandırmaq(A&B cat) bacarığı, • Şəbəkəyə aid yetərincə biliklərin olması, (İCND1 səviyyəsi, CCNA arzu olunandır) • Yeni texnologialardan xəbərdar olması, • DNS, AD, DHCP, Terminal Server, Lync/SFB, Exchane və digər servislərlə bağlı texniki və ümumi biliklərin və tanışlığın olması, • Baş verə biləcək insidentlərin analizi və aradan qaldırılmasını yaxşı bacarmaq, • Dokumentləşməni bilmək, texniki dokumentləşməni bacarmaq və diaqramlaşdırmanı edə bilmək, rəsmi yazışmaları düzgün aparmaq bacarığı, Vəzifə öhdəlikləri: • Bütün verisa Windows ƏS qurulması, konfiqurasiyası və idarə olunması; • Sistemlərin yüklənməsinin effektivliyinin analizi və monitorinqini etmək; • Profilaktik tədbirlərin görülməsi və planlaşdırılması; • Hardware və proqram təminatı problemləri daxil olmaqla sistem səviyyələrində problemlərin aradan qaldırılması; • İnformasiya sızmalarının qarşısını almaq; • Sistem və konfiqurasiya fayllarının müntəzəm surətlərini yerinə yetirmək; • İT İnkişaf hədəfləri/planlarına əsasən yeni İT infrastruktur sistemlərinin, alətlərinin və texnologiyalarının inkişafında və dəstəklənməsində iştirak etmək; • Hardware və proqram təminatı sistemləri daxil olmaqla infrastruktur sistemlərinin sənədləşdirilməsini etmək; • İT sisteminin elementləri ilə əlaqədar işlə bağlı problemlər haqqında vaxtında bildiriş aparmaq; • sistemin statusu, uğursuzluqları, pozuntuları, aparılan profilaktik işlər və tədbirlər barədə hesabat vermək; • İT siyasəti və prosedurlarına uyğun olaraq vəzifələri yerinə yetirmək; • İT əməliyyatlarında və İT avadanlıqları üçün maddi məsuliyyət daşımaq; • Şöbə müdürünün yaxud menecerinin şifahi və yazılı göstərişlərini yerinə yetirmək; • Prosedurlar və təlimatlara uyğun olaraq vəzifələrin icrası; • Şirkət məlumatlarının məxfiliyini təmin etmək; • Parolun məxfiliyini təmin etmək; • Məsuliyyət sahələri üzrə hesabatların hazırlamaq; • Mövcud sistemlərin təkmilləşdirmək; • Şirkət Kompüterlərinə Hardware və software səviyyəsində texniki dəstəy vermək; • İT siyasət / prosedur qaydalarının pozulmasına reaksiya vermək; • Hardware və proqram təminatının təkmilləşdirilməsi / yeniləmə və dəyişdirilməsini bilmək; • ƏS(bütün versiayaları) və proqram təinatlarının optimallaşdırılması, monitorinqi və problemlərin tapılıb aradan qaldırılması; • Ofis avadanlıqlarının( Printer, Scaner, Fax, Proektor və digər) qurulması, sazlanması və baş verə biləcək problemlərin tapılıb aradan qaldırılması; • Konfiqurasiya dəyişikliyini bilmək; • Kritik problemlər üçün vaxtında reaksiya vermək; • Yeni texnologiyaları tətbiq etmək.
  7. Baş mühasibin müavini tələb olunur

    Əlavə məlumatlar: • Maaş: Razılaşma əsasında; • Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə; • İş qrafiki: 5 gün, 09:00 – 18:00 • E-mail: cv@stp.az
  8. Vəzifənin adı: Baş mühasibin müavini Vəzifə öhdəlikləri: • Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil edir; • Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaların hesablanmasını təmin edir; • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil edir; • Hesabat-uçot işlərinin müasir avtomatlaşdırılma vasitələrindən istifadə edərək qurulmasında iştirak edir; • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin edir; • Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır; • Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil edir; • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirir; • Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət edir; • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak edir. Təhsil/Təcrübə: • Ali iqtisadi təhsil (Mühasibatlıq sahəsində təhsil arzuolunandır); • Analoji sahədə ən azı 5 il iş təcrübəsi (İstehsalat təcrübəsi arzuolunandır); • Mühasibatlıqla bağlı mükəmməl qanunvericilik bilikləri; • Azərbaycan dili sərbəst, Rus və İngilis dilində yaxşı səviyyədə danışmaq; • Microsoft Office və 1C proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək; • Beynəlxalq sertifikasiya arzuolunandır; • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq; • Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.
  9. Vəzifənin adı: Azot, oksigen və arqon istehsalı sahəsinə Operator Vəzifə öhdəlikləri: • Sexdəki texnoloji və texniki proseslərin mahiyyətini, yerinə yetirilmə ardıcıllığını texnoloji rejim və analitik nəzarət normalarına riayət etməklə qurğu üçün müəyyənləşdirilmiş istehsal tapşırığının yerinə yetirilməsini təmin etmək; • Zavodun texnoloji sxemini,texnoloji rejim normalarını, avadanlıqların, maşın və mexanizmlərin quruluşunu,işləmə prinsipini,təhlükəsiz işə buraxılma,saxlama və istismar qaydalarını bilməlidir; • Operator öz işində texnoloji reqlamenti, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə normativləri, sənaye sanitariya və gigiyena normalarını, yanğından mühafizə qaydalarını, ilk tibbi yaqrım göstərməyi, təzyiq altında işləyən qurguların istismar qaydalarını, tabeçiliyində olduğu müdiriyyətin yazılı və şifahi göstərişlərini öz işində rəhbər tutmalıdır. • Texnoloji rejim normalarına,texnoloji reqlament və istehsalat təlimatlarına ciddi riayət etməli.Texnoloji prosesi iş yerinin təlimatlarına uyğun olaraq idarə etməli; • Zavodun rəhbərliyinin operativ göstərişlərini yerinə yetirməli; • Xammal,köməkçi materiallar və məhsulların keyfiyyətinə nəzarət etməli; • Tabeçiliyində olan növbə heyətinin fəaliyyətinə nəzarət etməli; • Bütün avadanlığın,NÖC və A elektrik cihazların düzgün və təhlükəsiz istismarına daim nəzarət etməli; • Avadanlıqların işində qüsur olduqda, texnoloji rejim pozulduqda, iş yerində bədbəxt hadisə baş verdikdə raport jurnalında ətraflı qeyd etməklə ,vaxtında növbə rəisinə, sex rəisinə, onlar olmadıqda isə zavod rəhbərliyinə məlumat verməli və tədbir görməli; • Sahədə kənar şəxslərin olmasına yol verməməli; • Özünün tabeliyində olan işçilərin bilik və bacarığının artırılması ilə məşğul olmalı; • Qurğu təmirə dayandıqda qurğunu təmirə hazırlamalı və təmir işləri ilə məşğul olmalı; • İş yerini və qurğunu daim təmiz saxlamalı; • Hazır məhsullardan vaxtında sınaq ölçülərini götürməli və laboratoriya ilə əlaqə saxlamalı; • Çilingər işini bilməli, lazım gəldikdə yerinə yetirməli; • İşə başlamazdan əvvəl şəxsən iş yerinin vəziyyətini yoxlamalı; • Avadanlığın sazlığı haqqında növbə rəisinə məlumat verməli; • Texnoloji prosesin müəyyən edilmiş normalardan kənara çıxma hallarına nəzarət etməli; • Təzyiq altında işləyən avadanlıqların təhlükəsiz istismarı qaydaları; • İstehsal olunmuş məhsulun təhlükəsiz daşınmasını təmin etməli; • Keyfiyyətli standarta uyğun məhsul istehsal etməli. • Öz fəaliyyətinin ekoloji aspektlərini və onların ətraf mühitə təsirinin dərəcəsini; • Fəaliyyətlə bağlı risklərini və onların idarə edilməsi üzrə tədbirlərini. Təhsil/Təcrübə: • Orta texniki təhsil (Ali texniki təhsil arzuolunandır); • Analoji sahədə ən azı 3 il iş təcrübəsi; • Azərbaycan dilini sərbəst bilməli, İngilis və Rus dillərini sənədləşmə səviyyəsində bilməsi arzuolunandır; • ISO 9001(Keyfiyyət idarəetmə sistemi), OHSAS 18001(Əməyin təhlükəsizliyi və mühafizəsi idarəetmə sistemi), ISO 14001 (Ətraf mühitin təhlükəsizliyinin idarəetmə sistemi) beynalxalq standartları barədə ümumi məlumatı olmalı; • Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır. Əlavə məlumatlar: • Maaş: Razılaşma əsasında; • Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə; • E-mail: cv@stp.az
  10. Vəzifənin adı: Mühəndis-texnoloq (Elektrik avadanlıqları zavodu) Vəzifə öhdəlikləri: • İstehsalın texnoloji hazırlığını və texniki cəhətdən yenidən qurulmasını,xammala,materiala,əmək sərfinə qənaət, məhsulun ,işlərin keyfiyyətinin yaxşılaşdırılmasını təmin edir; • Müəsisədə istehsalın texnoloji rejimini və texnoloji proseslərin avtomatlaşdırılmasını təmin edir. • Məhsulun əməliyyatlar üzrə maşrutunu və işlərin yerinə yetirilməsi ardıcılığını təyin edir; • Material sərfinin azalmasına ,məhsulun əmək tutumunun aşağı salınmasına,əməkm məhsuldarlığının artırılmasına istiqamətlənmiş istehsal səmərəliliyinin artırılması tədbirlərinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir ; • Texnoloji normativləri,təlimatları,yəğım sxemlərini,maşurut xəritələrini,texniki səviyyə və başqa texnoloji sənədləri işləyib hazırlayır; • Yeni texnoloji proseslərin hazırlanması və istehsala tətbiq edilməsi üzrə eksperimental işlərin aparılması,texniki tapşırıqların işlənib hazırlanması və texniki təşkilati tədbirlərin işlənib hazırlanması. Təhsil/Təcrübə: • Ali təhsil (Texniki); • Analoji sahədə ən azı 5 il iş təcrübəsi; • Azərbaycan dilini sərbəst bilməli, Rus və ingilis dillərini sənədləşmə səviyyəsində bilməli; • Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək; • ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), OHSAS 18001 (Əməyin təhlükəsizliyi və mühafizəsi idarəetmə sistemi), ISO 14001 (Ətraf mühitin idarəetmə sistemi) beynalxalq standartları barədə ümumi məlumat, o cümlədən müəssisənin siyasət və məqsədlərini bilməlidir; Əlavə məlumatlar: • Maaş: Razılaşma əsasında; • Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə; • E-mail: cv@stp.az
  11. Vəzifənin adı: Tikinti üzrə iş icraçısı Vəzifə öhdəlikləri: • Sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik edir. • Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin edir. • Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil edir. • Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin edir. • İşlərin kompleks mexanikləşdirmə səviyyəsinin yüksəldilməsi, yeni texnika və əməyin elmi təşkilinin tətbiqi, əmək məhsuldarlığının yüksəldilməsi üçün ehtiyatlardan istifadə edilməsi, tikinti-quraşdırma və buraxılmış-sazlama işlərinin dəyərinin azaldılması, materiallardan qənaətlə istifadə edilməsi üzrə tədbirləri yerinə yetirir. • Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparır. • Fəhlələrin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət edir. • Kollektivdə tərbiyəvi iş aparır. • Fəhlələrin ixtisas artmasını təşkil edir. • Mühafizə olunan zonalarda işlərin istehsalına icazə verən buraxılışları tərtib edir. • Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin həcmini, icrası nəzərdə tutulan, tapşırıqları müəyyən edir və onların icrasına nəzarət edir. Təhsil/Təcrübə: • Ali təhsil (Sənaye və mülki tikinti) • Tikinti layihələrində ən az 3 illik təcrübə • Son 3 ildə qeyd olunmuş vakansiya ilə bağlı iş təcrübəsi olmalı • Azərbaycan və rus dilində səlis danışa bilməli ,ingilis dilini orta səviyyədə • Məsuliyyətli, dəqiq və peşakar • Komputer bilikləri: Microsoft Office ,Autocad əla səviyyədə bilməli • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməli • İqtisadiyyatın, eləcə də istehsalatın, əməyin, idarəetmənin təşkilinin əsaslarını bilməli • Podrat təşkilatlarının sifarişçi və subpodrat təşkilatlarla qarşılıqlı münasbətlərinin nizamlama qaydalarını bilməli Əlavə məlumatlar: • Maaş: Razılaşma əsasında; • Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə; • E-mail: cv@stp.az
  12. Vəzifənin adı: İnzibati işlər üzrə departament, Nəqliyyat müdiri Vəzifə öhdəlikləri: • Nəqliyyat bölməsinin daxili işinin ümumi idarə edilməsi; • Nəqliyyat vasitələrinin hər zaman sazlılığının təmin edilməsi və nəzarət edilməsi; • Nəqliyyat bölməsinin işini ümumi müəssisə sisteminə sinxronlaşdırılmasını təmin edir; • Nəqliyyat vasitələri üçün istifadə olunan yanacağa nəzarət edir və dövriyyəsinin idarə edilməsini təşkil edir. Təhsil/Təcrübə: • Ali təhsil; • Nəqliyyat sahəsində ən az 3 illik təcrübə; • Azərbaycan dilində səlis danışa bilməli ,ingilis və rus dillərində sənədləşmə səviyyədə bilməli; • Məsuliyyətli, dəqiq və etibarlı olmalı; Əlavə məlumatlar: • Maaş: Razılaşma əsasında; • Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə; • E-mail: cv@stp.az
×