Ermənistan Baş Qərargahında dəyişiklik – General qovuldu

Ermənistan Baş Qərargahında dəyişiklik – General qovuldu
General-mayor Edvard Asryan Ermənistan Silahlı Qüvvələri baş qərargah rəisinin müavini təyin edilib.

Teleqraf.com xəbər verir ki, məsələ ilə əlaqədar Baş nazir Nikol Paşinyan tərəfindən imzalanan fərman prezident tərəfindən təsdiq edilib.

Asryan Baş Qərargahın Əməliyyat Baş İdarəsinin rəisi və eyni zamanda baş qərargah rəisinin müavini təyin edilib.

Yeni təyinatdan əvvəl general-leytenant Karen Abramyan Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsindən azad olunub.
Tarix: 24-05-2021, 14:27