Paytaxt meriyasının layihəsinə Binəqədi rayonu da qoşulur

Paytaxt meriyasının layihəsinə Binəqədi rayonu da qoşulur
Bakı Şəhər İcra Hakimiyyətinin 5 ildir ki, həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla davam etdirilir. Artıq paytaxtın Nərimanov, Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı, Suraxanı və Səbail rayonlarında icra olunan layihəyə avqustun 20-dən Binəqədi rayonunun da qoşulması qərara alınıb. Bu haqda saytımıza Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilməlidir ki, son vaxtlarda Binəqədi rayonunda abadlıq və təmizliklə bağlı həyata keçirilən müsbət işlər, pozitiv dəyişikliklər müşahidə edilir və bu baxımdan layihənin Binəqədi rayonunda icrası problemlərin aradan qaldırılması istiqamətində atılan daha bir addımdır. 

Layihəyə yeni qoşulacaq Binəqədi rayonunda hazırlıq işləri çərçivəsində ilk növbədə 656 konteyner meydançası yaradılıb. İlkin mərhələdə meydançalara 1655-i yaşıl və 563-ü narıncı rəngdə olmaqla, ümumilikdə 2218 müasir tipli yeni konteynerlər yerləşdirilir, əraziyə cavabdeh şəxslər təyin olunur.

Sakinlərin maarifləndirilməsinə xüsusi diqqət ayrılan bu layihə çərçivəsində Bakı Şəhər və Binəqədi Rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri və gənclərin iştirakı ilə rayonun qəsəbələrində, məhəllə və həyətlərində görüşlər keçirilir. Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən İctimai Birliyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verir.

Maarifləndirmə tədbirləri çərçivəsində vətəndaşlara layihənin məqsədi izah edilir, mənzillərə yaşıl və narıncı rəngli paketlər, məlumatlandırıcı bukletlər paylanılır, məhəllələrdə və binaların bloklarında posterlər yapışdırılır.

Xatırladaq ki, layihənin həyata keçirilməsi üçün dövlət büdcəsindən ayırılmış vəsait hesabınaBakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən 104 ədəd yeni avtonəqliyyat vasitəsi və mexanizmləri alınaraq istifadəyə verilib və bu yaxınlarda daha 40 maşın gətiriləcəkdir.

Bu layihənin uğurla icrası son illərdə kommunal sahədə həyata keçirilən tədbirlər nəticəsində abad şəhərə çevrilən paytaxtımızın daha təmiz saxlanılmasına, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına, ekoloji mədəniyyətin formalaşmasına və iqtisadi səmərənin əldə olunmasına xidmət edir.

Tarix: 13-08-2024, 15:15
26.09.2024
10:53
Haqq döyüşü
2.09.2024
09:52
Xalqın məsuliyyəti
22.08.2024
08:01
Yeni mərhələ...