"Yoluxma sayının artmasını Britaniya ştammı ilə əlaqələndirmək yanlışdır"-TƏBİB

"Yoluxma sayının artmasını Britaniya ştammı ilə əlaqələndirmək yanlışdır"-TƏBİB
Azərbaycanda yoluxma sayının artmasını ölkəmizdə Britaniya ştammının olması ilə əlaqələndirmək doğru deyil.
Azforum.az-ın məlumatına görə, Bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
V.Əliyev qeyd edib ki, adi bir insan özü COVİD-19-un Britaniya ştammına yoluxub-yoluxmamasını təyin edə bilməz: “Bu ştammın da əlamətləri eynidir, onun sadəcə yoluxduruculuq qabiliyyəti yüksəkdir. Bu ştamma yoluxma zamanı təyin olunan müalicədə də hər hansı fərq yoxdur".
Qeyd edək ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.

Trend
Tarix: 18-03-2021, 12:50
26.11.2024
18:47
COP29-un uğurları
11.11.2024
16:01
Qalibiyyət rəmzi
20.10.2024
22:16
Tarixi həqiqətlər