Yoluxma sayında artım davam edərsə, karantin sərtləşdirilə bilər - Şöbə müdiri

Yoluxma sayında artım davam edərsə, karantin sərtləşdirilə bilər - Şöbə müdiri
Azərbaycanda son günlər ərzində COVİD-19-a yoluxma sayında müşahidə edilən artım davam edərsə, yenidən məhdudlaşdırılma tədbirləri tətbiq edilə bilər. Ona görə də yoluxma sayındakı artımın qarşısı alınmalıdır.

Bunu Trend-ə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov deyib.

Onun sözlərinə görə, hazırkı dövrdə artımın qarşısının alınmasının ən əsas yolu vaksinasiyanın əhatə dairəsinin genişləndirilməsidir.

N.Seyidov qeyd edib ki, hazırda yaşı 50-dən çox olan insanlar vaksinasiyaya cəlb edilir. Bu yaşda olanlar əsas risk qrupları hesab edildiyindən onların vaksinasiyada aktiv iştirakı olduqca vacibdir.

Ölkədə vaksinasiya olunmuş şəxslərin sayının 300 mindən çox olduğunu nəzərə çatdıran mərkəz rəsmisi bunu elə böyük rəqəm saymayıb.

Mütəxəssis vaksinasiyanın aparılmasının ölkə əhalisi arasında COVİD-19-a qarşı kollektiv immunitetin yaranması baxımından olduqca zəruri sayıb.

N.Seyidov qeyd edib ki, kollektiv immunitet yaranmayana, ölkəmizdə yaşayan hər bir kəsdə təbii və ya vaksinasiya yolu ilə immunitet formalaşmayana qədər virusa yoluxma zəncirini qırmaq mümkün olmayacaq.

Onun sözlərinə görə, yoluxma sayının müəyyən günlərdə azalıb, müəyyən günlərdə artması göstərir ki, ölkəmizdə COVİD-19-a qarşı kollektiv immunitet hələ formalaşmayıb.

N.Seyidov qeyd edib ki, hazırda sutka ərzində 300-400 arasında qeydə alınan yoluxma ilə bağlı yaranan ehtiyaclar bir müddət səhiyyə sistemi tərəfindən qarşılana bilər. Lakin bu say artarsa, 2020-ci ilin noyabr-dekabr aylarındakı vəziyyət yarana və xəstəxanaların çarpayı fonu yenidən dola bilər.
Tarix: 5-03-2021, 17:05
26.11.2024
18:47
COP29-un uğurları
11.11.2024
16:01
Qalibiyyət rəmzi
20.10.2024
22:16
Tarixi həqiqətlər