“Ağdamın döyüşsüz işğaldan azad edilməsinin 3 əsas üstünlüyü oldu”-Turab Rzayev

“Ağdamın döyüşsüz işğaldan azad edilməsinin 3 əsas üstünlüyü oldu”-Turab Rzayev
“Ağdamın döyüşsüz işğaldan azad edilməsinin bizim üçün 3 əsas üstünlüyü oldu”. Bunu Azforum.az-a açıqlamasında analitik Turab Rzayev deyib. Onun sözlərinə görə, birincisi odur ki, biz orada itki vermədik: “ Həmin ərazi ən azı 5 cərgədə minalanmışdı, çox möhkəm müdafiə xətti qurulmuşdu. Biz ora hərbi əməliyyatla daxil olsaydıq, çox böyük itkilər verə bilərdik. İkinci məsələ odur ki, bu bizim hərbi əməliyyatları uzada bilərdi. Yəni biz, çox sürətlə irəlilədik, Şuşanı işğaldan azad etməklə Xankəndini birbaşa nəzarət altına aldıq. Beləliklə düşmən qüvələrinin böyük hərbi qüvvələri nəzarət altında qaldı. Bununla da Ermənistan kapitulyasiaya getməyə məcbur oldu. Yəni onlar gördülər ki, bu şəkildə davam edərsə çox böyük hərbi itkilərə məruz qalacaqlar. Bizim Ağdamda vaxt itirmədən Şuşanı işğaldan azad etməyimiz müharibənin taleyini həll elədi. 3-cü məsələ isə odur ki, müharibə uzandıqsa beynəlxalq təzyiqlər daha da arta bilərdi. Bəllidir ki, 2 dəfə Birləşmiş Millətlər Təşkilatında məsələ qaldırıldı ki, müharibə qeyd şərtsiz dayandırılsın. Müharibə uzansaydı Rusiya, Fransa və Amerikanın açıq düşmənçiliyinə, beynəlxalq sanksiyalara məruz qala bilərdik. Beynəlxalq təzyiqlər artmadan sürətlə irəliləyə bildik. Dağlıq Qarabağ ətrafında xeyli ərazini, Hadrut və Şuşanı işğaldan azad etdik. Artıq onlar fakt qarşısında qaldılar və Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilər Azərbaycanın nəzarətində qalmaq şərtilə sülh bəyanatına imza atmağa məcbur oldular”.
Tarix: 30-05-2021, 11:56