Deputat: "Qadınların küçələri qardan təmizləməsi şəkilləri narazılıq yaratdı"

Deputat: "Qadınların küçələri qardan təmizləməsi şəkilləri narazılıq yaratdı"



"Dünən möhkəm qar yağmasından sonra yaşlı qadınların Bakı küçələrini qar və buzdan təmizləməsi şəkilləri məndə də narazılıq yaratdı".

"Report"un xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə özünün "Facebook" səhifəsində yazıb.

"Bəlkə də küçə təmizləmək dalandar kimi onların vəzifəsidir. Ancaq ağır hava şəraitində küçə təmizləməsi üçün başqa variantlar tapılmalı, qadınları bu vəziyyətdən xilas etmək lazım idi", - deputat qeyd edib.
Tarix: 25-02-2021, 16:36