Vətən müharibəsi, sərkərdəlik fəlsəfəsi

Vətən müharibəsi, sərkərdəlik fəlsəfəsi
Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycan naminə, Azərbaycanın gələcəyi naminə de­mişdi: “Mən İlhama özüm qədər inanıram”. Bu fikir, bu ehtiram, bu inam xalqın inandığı, sevdiyi şəx­­siyyətin hə­yat amalı azərbaycançılıq ideologiyası ilə formalaşmış bir gənc siyasətçiyə ehtiramıdır, inamıdır. Tarix təsdiqlədi ki, zamanın çox həssas bir mərhələsində böyük tarixi şəxsiyyətin siyasi kursunu Azər­­baycan döv­lət­çi­liyi na­mi­nə məfkurəvi proqram ki­mi davam etdirən gənc siyasətçinin Azər­baycana sevgisinə verilən bu dəyər ger­çək­li­yin ifadəsi kimi xalqın sevgisinin bir hissəsi oldu. Böyük tarixi şəxsiyyətin bu fikri 17 il Azər­baycanın ərazi bü­tövlüyü­nün tam bərpa ediləcəyinə ina­m kimi yaşanıldı. Ulu Öndərin “Şu­şa­sız Qarabağ, Qarabağsız isə, ümu­miy­yətlə, Azər­bay­can yoxdur” fikri həmişə Azərbaycan dövlətinin xa­ri­ci siyasətinin başlıca istiqamətini müəy­yən­ləş­dirirdi və Azər­baycan Respublikasının Prezidenti Ulu Öndərin bu kəlamlarını tarixi gerçəkliyə çevirdi. ...

Er­mənistanın Azərbaycandan ərazi iddiası elan edilmədən başlayan müharibəyə, müharibə Azər­bay­­­ca­nın ərazisinin 20 faizinin işğalına səbəb olmuşdu. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetir­mə­yən işğalçı dövlət sülh danışıqlarından yayınır, regionda mövcud status-kvonu saxla­ma­ğa çalışır, yeni ərazilər işğal etmək niyyəti ilə Azərbycanın ərazilərinə müxtəlif miqyaslı həmlələr, hücumlar edirdi.

Birinci Qarabağ müharibəsində ordumuz hələ nizami ordu kimi formalaşmamışdı, Orduda vahid ko­man­danlıq yox idi. Xalqın ciddi tələbi ilə böyük tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qa­yıtması həm Azərbaycanın parçalanması, dövlətçiliyini itirmə təhlükəsi aradan qaldırıldı, həm də ordu­muz nizami or­­du kimi formalaşmağa başladı. Azərbaycan dövlətçiliyində Heydər Əliyev mərhələsi tarixi dövr oldu. Azərbaycan Respublikasının Pre­zidenti cə­nab İlham Əliyev bu tarixi dövrü Azər­­­bay­canın siyasi nüfuzunun yüksəldilməsinə, iqtisadi qüdrətinin artırılmasına yönəldə bildi, bö­yük ta­rixi şəxsiyyətin siyasi kursunun sədaqətli davamçısı kimi ordu quruculuğunu döv­lət üçün prio­ri­tet vəzifə səviyyəsinə yüksəltdi. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin azərbaycançılıq ideo­logiyasının fövqündə Azərbaycanın ərazi bütövlüyü dayanırdı, cənab İlham Əliyev bu amalı si­ya­si fəaliyyətinə sədaqət borcu bilirdi.

Ordu quruculuğu dövlət üçün prioritet idi, ordunun döyüş hazırlığı da, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı da yüksəldildi, Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü or­du oldu. Ali Baş Komandanın tövsiyələrinə əsasən orduda müxtəlif planlı təlimlər keçirilirdi, Ordu­nun dö­yüş hazırlığı həm də bey­nəl­xalq miqyaslı təlimlərlə gücləndirilirdi. Belə təlimlər həm ordu quruculuğu prosesinin nəzəri tələblərinə görə, həm də hərbi təxəyyülə görə müx­tə­lif qoşun növ­lə­ri üzrə Azərbay­can­da da, Azərbaycanın hüdudların­dan kənarda da tarixləşirdi. Yüksək döyüş hazır­lı­ğını təmin edən tədbirlər kimi tarixi Zəfərdən sonra da davam etdirilməkdədir.

Azərbaycanda ordu quruculuğunun dinamikliyi, məqsədyönlüyü, dünyanın böyük dövlətlərinin, bu sı­ra­dan Türkiyə ordusunun modeli əsasında elmi əsaslarla daha dönməzliklə formalaşması ordu­nun qüdrətini təmin edirdi...

Ordunun silahlandırılması da ordu quruculuğu üçün son dərəcə gərəklidir. Azərbaycan Respub­li­ka­sı­nın Prezidenti cənab İlham Əliyevin bu sahəyə də xüsusi nəzarəti ordunun qüdrətli ordu kimi formalaş­ma­sında xüsusi əhəmiyyətə malik oldu.

2009-cu ildə Müdafiə Sənayesi Nazir­li­yi­nin 19 mü­əs­­si­səsi fəaliyyət göstə­rir­di ki, bu müəs­si­sə­lərdə müdafiə təyinatlı 400 növ məhsul istehsal olu­nur­du. 2011-ci ildə respublika daxilində istehsal olu­nan hərbi təyinatlı məhsulların sayı 600-ə, 2012-ci il­də 665-ə, 2015-ci ildə 1500-ə çat­dı. İndi Azər­baycanın müdafiə sənayesi sürətlə inkişaf edən müasir is­teh­sa­l sahəsinə çevrilib. İkinci Qarabağ müharibəsi ərəfəsində Azər­­baycan Ordusu­nun arse­na­lında ən müasir döyüş sistemləri var idi ki, bu da Azərbaycan Ordusunun döyüş və müdafiə im­kan­larını yeni bir mərhələyə yüksəlt­mişdi. Bu istiqamətdə görülən kəsilməz işlər ordunun gü­cü­nün möh­kəm­ləndirilməsini təmin edirdi. Belə bir şəraitdə, 2020-ci il sentyabrın 27-də Ermə­nis­tan silahlı qüv­vələri müxtəlif növ silahlardan, ağır artilleri­ya­dan is­tifadə etməklə işğal etdiyi ərazilərdən hücuma keçdi, bir sıra yaşayış mən­tə­qə­lərimizi, təmas xəttində mü­dafiə mövqelərimizi atəşə tut­du.

Bu, işğalçı döv­lə­tin növ­bə­ti hərbi əmə­liy­yatı idi. Azərbaycan Res­pub­likasının Pre­zidenti, Silahlı Qüv­­vələrin Ali Baş Ko­man­danı cənab İlham Əliyevin döyüş əmri ilə əks-hücum əməliyyatı başladı. Ölkə baş­çı­sının xalqa müra­ciə­ti Azər­baycan ictimaiyyətini, Azərbaycan vətəndaşlarını, Azərbay­canı sevənləri əda­­lət­li mü­ha­­ri­bəyə səfər­bər etdi, Ermənistanın qeyri-kons­truktiv siyasəti bir daha işğalçılıq müharibəsinin təza­hü­rü kimi şərh olundu, əks-hücumun işğaldan qurtuluş müharibəsi kimi davam edəcəyi, bu mühari­bə­nin ədalətli müharibə olduğu, Azərbaycanın bu müharibə ilə tarixi ədaləti bərpa edəcəyi bil­diril­di: “Azərbaycan xalqı üçün bu müharibə azadlıq mü­ha­ri­bəsi, Er­mənistan üçün isə işğalçılıq mü­ha­ri­bə­sidir. Er­mənistanın işğalçı qüvvələri Azərbaycanın beynəl­xalq aləm­də tanınmış ərazilərin­də­dir...”. Bu qətiyyət müharibədə Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ru­hunu daha da yük­səlt­di...

Azər­baycan Respub­li­­ka­sı­nın Prezi­den­ti cənab İlham Əliyev Təhlü­kə­sizlik Şurasının sentyabr ayı­nın 27-də keçirilən iclasında çıxışında bildirdi ki, Ermənistanın Azərbaycana qarşı işğalına son qo­­yu­la­caq, Azərbaycanın ərazi bü­­tövlüyü təmin ediləcək.
Vətən müharibəsi başlananda respublika ərazisində hərbi vəziy­yət elan edilməsi haq­qın­da fərman imzalandı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əli­yevin qətiyyəti, azərbaycançılığa, döv­lət­çiliyə sədaqəti mövcud hərbi vəziyyətin sonunu proqnozlaşdırırdı, ölkə başçısı Ermənistan silahlı qüvvələrinin hərbi təxribat­larının qarşısının alınması üçün Azərbaycan dövlətinin və Azərbaycan Ordusunun ye­ri­nə yetirəcəyi və­zi­fə­ləri, hərbi-strateji məqsədini bildirərək dedi: “Mən əminəm ki, bizim uğurlu əks-hü­­cum əməliyya­tı­mız iş­ğa­la son qoya­caqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! ... Mən dəfələrlə demişəm, biz heç vaxt imkan verə bilmərik ki, Azər­baycan torpaqlarında ikinci qondarma erməni dövləti yaradılsın...”...

Azərbaycan Ordusunun hissələri Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını qətiyyətlə almışdı. Cənab İlham Əliyev Ali Baş Komandan kimi Azərbaycan tor­paq­larının işğaldan azad edil­məsi üçün bütün cəbhə boyu əks-hücum əməliyyatını davam etdirmək, bütün istiqamətlərdən dö­yüş­lərə başlamaq əmri vermişdi. Bu, xalqın gözlədiyi müharibə idi. Azər­baycanın ərazi bütövlüyü bu mü­­ha­ri­bədə qazanılacaq qələbə ilə tam bərpa ediləcəkdi. Bu müharibə xalqın müharibəsi oldu. Dö­yü­şən­lər döyüş­lə­r­dəydi, döyüşə cəlb olunma­yan­lar ruhən döyüşənlərin sırasındaydı. Bu müharibə Ali Baş Ko­man­danın sər­kər­dəliyi ilə işğalı sonlan­dı­ra­caq ədalətli, müqəddəs mü­haribə idi. Ermənistanın ha­va­dar­ları Azər­bay­can Ordusunun qazandığı mövqe qə­ləbələrini gö­rən­də müharibənin dayandırıl­ma­­sı­nı tələb edirdi. Onda Azər­bay­can Res­pub­li­ka­sının Prezi­den­ti cənab İlham Əliyevin qətiyyəti bu fi­kir­lərin səsini aldı: “Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz tor­paqlarımızı geri alacağıq, ərazi bütöv­lü­yü­mü­zü bərpa edə­cə­yik”.

Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarına qarşı başlanan döyüşlər xarakteri etiba­ri­lə əks-hü­­cum əmə­liy­yatı idi. Tarixi şərait bu əməliyyatın genişləndirilməsini, mahiyyətinin dövlətçilik baxımın­dan dəyişdirilməsini, əməliyyata daha çox hərbi qüvvələrin cəlb olunmasını zəruriləş­dir­miş­di. Ali Baş Koman­dan bu amilləri yüksək dəqiqliklə, hərbi strategiyanın tələblərinə uyğun tətbiq olun­­masını təmin etməklə əks-hü­cum əməliyyatını ədalətli müharibə ilə da­vam etdirməyi ordunun tarixi missiyası kimi tarixə sərkərdə hesabatı bildi. Sentyabr ayı­­nın 30-da Mərkəzi Hərbi Klinik Hos­pi­talda müalicə olunan yaralı hərbi qulluqçularla görüşdə bu döyüşləri “Vətən uğrunda gedən dö­yüşlər” kimi xa­rakterizə etdi. Oktyabr ayının 26-da xalqa mü­­ra­ciətində Er­mə­nistanın işğalçılığına qarşı apa­rı­lan bu müharibəni “Vətən müharibəsi” adlandırdı. İkinci Qarabağ mü­ha­ribəsi Vətən müharibəsi kimi ta­nın­dı...

Sentyabr ayının 27-dən etibarən Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinə qarşı üç istiqamətdən – Murov­dağ, Ağ­dam-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərindən əks-hü­cum­lara baş­la­dı. Strateji əhəmiyyətli Ağ­dərə, Əsgəran, Xocalı, Xankəndi, Şu­şa şəhərlərini işğaldan azad etmək üçün ordu hissələrimiz Ağdam – Tərtər istiqamətindən hücuma ke­çə­cəkdi. Ali Baş Komandanın qərarı ilə əməliyyat pla­nı dəyişdi. Sonrakı döyüşlər təs­diq­lədi ki, bu, döyüş şəraitinə görə düzgün taktika kimi döyüşlərin gedi­şin­də xeyli əhəmiyyətli olub.

Sentyabrın 27-də Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl ra­yo­nu­nun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Mudovdağ istiqamətində yüksəkliklər iş­ğal­dan azad edil­di. Ciddi müqavimət göstərən düşmən işğal müddətində Cəbrayıl rayonunda da müdafiə səd­lə­rini möh­kəm­lən­dirmişdi, təkmilləşdirmişdi. Ölkə başçısının dediyi kimi, “Cəbrayıl rayonunun Soltanlı kən­di uğrunda bir neçə gün şiddətli döyüşlər gedirdi. Orada elə istehkamlar qurmuşdular ki, bəlkə də heç dünyada belə isteh­kam­lar olmayıb”.

Məqsəd – qələbə, Azərbaycanın müharibələr tarixinə, müasir müharibələrə bələdlik döyüşlərdə taktiki çeviklik strateji üstünlüyü təmin etdi.

Qoşun növləri arasında qarşılıqlı əlaqələr, koordinasiya, döyüşçü cəsarəti, şücaəti, Azərbaycanın Ali Baş Komandanının qətiyyətli sərkərdəliyi döyüşlərdə strateji mövqelərin işğaldan azad edilməsi ilə nəticələnirdi, Azərbaycan Ordusu döyüşə-döyüşə qələbələr qazanırdı, qələbələr qazana-qazana döyüşürdü. Azərbaycan Res­pub­likasının Prezidenti döyüşlər haqqında dedi: “Hər gün səhər mənim tərəfimdən hər günün dö­yüş-əməliyyat planı təsdiq edilir­di, günün sonunda da təhlil olunurdu. Biz bu­­nun nəticəsində qısa müddət ərzində böyük Qələbə qazana bilmişik, öz doğma tor­paq­larımızı düş­məndən azad edə bilmişik”. Bu kəlamlar Vətən mü­ha­ribəsinin gerçəklikləri idi, Ali Baş Koman­da­nın sərkərdəlik qüdrətinin hərbi-strateji xarakteri kimi tarixləşdi... Dünya bir daha inandı ki, mü­haribədə qələbə həm ordunun gücü ilə, həm də dövlət ida­rə­­çili­yi­nin, sərkərdəliyin qüdrəti ilə şərt­lənir.

Vətən müharibəsində hər gün operativ müşavirələr təşkil olunurdu, müharibənin gedişi, tapşırıqların necə ye­rinə yetirlməsi müzakirə olunurdu. Döyüşlərin, onların nəticə­lə­rinin daha əhatəli, daha para­metr­li mü­za­kirəsi, ko­­manda heyətinin vəzifələrinin döyüş şəraitinə görə dəqiqləşdirilməsi üçün Ali Baş Ko­mandan okt­yab­rın 25-də Müdafiə Nazirliyinin Mərkəzi Komanda Mən­tə­qəsində ope­ra­tiv müşa­vi­rə keçirdi, müharibənin da­yandırılması üçün Ermənistanın və onun hava­dar­larının cəhd­­ləri, Azər­bay­canın işğal olunmuş ərazilə­ri­nin azad edilməsi üçün Azərbaycan 0rdusunun qəhrə­man­lıqları haqqında məlumat ve­rildi. Qətiyyətlə bildirildi ki, müharibə ancaq Ermənistan qoşunları Azər­bay­­ca­nın ərazilə­rin­dən ta­ma­milə çıxdıqdan sonra dayandırıla bilər. Azərbaycançılıq işğal­çı­lı­q ümid­lərini çiliklədi...
Müharibələr tarixində təsdiqlənib ki, qələbə təkcə ordunun gücündən deyil, həm də şəxsi heyətin mənəvi-psixoloji hazırlığından, xalqla ordunun birliyindən, uğurlara hesablanmış rəh­bər­likdən, təş­ki­lat­çılıqdan, düzgün idarəetmədən, qə­tiy­yətli, mübariz koman­danlıq – sərkərdəlik qüdrətindən, sər­kər­­dənin hərbi təxəyyülündən, hərbi strategiyaya, taktikaya bələdli­yin­dən, qoşun növləri arasında ko­­or­dinasiyanın düzgün təşkilindən, qoşunların fəaliyyətinin vaxtında istiqamətlən­di­ril­məsindən, rəhbərlik və təşkilatçılıq­dan, ­... asılıdır. Azərbaycan Respublikasının Prezidenti. Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Vətən müharibəsini tarixi Zəfərlə tamam­la­yan qadir sərkərdə oldu. İkin­ci Qarabağ müharibəsi, mahiyyəti etibarilə Vətən mü­­­haribəsi belə yaşanıldı. Noyabrın 8-də Şuşa işğaldan azad edildi. Bu qələbə müharibəni sonlan­dırdı. Üçtərəfli bəyanat imzalandı. Lakin məğ­lub Er­mə­nistan qalib Azər­baycanın ərazilərini tərk etmədi, dağıl­mış ordu hissələri son 30 ilin ideo­lo­ji mərkə­zi­nə çerilmiş Xankəndidə separatçı erməni silahlı qüvələri ilə bir­­­ləşmişdi, təxribatlar tö­­rət­mək­də davam edir­di. 2023-cü ilin sentyabr ayının 19-da Azərbaycan Respub­likasının Prezidenti cə­nab İlham Əliyevin döyüş əmri ilə lokal xarakterli antiterror əməliyyatı başladı. Ağdərə, Əsgə­ran, Xo­calı rayonları, Xankəndi şəhəri işğaldan azad olundu, Azərbaycanın ərazi bütövlüyü tam bərpa edil­di. Dünyəvi siyasət budur! Qüdr­ətli sərkərədəlik budur!..

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətən müharibəsində xalqa müra­ciət­lə­rin­də demişdi: “...bir daha demək istəyirəm ki, nə vaxt nəyi etmək lazımdır, necə etmək lazımdır, hansı mə­qam­da nəyi etmək lazımdır, hər şey gərək ölçülüb-biçilsin...”. Belə qüdrət tarixi Zəfərlə ta­mam­landı. Bu mü­qəddəs Zəfərin müqəddəsliyini ölkə başçısının “Mən ata vəsiyyətini yerinə ye­tir­dim” qüruru tamamladı...
Tarixi Zəfər qazanıldı. İşğaldan azad edilmiş ərazilərimizdə dövlət bayrağımız dalğalandırıldı, Azər­bycanın ərazi bü­tövlüyü tam bərpa edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə tarixi Zəfərin davamı kimi quruculuq işləri başladı. Bir vaxtlar döyüşlər getmiş ərazilərdə XXI əsrin bö­yük tikintiləri dünyaya bir mesaj oldu: Azər­baycan ordusu qalibiyyət ordusudur, Azərbaycan dövləti tarixin səhfini düzəltməyə qadirdir.

Sakinlərin işğaldan azad edil­miş kəndlərə, şəhərlərə qayıdışı da tarixi hadisədir; Vətən müha­ri­bə­sində müzəffər sərkərdə kimi Zəfər qa­za­nan cənab İlham Əliyev Böyük Quruculuğun da Zəfərlə ta­mam­lan­masını təmin edəcək, on illərlə həsrət yaşa­yan­­lar doğma kəndlərinə qayıdacaq! Dünya Azər­­­bay­ca­nın bəşəriliyinin heyrətini yaşayacaq...

Gülağa Tənha
Tarix: 4-02-2024, 19:49