Baydenin addımı Türkiyənin siyasi hərbi patronajlığına heç bir təsir etməyəcək

Baydenin addımı Türkiyənin siyasi hərbi patronajlığına heç bir təsir etməyəcək
“Təəssüflər olsun ki, ABŞ rəhbəri Co Bayden erməni diasporası və lobbisindən aldığı dəstəyin “haqqını” vermək üçün belə bir absurd qərara imza atdı. Düşünürəm ki, Baydendən əvvəlki dövrlərdə rəhbər olmuş ABŞ prezidentləri bu məsələdə kifayət qədər diqqətli açıqlamalar versə də, Bayden hakimiyyətə gəldiyi dövrdən bəyan etdiyi aqressiv xarici siyasət kursuna sadiq qalaraq Türkiyə kimi region üçün çox önəmli böyük bir dövlətin qərarına zidd olaraq belə bir açıqlama verdi”.
Azforum. az xəbərverir ki, bu sözləri açıqlamasında politoloq Tural İsmayılov deyib.
T.İsmayılov bildirib ki, ABŞ tarixində təəssüflər olsun ki, demokratların hakimiyyətdə olduğu illərdə hər zaman anti-türk siyasəti ön planda olub: “Biz əvvəlki dövrlərə nisbətən respublikaçılardan fərqli olaraq, demokratların iqtidarı dövründə xarici siyasət kursunun daha kobud müdaxilələr və saxta bəyanatlarla xarakterizə olunacağını düşünürdük. Bu qəbildən olan Bayden də seçkilərdə Trampı məğlub etdikdən sonra proqnozlarımız və düşüncələrimizdə bizi yanıltmadı”.
Politoloq qeyd edib ki, Baydenin hansısa bir saxta, uydurma “soyqırım “ haqqında belə açıq danışması təbii ki, Türkiyənin NATO ilə münasibətlərinə böyük zərbə vuracaq: “Çünki, Türkiyə Rusiyadan S-400 zenit raket komplekslərini almaqla bağlı Rusiya ilə apardığı danışıqlar müddətində ABŞ və NATO tərəfindən ciddi təzyiqlərə məruz qalırdı”.
Həmsöhbətimiz Baydenin məlum şousundan sonra Qərbin və NATO-nun bu məsələdə Türkiyəyə təsir etmək imkanları üçün hansısa bir bəhanənin qalmadığını düşünür. O bildirib ki, ABŞ rəhbərliyi üçün erməni lobbisinin hansısa uydurma qərarlarının tribunalarda səsləndirilməsinin heç bir siyasi çəkisi yoxdur: “Sadəcə olaraq, bir daha qeyd edirəm ki, Co Bayden və demokratların hakimiyyəti dövründəki aqressiv xarici siyasət kursuna sadiq qalınır və həmin bu aqressiv xarici siyasət kursunda davamı olaraq da ermənilər yenə alət kimi istifadə olunur. Bundan sonra ABŞ ilə Türkiyə münasibətlərinin daha da gərgin olacağını düşünürəm”.
Politoloq qeyd edib ki, tarixdə baş vermiş hadisələr tarixçilər tərəfindən araşdırılmalıdır: “ABŞ gerçək soyqırım axtarırsa, Xocalıda baş verən qətliama nəzər yetirməlidir. Dünən Azərbaycan Baş Prokurorluğu tərəfindən Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi insan qətliamını sübut edən faktlar aşkarlanıb. Gerçək soyqırım ermənilər tərəfindən türklərə və azərbaycanlılara qarşı uyğulanıb və təəssüf edirəm ki, ABŞ kimi böyük bir güc, hərbi büdcəsi bu qədər üstün olan bir ölkə erməni diasporasının hansısa saxta, uydurma yalanlarından özü üçün təzyiq vasitəsi düzəltməyə çalışır”.

T.İsmayılov onu da vurğulayıb ki, Baydenin açıqladığı hansısa sözün Türkiyənin artan nüfuzuna və siyasi hərbi patronajlığına heç bir təsiri olmayacaq: "Məlum açıqlamanın verilməsindən sonra Türkiyə Prezidenti cənab Rəcəb Təyyib Ərdoğanla Azərbaycan Prezidenti cənab İlham Əliyev arasında telefon danışığı olması və Azərbaycan rəhbərliyi ilə Türkiyə rəhbərliyinin bu məsələdə qardaş mövqeyi ortaya qoyması bir daha göstərir ki, dünyanın böyük güc mərkəzləri, imperialist dairələri türk dünyasına qarşı hansısa bu tip təxribatçı addımlar atsa da, türk dünyası yenə də birlik şəkildə tək yumruq və tək siyasi qərarlarla bu tip təxribatların qarşısında öz müdafiə sipərini qurmağı bacarır”.
Tarix: 26-04-2021, 11:14
26.11.2024
18:47
COP29-un uğurları
11.11.2024
16:01
Qalibiyyət rəmzi
20.10.2024
22:16
Tarixi həqiqətlər