“Qərəz bülbülü” Solovyovun antiazərbaycan “cəhcəhi”

“Qərəz bülbülü” Solovyovun antiazərbaycan “cəhcəhi”
Xəbər verildiyi kimi, bir neçə gün öncə Moskvada - “Crocus City Hall” konsert zalında terror törədildi.və nəticədə, xeyli sayda günahsız insan həlak oldu. Hazırda hadisə ilə bağlı istər Rusiyada, istərsə də beynəlxalq səviyyədə rəylər verilir, media olayı gündəmdə saxlayır. Eyni zamanda, onlarla insanın ölümünə səbəb olmuş terror aktı ilə bağlı yayılmış informasiyalara həssas yanaşılması da ağlabatandır. Amma məsələ ilə bağlı cılız ambisiyalardan çıxış edənlər, gündəmə gəlməyə çalışanlar da yox deyil. Onlardan biri də antiazərbaycan mövqeyi ilə seçilən, erməni lobbisinin maraqlarına oynayan jurnalist Vladimir Slovyovdur. Məşum terror aktı, faktlardan çıxış etməli olan həmin “media” nümayəndəsinə qərəz püskürməyə yeni fürsət verib. O, hadisə barədə cəfəng mülahizələri ilə ölkəmizə qarşı informasiya təxribatı aparır. Halbuki, terrorun və terrorçunun heç bir milli və dini mənsubiyyəti yoxdur, bununla yanaşı, terrorda şübhəli bilinənlər də saxlanılıblar. “Qərəz bülbülü” olan Solovyovun haqqında danışılan terror aktından yararlanmağa çalışaraq ölkəmizi hədəfə alması, əslində, kimsəni təəccübləndirməməlidir. İstər İkinci Qarabağ savaşında, istərsə də ondan sonra bu şəxsin erməni diasporunun mənsubları ilə eyni tezislərdən çıxış etməsi, rusiyalı erməni jurnalist Marqarita Simonyan və erməni media maqnatı Aram Qabrielyanovla sövdələşmələrinin nəticəsi kimi anlaşılmalıdır. Bu adam şəxsi maraqlarını güdərək Rusiyada milli zəmində münaqişəyə, antiazərbaycan əhval-ruhiyyə yaratmağa cəhd edir. Bu isə Rusiya və Azərbaycanın maraqlarına daban-dabana ziddir. Bu adam ermənilərlə işbirliyinə o qədər hərisliklə girişib ki, Rusiya xalqının və dövlətinin mənafeyini, ictimai rəyini belə, satmağa hazır olduğunu gizlədə bilmir. Bununla belə, Solovyov “açılmış kart”dır, onun kimilərinin hansı maraqlara işləməsi Rusiya dairələrinə və publikasına da məlumdur və yəqin ki, “cəhcəhi” çox ötməyəcək…

İlkin Ağayev
Tarix: 27-03-2024, 21:39