İnternet resurslarına qarşı kiber təhlükə: “Dövlət qurumlarının istifadə etdiyi proqram təminatları tələblərə uyğun olmalıdır”- Səkinə İlqarqızı

İnternet resurslarına qarşı kiber təhlükə: “Dövlət qurumlarının istifadə etdiyi proqram təminatları tələblərə uyğun olmalıdır”- Səkinə İlqarqızı
“Azərbaycan Respublikası və İnformasiya Təhlükəsizliyinin qorunması actual məsələdir. Dünya əvvəlkindən daha çox texnologiyalara güvənir. Nəticədə rəqəmsal verilənlərin yaradılması sürətlənib”. Bunu İnformasiya Texnologiyaları və İnformasiya təhlükəsizliyi üzrə ekspert Səkinə İlqarqızı deyib. Onun sözlərinə görə, bu gün müəssisələr və hökumətlər belə verilənlərin böyük bir hissəsini kompüterlərdə saxlayır və şəbəkələr vasitəsilə digər kompüterlərə ötürürlər.
“Əvvəlcədən qeyd etmək istərdim ki, vətənimiz hal hazırda post müharibə dövrünü yaşayır. Erməni faşizmi üzərində gələbəmiz həm də İnformasiya və internet informasiya ehtiyatlarında Azerbaycan Respublikasinin milli maraqları əleyhinə məqsədyönlü şəkildə yayılan saxta məlumatların yayılması nəzərdə tutulurdu və gözlənilirdi. Bu səbəbdən açıq aydın bildirmək olar ki, müharibə həm də informasiya və internet platformasında qızğın şəkildə davam edib və hələ də davam etməkdədir. Əsasən bu cür kiberhücumlar Azərbaycan Respublikasının içtimai əhəmiyyətli infrastruktur obyektlərinin informasiya sistemlərinə ve ehtiyatlarına kiberhucumlar ve fövqəladə kibertəhlükə halları yaratmaq üçün yönləndirilir . Bu cür kiberhücümlar əsasən Ermənistan tərəfindən olunur. Lakin digər ölkələr tərəfindən də maraq səbəbindən bu cür hücümlar qaçılmazdır. Bu səbəbdən dövlət qurumlarının istifadə etdiyi proqram təminatları (o cümlədən antivirus proqramlarının) təhlükəsizlik tələblərinə uyğunluğu vacib məsələlərdən biridir. Müasir dövrdə kibertəhlükəsizlik cəmiyyətin bütün səviyyələrinə təsir edən strateji milli məsələyə çevrilir. Kibertəhdidlərə qarşı çevik, operativ və effektiv mübarizə müəyyən zaman müddətində əldə edilmışdir və hələdə davam etməkdədir”-deyə, ekspert bildirib.
Tarix: 27-04-2021, 16:32