“Biləndər” adlı intellektual turnir yekunlaşıb

“Biləndər” adlı intellektual turnir yekunlaşıb
Azərbaycan Gənclər Fondunun maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Biləndər-zəkaların payız kuboku” layihəsi çərçivəsində Nə? Harada? Nə zaman? intellektual oyun formatı üzrə Quba rayonunda final turu keçirlib.

Final mərhələsində Siyəzən rayonunun "Gənclik", Şabran rayonunun "Forza", Qusar rayonunun "Hil", Xaçmaz rayonunun "Turan" və "Nömrə -1", Quba rayonunun "E-team", "T-team" və "Kobra" komandalri qələbə uğrunda mübarizə aparıb.

Rəsmi açılış mərasimində “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov, Quba rayon İcra Hakimuyyetinib əməkdaşı Əhməd Nurullayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini Pərvin Ağasıyev iştirak edib.

Tədbirdə çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihə barədə danışaraq qeyd edib ki, layihə şimal regionuna daxil olan rayonlarda – Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən zonasında yaşayan və təhsil alan gəncləri intellektual oyunlara cəlb etməklə Azərbaycan dili, ədəbiyyatı, tarixi, adət-ənənələri, milli mədəniyyəti, incəsənəti, musiqisi, kinosu, coğrafiyası haqqında biliklərinin artmasına təkan vermək məqsədi daşıyır.

Rəsmi hissədən sonra start verilən yarışın yekununda qalib adını Quba rayonunun "E-team" komandası qazanıb. İkinci və üçüncü yerləri müvafiq olaraq “T-team” və “Kobra” biliciləri tutub.

Qalib və mükafatçılar təşkilatçılar tərəfindən kubok, medal, diplom və kitablarla təltif ediliblər.
Qeyd edək ki, layihə çərçivəsində keçirilən tədbirlərdə ümumilkdə 330 nəfər yeniyetmə və gənc iştirak edib.
“Biləndər” adlı intellektual turnir yekunlaşıb
“Biləndər” adlı intellektual turnir yekunlaşıb
“Biləndər” adlı intellektual turnir yekunlaşıb
“Biləndər” adlı intellektual turnir yekunlaşıb
“Biləndər” adlı intellektual turnir yekunlaşıb
Tarix: 20-02-2024, 12:17