Tələbkar Avstriya tamaşaçılarının rəğbətini qazanan gənc pianoçu Ayan Məmmədlinin növbəti uğuru

Tələbkar Avstriya tamaşaçılarının rəğbətini qazanan gənc pianoçu Ayan Məmmədlinin növbəti uğuru
27.06.2024 tarixində Avstriyanın Grein şəhərində Yuxarı Avstriya vilayətinin “Baummgartenberg” Mədəniyyət Təşkilatının təşkilatçılığı və dəstəyi ilə, gənc azərbaycanlı pianoçu, Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, Respublika və Beynəlxalq Müsabiqələr Laureatı, “Qran Pri” mükafatçısı Ayan Eyvaz qızı Məmmədlinin solo konserti keçirilmişdir. Konserti giriş sözü ilə açan təşkilatın sədri Jörg Königseder bildirdi ki, “İstedadlı gənc azərbaycanlı pianoçu Ayan Məmmədlinin ifalarını ilk dəfə Yuxarı Avstriyanın Linz şəhərində keçirilən solo konsertində görüb, bəyəndiyimiz üçün, bir mədəniyyət təşkilatı olaraq, onu Grejn şəhərinin tamaşaçıları ilə də görüşdürməyi qərar aldıq. Çünki, Avstriyanın bütün bölgələrində olduğu kimi bu şəhərin də tamaşaçıları həm musiqini çox sevir, həm də çox tələbkardırlar. Biz onların bu arzularını gerçəkləşdirməkdən böyük məmnunluq duyuruq, və gənc pianoçu Ayan Məmmədliyə dəvətimizi qəbul etdiyi və bu gözəl axşam üçün öz təşəkkürümüzü bildiririk.”
Əsasən avstriyalı tamaşaçılardan ibarət olan konsertdə Ayan Məmmədlinin ifa etdiyi klassik avropa bəstəkarları Bela Bartok – Zvei Fantasien №22 (Andante, quasi adagio, Andante); Aleksandr Scriabin – Sonata № 3 Op.23 (Drammatico, Allergretto, Andante, Presto con fuoco); Bela Bartok Suite Op. 14, Sz.62, BB70 ( Allergetto, Scerzo, Allergro molto, Sostenuto; Aleksandr Scriabin – Deux Poemes Op.32 (Andante cantabile, Allegro, con eleganzza, con fiducia; Bela Bartok – Allergo Barbaro, Sz. 49, BB 6 əsərləri tamaşaçılar tərəfindən böyük hərarət və alqışlarla qarşılanmışdır. Konsertdə Ayan Məmmədlinin ifa etdiyi böyük Azərbaycan bəstəkarı Qara Qarayevin əsəri əcnəbilərin böyük marağına səbəb olmuşdur. Konsertin sonunda Azərbaycanın Avstriyadakı səfirliyinin nümayəndəsi Sənan Hüseynov çıxış edərək, Ayan Məmmədliyə bu cür möhtəşəm konsert üçün səfirlik adından təşəkkürünü bildirmiş, və o, A.Məmmədliyə mədəniyyət sahəsində nümunəvi fəaliyyətinə görə Azərbaycanın Avstriyadakı səfiri cənab Rövşən Sadıqbəylinin imzaladığı xüsusi təşəkkürnaməni təqdim etmişdir.
Tələbkar Avstriya tamaşaçılarının rəğbətini qazanan gənc pianoçu Ayan Məmmədlinin növbəti uğuru
Tələbkar Avstriya tamaşaçılarının rəğbətini qazanan gənc pianoçu Ayan Məmmədlinin növbəti uğuru
Tələbkar Avstriya tamaşaçılarının rəğbətini qazanan gənc pianoçu Ayan Məmmədlinin növbəti uğuru
Tələbkar Avstriya tamaşaçılarının rəğbətini qazanan gənc pianoçu Ayan Məmmədlinin növbəti uğuru
Tələbkar Avstriya tamaşaçılarının rəğbətini qazanan gənc pianoçu Ayan Məmmədlinin növbəti uğuru
Tələbkar Avstriya tamaşaçılarının rəğbətini qazanan gənc pianoçu Ayan Məmmədlinin növbəti uğuru

Tarix: 28-06-2024, 17:06
26.11.2024
18:47
COP29-un uğurları
11.11.2024
16:01
Qalibiyyət rəmzi
20.10.2024
22:16
Tarixi həqiqətlər