Böyük zəfərlər naminə irəli dostlar!

Böyük zəfərlər naminə irəli dostlar!
Bu ilin 2 fevral tarixində ilk dəfə olaraq, Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan Evinin təşkilatçılığı və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə “2 Fevral – Gənclər Günü” münasibətilə Azərbaycan Diaspor Gənclərinin Beynəlxalq Forumu keçirilib. Forumun iştirakçısı olmuş, 2023-cü ildə Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində 70 ölkədən olan diaspor nümayəndələrinin təşəbbüsü ilə yaradılan “BİZ – Zəfər Yoluna Davam!” Təşəbbüs Qrupunun gənc üzvlərindən olan, Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, Respublika və Beynəlxalq Müsabiqələr Laureatı, “Qran Pri” mükafatçısı, gənc pianoçu Ayan Məmmədli forum haqqında maraqlı təəssüratlarını bildirmişdir:
“Bu ilin 2 fevral tarixində ilk dəfə olaraq, mənim də onlarla daispor gəncləri kimi, iştirak etdiyim Diaopora gənclərinin Beynəlxalq Forum haqqında təəssüratlarım böyükdür. Belə ki, dünyanın 40 ölkəsindən gəlmiş 120 nəfər azərbaycanlı diaspor gənclərinin iştirakıyla keçirilən bu möhtəşəm tədbirdən gözləntilərim özünü doğrultduğuna görə çox şadam. Öncə onu qeyd edim ki, Beynəlxalq forumun iştirakçıları ilə birlikdə, forumdan öncə 01 fevral 2024-cü ildə Budapeşt şəhərində fəaliyyət göstərən Azərbaycan Evinə toplaşdıq. Əvvəlcə Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli qonaqları salamlayıb, diaspor gənclərinə burada həyata keçirilən layihələr barədə ətraflı məlumat verdi. O qeyd etdi ki, ki, hazırda dünyanın 14 ölkəsində 20 Azərbaycan Evi fəaliyyət göstərir. Bu evlər soydaşlarımızın bir araya gəlməsində, mütəşəkkil qüvvəyə çevrilməsində əhəmiyyətli rol oynayır. Biz diaspor gəncləri Macarıstan Azərbaycan Evinin təşkilatçılığı ilə forumun keçirilməsini müsbət qiymətləndirdik. Gənclərimi, mütəşəkkil qüvvə kimi bir araya gətirilməsi baxımından Azərbaycan evlərinin böyük əhəmiyyət kəsb etdiyini, belə tədbirlərə intensiv şəkildə ev sahibliyi etməsinin önəmini vurğulayıb, forumdan gözləntiləri barədə fikirlərini bölüşdülər.
Sonra görüşümüzü konsert proqramı ilə davam etdirdik. Yenicə tanış olduğum dostlarımın pianoda ifa etdiyim milli musiqilərimizi məniml birlikdə oxumaları, görüşümüzə gözəl bir ahəng qatdı və tədbirin daha da maraqlı keçməsinə səbəb oldu.
Növbəti gün 2 fevral 2024 –cü il tarixində Gənclər Günü münasibətilə Azərbaycan Diaspor Gənclərinin Beynəlxalq Forumu öz işinə başladı. “Post-münaqişə dövründə Azərbaycan diaspor gənclərinin fəaliyyəti: perspektivlər və çağırışlar” mövzusunda keçirilən tədbirə, xaricdə fəaliyyət göstərən tələbə və gənclər təşkilatlarının rəhbərləri, beynəlxalq təşkilatların azərbaycanlı nümayəndələri, gənc sahibkarlar, həmçinin Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə, Diasporla İş üzrə Dovlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov, eləcə də Gənclər və İdman Nazirliyinin əməkdaşı Rüstəm Abdullayev, həmçinin digər gənc dostlarımın qeyd etdiyim mövzu ətrafında etdiyi çıxışlar və gələcək perspektivlərlə bağlı irəli sürdükləri fikirlər, hamı kimi məndə də böyük maraq, təəssürat yaratdı. Forumun məruzəçilərindən biri kimi, mən də etdiyim çıxışımda böyük fəxarətlə, Qalib ölkənin qalib vətəndaşı olmağından qürur duyduğumu söylədim. Və onu da bildirdim ki, doğma vətənimiz haqqında dünyanın hər yerində həm mövcud həqiqətləri fəal şəkildə əcnəbilərə çatdırmaq, həm də hər birimizin məşğul olduğumuz sahələrdə əməli nümunəvi fəaliyyətimizlə ölkəmizi daim layiqincə təmsil etməyimiz üçün, biz gənclərin üzərinə çox mühüm vəzifələr düşür. Hesab edirəm ki, Ulu Öndərimiz Heydər Əliyevin biz gənclərə etdiyi vəsiyyət olan“ Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir!” kəlamını heç bir Azərbaycan gənci unutmamalı və harada yaşamasından asılı olmayaraq, bunu özünün vəzifə borcu bilməlidir!
Artıq bir müddətdir ki, xaricdə 70 ölkədən olan diaspor nümayəndələrinin təşəbbüsü ilə yaradılan “BİZ – Zəfər Yoluna Davam!” Təşəbbüs Qrupunun gənc üzvlərindən biri kimi apardığımız təbliğatlarda da söylədiyim kimi, bir daha bildirmək istyirəm ki, XXI əsrdə tarixə zəfər salnaməsini yazan xalqımız ,7 fevralda keçiriləcək Prezident seçkilərinə fəal şəkildə qatılaraq, ən layiqli namizədinə səs verəcək, tarixə yeni şanlı səhifəsini yazacaq! Bu tarixi gündə fəxrlə iştirak etmək üçün mən doğma vətənimə, dəyərli namizədimizə – əsrimizin Fatehinə səs verməyə gəldim. Böyük zəfərlər naminə irəli dostlar! Qələbə hər zaman bizimlədir”.
Böyük zəfərlər naminə irəli dostlar!
Böyük zəfərlər naminə irəli dostlar!
Böyük zəfərlər naminə irəli dostlar!
Böyük zəfərlər naminə irəli dostlar!
Böyük zəfərlər naminə irəli dostlar!
Böyük zəfərlər naminə irəli dostlar!
Böyük zəfərlər naminə irəli dostlar!
Tarix: 6-02-2024, 17:24