Ana və övladı dənizdə boğuldu

Ana və övladı dənizdə boğulduSumqayıtda ana və övladı dənizdə boğulub.

Azforum.az APA-ya istinadən xəbər verir ki, hadisə Xəzər dənizinin Sumqayıt sahilində baş verib.

Dənizdə övladının batdığını görən ana onu xilas etmək istəyib. Lakin ana da batıb.

Onların meyitləri sudan çıxarılıb.
Tarix: 18-07-2022, 09:21