Azərbaycan Ordusu irəlilədi

Azərbaycan Ordusu irəlilədi
Ordumuz Ağdərə istiqamətində yenidən irəliləyib.

Axar.az xəbər verir ki, bölgənin “rəhbəri” olduğunu iddia edən separatçı Ayk Baxşiyan Azərbaycan hərbçilərinin iki gün əvvəl irəlilədikləri mövqeləri tutduqlarını və Nor Qazançı (Sırxavənd) kəndi istiqamətində yenidən irəlilədiklərini açıqlayıb.

Hazırda Ordumuzun kənddən 500 metr məsafədə yerləşdiyi bildirilir. Əvvəl bu mövqe 1,5 kilometr məsafədə idi (Sputnik Armenia).

Ordumuzun Ağdərə istiqamətində irəliləməsinin üç səbəbi ola bilər:

Birincisi: mümkündür ki, Sırxavənd kəndi istiqamətindəki postlarda sülhməramlılar olmayıb və Azərbaycan Ordusu mövqelərini irəli çəkib.

İkincisi: son proseslər fonunda bu addım erməni qoşunlarının çıxarılması bəndini hələ də yerinə yetirməyən Rusiyaya xəbərdarlıq ola bilər. Azərbaycan razılaşma yerinə yetirilməsə, irəliləyəcəyinin mesajını verir.

Üçüncüsü: Razılaşma bəndlərinin (xüsusilə 4-cü bənd) tam yerinə yetirilməsi prosesini tezləşdirmək və istəklərimizi qəbul etdirmək məqsədilə kiçikçaplı antiterror əməliyyatı istisna deyil. Yeni mövqelər məhz əməliyyat şəraitinin optimallaşdırılması üçün lazımlıdır.
Tarix: 28-04-2021, 15:18