“Terrorizm bütün dünyanı qorxutmağa və fəth etməyə çalışır”

“Terrorizm bütün dünyanı qorxutmağa və fəth etməyə çalışır”
“Terrorizm bütün dünyanı qorxutmağa və fəth etməyə çalışır”. Dünya Xalqları Alyansının baş katibi, sülh səfiri Aleksandr Şapiro-Suliman bildirib.

O deyib ki, insanlar və dövlətlər ayıq olmalı, terrorizm və ekstremizmlə birlikdə mübarizə aparmalıdır: “Ötən ilin oktyabrın 7-də “Həmas” İsrailə gözlənilməz hücum edərək terror törətdi. Bunun nəticəsində çoxlu sayda insan öldürüldü. İndi bu, 22 mart 2024-cü ildə Rusiyada baş verdi! Bütün bunların sonu necə olacaq? Növbəti ölkə hansı olacaq? Bəşəriyyət fundamentalist cihadçıların, terrorçuların və ruhi xəstələrin hədəfinə çevrilib. Onlar üçün başqa insanları öldürməkdən və məhv etməkdən başqa heç bir şey müqəddəs deyil. Terrorun sonunun harada olmasından, indi bizdə olub-olmamasından asılı olmayaraq, biz vahid bir orqanizm, bir ailə olmalıyıq və bütün gücümüzü yalnız terrorizmin qarşısını almaq və məhv etmək üçün sərf etməliyik”.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da insanlara atəş açılıb. Baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 140 nəfərə yaxındır.
Tarix: 26-03-2024, 12:23