YOLUMUZ TÜRK BİRLİYİNƏDİR!42 sayli Sumqayıt birinci seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alinan
Yasəmən Qaraqoyunlu öz sosial şəbəkə hesabında seçki platforması ilə bağlı bəzi məqamları paylaşıb.
Azforum.az paylaşımı təqdim edir:Adil, ədalətli Dünya, abad, azad Vətən.
Xoşbəxt İnsan. Vətəndaş.
Milliyyətçilik
Türkçülük Layiq dövlət
Ədalət
Milli Birlik
Sevgi
Harmoniya
Müsavatçılıq
-Sosyal dövlət modelinə keçid
-Türk Dövlətlər Birliyinə inteqrasiya. Turan Birliyinin qurulması.
-Çox qütblü dünya quruculuğu
Nə Rusiya, nə AvroAtlantika! Yolumuz Turandır! Türk Dövlətlər Birliyinin İnteqrasiyasıdır.
-Türkiyə-Azərbaycan konfederativ Birliyinin qurulması. Bir millət iki dövlət.
-Türkiyə-Azərbaycan-Pakistan ittifaqının bölgəsəl güe olmasına çalışmaq.
-Qərbi Azərbaycana qayıdış prosesinə dəstək.
Ermənistanın türklərlə yenidən yapılandırılması
-Güney Azərbaycan davasına dəstək. Məmalüki Məhruseyi Türk. TürkEli.
-Qafqaz Evi.
Xarici siyasətdə güc tarazlığına əsaslanan sivilizasiyaların bərabərhüquqlu əməktaşlığı prinsipi bizim üçün əsas
prioritetdir. 350 milyonluq Türk sistemi özü müstəqil bir sivilizasiyadır. Türk sivilizasiyasının özünü təmsil edə
bilməsi üçün tək yol çox qütblü dünya sistemidir.
AvroAtlantik mərkəzli tək qütblü dünya sisteminə Yox deyirəm, Çox qütblü tarazlı dünya sistemini dəstəkləyirəm.
Güclü qadın
Lider qadın
Siyasətçi qadın
Vətənpərvər qadın
Milliyyətçi qadın.
İdealist dava adamı
Ana.
Göyçə-Qaraqoyunlu Türk Ellərinin qızı. İrəvan türkü.
Məni sizin vəkilinizi yetişdirən mühit.
Bakı Dövlət Universiteti.
Milli Elmlər Akademiyası.
Sizəm, sizdən biriyəm, sizin içinizdən çıxmışam. Sizi tanıyıram, duyuram. Sizin davanızı aparıram.
Xatırladaq ki, publisist, ictimai xadim, akademisyen, siyasətçi, stratejist Yasəmən Qaraqoyunlu 1971-ci ildə 17 may tarixində İrəvan Mahalının Qaraqoyunlu bölgəsinin Qaraqaya kəndində, (Ermənistan Respublikası, Krasnoselsk rayonu. Qaraqaya kəndi) anadan olmuşdur. Qaraqaya kəndində ibtidai məktəbi və Çaykənd kəndlərində orta məktəbi bitirmişdir.
1988-ci ildə Bakı Dövlət Universitetinə (BDU) qəbul edilmişdir. 1993-cü ildə BDU-nu bitirmişdir.
1988-ci ildə, Qarabağ müharibəsi başalayanda Ermənistanda yaşayan bütün yerli türklər vətənlərindən zorla deportasiya edilmişdir. Y. Qaraqoyunlu da bütün var- dövlətini yaşadığı yerdə qoyub zorla köçürülən ailəsi ilə birlikdə Azərbaycana gəlmişdir.
1988-ci ildən Azərbaycanda başlayan Müstəqillik Hərəkatına qoşulmuşdur və Ə.Elçibəyin rəhbərliyi altında Milli Hrəkatın fəal üzvlərindən biri və Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur.
1992-1993-cü illərdə Ə.Elçibəyin prezidentliyi dövründə AXC-nin ideologiya şöbəsində, eyni zamanda Azərbaycan Televiziya-Radio Şirkətinin İran bölməsində çalışmışdıtr.
İran və Cənubi Azərbaycanla bağlı çoxsaylı verilişlər hazırlamış və konfranslar vermiş, media orqanlarında dərc olunmuş akademik və publisist məqalələr yazmışdır.
1995-ci ildə, Güney-Quzey Azərbaycanım birləşməsini hədəflə- yən Bütöv Azərbaycan Hərəkatını qurmuş və ilk dəfə Bütöv Azərbaycan ideyasını açıq siyasi müstəviyə keçirmişdir. Bütöv Azərbaycan işinin nəzəri prinsiplərinin və konseptual siyasi perspektivlərinin formalaşmasına böyük töhfələr vermişdir. Bütöv Azərbaycan Hərəkatı təşkilatının lideri kimi İranda Türk Hərəkatının yüksəldilməsi, Türklük şüurunun bərpa edilməsi istiqamətində fəal rol oynamışdır. Çoxsaylı televiziya proqram- ları, konfransları və çıxışları ilə Güneyli-Quzeyli 50 milyonluq Azərbaycan türkünün millətləşmə prosesinə öz töhfəsini vermiş- dir. Bu mövzuda Azərbaycanda və xarici ölkələrdə (Türkiyədə və Avropada) çox sayda konfranslarda iştirak etmiş və məruzəçi olmuşdur.
2002-ci ildə Qlobal inteqrasiya və Dialoq Mərkəzini qurmuş və ona rəhbərlik etmişdir. 2002-ci ildən AMEA Fəlsəfə İnstitutunda elmi işçi vəzifəsində işləyir. Tədqiqatları və məqalələri Türkiyə, Fransa, Bolqarıstan və Azərbaycanda yayımlanmışdır. Qarabağ problemi və İrəvan türklərinin problemləri, türklərə qarşı Erməni terror təşkilatlarının, Rusiyanın və Ermənistanın həyata keçirdiyi soyqırımlar və “erməni soyqırımı" yalanları, Azərbaycan türklərinin Qərbi Azərbaycandan (Ermənistandan) güc və silahlı təhdidlə sürgün edilərək zorla qaçqın statusuna salınması, Xocalı soyqırımı barədə çoxsaylı məqalə və araşdır- maların müəllifidir.
2015-ci ili Batı (Qərbi) Azərbaycan ili elan etmiş və oradan 1988-ci ildə deportasiya edilmiş türklərin problemini daim gündəmdə saxlamışdır.
İrəvan, Türk Cümhuriyyətinin qurulması ideyasının müəlliflə- rindən biridir. Azərbaycandakı Türklük davasının aprıcılarından biri kimi, hər zaman Türk Dünyasının problemləri ilə əlaqəli geniş fəaliyyət göstərmişdir. Türk Dünyasının İnteqrasiyası, TDT-nım qurulması, Türkiyə-Azərbaycan Konfederativ Birliyinin qurulması, Türkiyə-Azərbaycan-Pakistan İttifaqının qurulması, Turan Ordusunun qurulması ideyalarının əsas müəlliflə- rindən biri olmuşdur, İraq, Əfqanıstan, Suriya, İran, Doğu Türküstan türklərinin problemlərini daim dilə gətirmiş, onların haq və hüquqlarının qorunmasında aktiv iştirak etmişdir. Quzey Azərbaycanda Türklük bilincinin bərpa edilməsində aktiv rol oynamışdır. Müxtəlif ölkələrdə Yüzlərlə akademik və publisist məqalələri yayınlanmışdır. Quzey Azərbaycanın və Türk Dünyasının siyasi-strateji vizyonunun çizilməsində ciddi rol oynamışdır.
Uzun müddət televizyonlarda Türk dünyası problemləri, İran haqqında çox sayı proqramların müəllifi olmuş, ekspert kimi fəaliyyət göstərmişdir. Dünya Azərbaycanlıları Konqresinin Strateji araşdırmalar mərkəzinin başqanı olmuşdur. Evlidir. İki övladı var.