ƏHD Partiyasının rəhbərliyi Əbülfəz Elçibəyin məzarını ziyarət edib
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının rəhbərliyi vəfatının ildönümü münasibətilə Milli Azadlıq Hərəkatının lideri, eks prezident Əbülfəz Elçibəyin məzarını ziyarət edib. ƏHD Partiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, partiya sədri Qüdrət Həsənquliyev Elçibəyin keçdiyi həyat yolu, düşüncələri, milli oyanışdakı rolu ilə bağlı fikirlərini bölüşüb, Azərbaycanın daha da güclənəcəyini diqqətə çatdırıb: "Azərbaycan daha da güclənəcək, regionun və türk dünyasının ən önəmli dövlətlərindən olacaq".
Tarix: 24-08-2024, 18:34