Şakir Allahverdiyev: “Rostovdakı azərbaycanlılar cənab İlham Əliyevin namizədliyini dəstəkləyir”

Şakir Allahverdiyev: “Rostovdakı azərbaycanlılar cənab İlham Əliyevin namizədliyini dəstəkləyir”
Rusiyanın Rostov vilayətində yaşayan Azərbaycanlılar icmasının sədri Şakir Allahverdiyev Prezident İlham Əliyevə dəstək məktubu ünvanlayıb. “Azforum.az” Prezidentin saytına istinadla həmin məktubu təqdim edir: “Sizə Rostov vilayətində yaşayan azərbaycanlıların icması və şəxsən öz adımdan 2024-cü ilin fevral 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində uğurlar arzu edirəm.
Hazırda Azərbaycan Sizin rəhbərliyinizlə siyasi və iqtisadi inkişafda tarixi nailiyyətlərə imza atıb. Bu gün Azərbaycan beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi yolu ilə qətiyyətlə irəliləyir.
Biz diaspor nümayəndələri kimi mənəvi olaraq dövlətimizin qayğısını hər zaman hiss etmişik. Bu da dünya azərbaycanlılarını Sizin ətrafınızda bir yumruq kimi birləşdirib. Həyata keçirdiyiniz düşünülmüş strategiya bizi hər zaman dövlətin yürütdüyü siyasətə arxa durmağa sövq edir.
Müzəffər Ali Baş Komandan, bu gün Vətənimizin qazandığı tarixi Qələbənin nəticəsi olaraq Azərbaycanın Dövlət Bayrağı ulu Şuşada, Xankəndidə dalğalanır. Bu da məhz Sizin tarixi xidmətiniz sayəsində baş vermişdir. Bununla Siz uzaqgörən bir sərkərdə olaraq dünya azərbaycanlılarına əvəzedilməz sevinc hissi yaşadıbsınız. Bu sevinci bizlərə yaşatdığınıza görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Azərbaycan xalqı naminə bütün təşəbbüslərinizi dəstəkləməyi özümüzə şərəf bilirik. Milyonlarla azərbaycanlı kimi 7 fevral prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyir və səbirsizliklə qələbə xəbərini gözləyirik.
Sizə ali dövlət fəaliyyətinizdə uğurlar arzulayırıq. Rostovdakı Azərbaycan diasporu daim Sizinlədir!”
Tarix: 29-01-2024, 08:53