COP29-da Qərb müstəmləkəçilərinin ifşa olunması

COP29-da Qərb müstəmləkəçilərinin ifşa olunması

Prezident İlham Əliyev: “Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır”

 Fransa kimi Qərb dövlətlərinin Azərbaycanın COP29-a ev sahibliyi etməsindən narahat olmalarının bir sıra səbəbləri var idi. Bu narahatlıq, əsasən, Azərbaycanla bağlı müxtəlif siyasi, iqtisadi və ekoloji məsələlərdən irəli gəlir. Əsas səbəblərdən biri Azərbaycanın həyata keçirdiyi enerji siyasətidir. Çünki Azərbaycan, dünya enerji bazarlarında mühüm oyunçulardan biridir. Xüsusilə, ölkə böyük neft və qaz ehtiyatlarına malikdir və bu, onun iqtisadiyyatının əsasını təşkil edir. Azərbaycanda iqlim dəyişmələrinə qarşı mübarizə sahəsində bir sıra nailliyətlər əldə edilib. Və ölkəmiz gələcəkdə nəzərdə tutulan vəzifələr üzərinə götürüb. Qlobal iqlim dəyişmələri bütün bəşəriyyət üçün böyük təhlükədir. Bu təhlükənin qarşısının alınması üçün Azərbaycanın 2030-cu ilə qədər istilik effekti yaradan tullantıların 35 faiz azaldılmasına dair iddialı öhdəliyi hədəf kimi götürüb. COP29-a ev sahibliyi edən ölkə olaraq Azərbaycan qlobal iqlim siyasətinin təkmilləşdirilməsində daha fəal rol oynayır. Eyni zamanda Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətlərin dəstək verməyə başlayıb. Bu dövlətlər də əsasən Fransanın müstəmləkəsi altın da olub. Azərbayının atdığı bu addımlar da Fransada qıcıq yaradır. COP29 çərçivəsində də bu mövzuda təbdirlər təşkil edilir. Prezident İlham Əliyevin COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışında deyib ki, hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır: “Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları  bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır”.

COP29 çərçivəsində müstəmləkə ərazilərinin nümayəndələri tərəfindən yerli xalqların hüquqlarının kütləvi pozulması əleyhinə Mavi Zonada etiraz aksiyası keçirilib. Aksiyada müstəmləkə güclərinin istismar siyasətinin və onun ağır nəticələrinin, xüsusilə ətraf mühitə və yerli xalqların sağlamlığına vurduğu ziyanın aradan qaldırılması tələb olunub. Yerli xalqların nümayəndələri kolonial dövlətlər tərəfdən Dənizaşırı ərazilərdə insan hüquqlarının kobud pozulması və bu müstəmləkələrdə keçirilən nüvə sınaqlarının yerli xalqlara vurduğu ağır ziyanı qınayıblar. Aksiya dənizaşırı ərazilərin sakinləri tərəfindən səslərini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə təşkil edilib.

Həmçinin, COP29 çərçivəsində Fransa və Niderlandın müstəmləkəsi altında olan Afrika ölkələrinin və dənizaşırı ərazilərin nümayəndələri Bakıda “Yaşıl və müstəmləkəsiz dünya naminə həmrəylik” adlı dinc aksiya keçiriblər. COP29 çərçivəsində təşkil olunan aksiyanın iştirakçıları bildiriblər ki, müstəmləkəsiz və yaşıl dünya naminə həmrəylik davamlı inkişafın və müstəmləkə ölkələrinin muxtariyyətinin ayrılmaz olduğu ideyasına əsaslanır. Aksiyaçılar təbii sərvətlərinin müstəmləkəçi güclərin xeyrinə talan edilməsinə, yerli əhalinin yoxsullaşdırılmasına, ekosistemlərin zəiflədilməsinə etirazlarını bildiriblər. Onlar Fransa və Niderland kimi müstəmləkəçi dövlətlərin və transmilli korporasiyaların deqradasiya etdiyi ekosistemlərin bərpası üçün məsuliyyət daşıdıqlarını və buna görə ekoloji təzminat ödəməli olduqlarını vurğulayıblar. Cənab Prezident çıxışında bu haqda da danışaraq Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz ərazilərinin iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasında olduğunu bildirib: “Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur”. Fransa, iqlim siyasətində güclü bir liderlik nümayiş etdirmək istəyir və inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə əlaqələrini möhkəmlətməyə çalışır. Azərbaycanın bu dövlətlərə dəstək verməsi, Fransa tərəfindən "öz mövqeyini zəiflədir" kimi qəbul edilə bilər. Fransa, özünün və Avropa Birliyi ölkələrinin maraqlarını qorumağa çalışır, xüsusilə iqlim dəyişiklikləri və beynəlxalq enerji siyasətində. Azərbaycandan gələn dəstək, Fransa və digər Avropa dövlətlərinin prioritetləri ilə uyğunlaşmaya bilər və bu, xüsusilə enerji və iqlim siyasətində mübahisələrə səbəb ola bilər. Fransa, kiçik ada dövlətlərinin iqlim dəyişikliyi ilə mübarizədə önəmli tərəfdaşlar olduğunu vurğulasa da, Azərbaycanın bu məsələdə üstünlük qazanması və öz təsirini artırması, Fransa üçün diplomatik narahatlıq yaradır. Azərbaycanın iştirakı, həm də onun qlobal enerji bazarındakı mövqeyini gücləndirir. Bu isə Fransanı narahat edir. Azərbaycanın inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək verməsinə Fransa aqressiv reaksiya verir.  Azərbaycanın bu dəstəyi həm də ölkənin beynəlxalq səviyyədə nüfuzunu artırır. Bu mənada Prezident İlham Əliyevin COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışı böyük əhəmiyyət kəsb edir.

Azərbaycan, son illər beynəlxalq diplomatiyada daha fəal iştirak etməyə başlayıb və müxtəlif regional və qlobal məsələlərdə öz mövqeyini ifadə edir. COP29 çərçivəsində kiçik ada dövlətləri ilə olan münasibətlərə diqqət yetirmək, Azərbaycanın beynəlxalq nüfuzunu artırmaq və dünya miqyasında rolunu gücləndirmək baxımından əhəmiyyətlidir. Prezident Əliyevin bu Sammitdə çıxışı, ölkənin iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki fəallığını və qlobal məsələlərə yanaşımını nümayiş etdirir. Bu çıxış, həm Azərbaycanın beynəlxalq səviyyədəki mövqeyini gücləndirəcək, həm də kiçik ada dövlətlərinin iqlim dəyişikliyi ilə mübarizədə üzləşdikləri problemləri gündəmə gətirəcək.

Azərbaycanın kiçik ada dövlətlərinə dəstək verməsi, eyni zamanda, onun regional liderlik ambisiyalarını nümayiş etdir. Bu, həm də digər ölkələrə Azərbaycanın diplomatik və strateji yanaşımını göstərir. Azərbaycanın Cənubi Qafqaz və daha geniş regionda beynəlxalq əməkdaşlıqda liderlik rolunu üstlənməsi, ona əlavə güc və təsir qazandırar.

COP29-da Qərb müstəmləkəçilərinin ifşa olunması

Paşazadə  Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi
Tarix: 16-11-2024, 10:13
11.11.2024
16:01
Qalibiyyət rəmzi
20.10.2024
22:16
Tarixi həqiqətlər
26.09.2024
10:53
Haqq döyüşü
2.09.2024
09:52
Xalqın məsuliyyəti