Ramiz Məmmədov: Azərbaycanın seçki təcrübəsindən fəxrlə bəhs edirik

Ramiz Məmmədov: Azərbaycanın seçki təcrübəsindən fəxrlə bəhs edirik
“Dünya azərbaycanlıları Milli Məclisə seçkilərin Azərbaycanın bütün ərazisində keçirilməsindən qürur duyurlar. Bu, ərazi bütövlüyümüzün və suverenliyimizin əbədi olacağının daha bir nümunəsidir”. Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Rusiya Federasiyası Tatarıstan Respublikasının Leninoqorsk şəhəri və Leninoqorsk vilayətində “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Ramiz Məmmədov deyib.

Diaspor təmsilçisi xatırladıb ki, xaricdə yaşayan vətəndaşlarımız Prezident seçkilərindən fərqli olaraq parlament seçkilərində səsvermə prosesində iştirak etmirlər: “Buna baxmayaraq, seçki prosesini yaxından izləyir, yaşadığımız ölkənin ictimaiyyətini Azərbaycanın seçki təcrübəsi, növbədənkənar parlament seçkilərinin əhəmiyyəti və digər məsələlərlə bağlı məlumatlandırırıq”.

R.Məmmədov bildirib ki, Azərbaycanın beynəlxalq standartlara uyğun seçki təcrübəsinə malik olması diaspor nümayəndələrinin fəxr etdiyi əsas məsələlərdən biridir: “Seçkilər bütün dünyada maraqla izlənilən prosesdir və adətən geniş müzakirələrə səbəb olur. Biz hər zaman bu müzakirələrdə Azərbaycanımızın seçki təcrübəsindən, şəffaf və demokratik səsvermə prosesinin təşkil edilməsindən fəxrlə bəhs edirik. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra seçki təcrübəsinin təkmilləşməsi istiqamətində də mühüm mərhələ keçib. Bu gün istər seçkiöncəsi təşviqat kampaniyasının paritet əsaslarla təşkili, istər səsvermə prosesinin şəffaf keçirilməsi, istərsə seçkilərdə texnoloji yeniliklərin imkanlarından istifadə edilməsi keçirilməsi baxımından Azərbaycan öndə olan ölkələrdəndir”.

Soydaşımız sentyabr 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərinin də şəffaflıq və demokratik dəyərlərin qorunması baxımından nümunəvi seçki olacağına əminliyini diqqətə çatdırıb.
Tarix: 11-08-2024, 09:54
26.11.2024
18:47
COP29-un uğurları
11.11.2024
16:01
Qalibiyyət rəmzi
20.10.2024
22:16
Tarixi həqiqətlər
26.09.2024
10:53
Haqq döyüşü