BU DƏFƏ RƏSM GƏRGİSİ KİTABXANADA TƏŞKİL OLUNDU

BU DƏFƏ RƏSM GƏRGİSİ KİTABXANADA TƏŞKİL OLUNDU
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında inklüziv mühitin yaranması sahəsində maraqlı layihələr həyata keçirir. “Yaradıcı oxucular” layihəsi çərçivəsində kitabxanada mütəmadi olaraq oxucuların rəsm və əl işləri sərgiləri nümayiş olunur. Növbəti rəsm sərgisinin müəllifi İlahə İsmayılovadır. Gənc rəssam İlahə İsmayılova Bakı şəhərində anadan olub. 219 nömrəli evdə məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Memarlıq və dizayn fakültəsinə daxil olub. Rəssamlıq Akademiyasında təhsilini uğurla başa vurub. İ.İsmayılova 3 yaşından rəsm çəkməyə başlayıb. Hər janrda rəsm çəkməyi sevir, amma daha çox portreti sevir. İnsanın üz cizgiləri gənc rəssama daha maraqlı gəlir. Sərgidə “Allah sözü”, “Lalələr”, “Güzgüdə əksim” (avtoportret), “Sadə qadın” adlı rəsmlər nümayiş olunur. Sərgi bir ay davam edəcək.
Tarix: 25-06-2024, 14:25
2.09.2024
09:52
Xalqın məsuliyyəti
22.08.2024
08:01
Yeni mərhələ...