Tatarıstanın Respublika Günündə Azərbaycanın diaspor üzvü medalla təltif olunub

Tatarıstanın Respublika Günündə Azərbaycanın diaspor üzvü medalla təltif olunub
Avqustun 30-da Tatarıstanda Respublika Günü geniş şəkildə qeyd edilib. Bayram tədbiri Leninoqorsk şəhərində də təşkil olunub. Sakinlər və şəhərin qonaqları aşağı gölün amfiteatrında “Yaşıl fitness” proqramında iştirak ediblər. Orada çimərlik voleybolu üzrə birincilik və xalq yaradıcılığı festivalı keçirilib. “Yubiley” parkında “Tatarıstandan zəng” konserti olub. Daha sonra isə burada “Sənə oxuyuram, mənim Tatarıstanım” adlı teatrlaşdırılmış tamaşa göstərilib.
“Tatarıstan” İctimai Birliyinin mətbuat xidmətindən “Azerforum”a verilən məlumata görə, Tatarıstanın Leninoqorsk bələdiyyəsinin rəhbəri, Leninoqorsk şəhərinin meri Ryaqat Hüsainov bayram konsertində şəhərin ən ictimai fəal ailələrini 25 il bir yerdə yaşayıb layiqli övladlar yetişdirdiyinə, yaşamağa davam edib Tatarıstanın inkisafı yolunda çalışdığı üçün “Sevgi və sədəqatə görə” medalı ilə təltif edib.
Təltif olunanlar arasında 31 il əl-ələ verərək Azərbaycanın ənənələrini, mədəniyyətini, dilini və tarixini qoruyub gənc nəslə ötürən Məmmədovlar ailəsi-Ramiz Məmmədov və onun xanımı İlhamə Cəmilova da var.
Qeyd edək ki, Ramiz Məmmədov Tatarıstan Respublikasının Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Birliyinin rəhbəridir və uzun illərdir ki, xeyriyyəçilik fəaliyyəti ilə fəal məşğul olur.


https://m.youtube.com/watch?v=qlvWGHsD2lQ&feature=emb_titleTatarıstanın Respublika Günündə Azərbaycanın diaspor üzvü medalla təltif olunub
Tarix: 1-09-2021, 08:29